ŞARYAJ CƏBHƏSİ

nəhəng üstəgəlmənin və ya şaryajın ön hissəsində pillə. Morfoloji cəhətdən kuest pilləsinə oxşayır. фронт шаръяжа front of charriage
ŞARNİRİN GÖMÜLMƏSİ
ŞELF
OBASTAN VİKİ
Şaryaj
Dağ əmələgəlmə prosesində Yer qabığının bir qrup laylarının üfüqi yerdəyişmə nəticəsində qonşu sahənin üzərinə keçməsi. Şaryaj cavan qırışıq dağlarda, xüsusən Alp, Karpat və Himalay dağlarında geniş yayılmışdır.
Atmosfer cəbhəsi
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur. Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana, həm də biri digərinin üzərində yerləşərək hərəkət edir. Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir. Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur. Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür. Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq, isti və soyuq atmosfer cəbhəsi ayrılır.
Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Okean cəbhəsi
Okklüziya cəbhəsi
İtaliya cəbhəsi
Şərq cəbhəsi
Birinci dünya müharibəsi dövründə Şərq cəbhəsi
Mesopotamiya cəbhəsi
Mesopotamiya cəbhəsi (ing. Mesopotamian campaign) — Birinci Dünya müharibəsi zamanı Mesopotamiya (müasir İraq) ərazisində Britaniya imperiyası (əsasən Britaniya Hindistanı ordusu) qoşunları ilə Osmanlı imperiyasının ordusu arasında baş vermiş döyüşlər. Britaniya komandanlığı Yaxın Şərqin neft yataqlarını qorumağa və Osmanlı Mesopotamiyasını tutmağa ümid edirdi. Osmanlı komandanlığı bu bölgədə aktiv əməliyyatlar planlaşdırmırdı. Lakin ingilislərin aktiv hücumuna başladıqdan sonra Mesopotamiyada hərbi əməliyyatlar üçün 6-cı Ordunu yaratmağa məcbur oldu. 1916-cı ildə türklər Əl-Kutda bir qrup ingilis qoşununu mühasirəyə almağa və ələ keçirməyi bacardılar. Bundan sonra ingilislər aktiv əməliyyatlardan əl çəkməli oldular. İngiltərədə və Hindistan xalqları Mesopotamiya kampaniyası və Bağdadın işğalına böyük maraq göstərirdi. 1917-ci ildə ingilislər Bağdadı tutdular və 1918-ci ilin sonunda Osmanlı Mesopotamiyasının demək olar ki, bütün ərazisi onların nəzarəti altında idi. Döyüş Mudros müqaviləsinin imzalanmasının ertəsi günü döyüş əməliyyatları başa çatdı.
Qafqaz cəbhəsi
Qafqaz cəbhəsi — Birinci dünya müharibəsi dövründə Osmanlı İmperiyası ilə Rusiya imperiyasının qarşı-qarşıya gəldiyi, sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Alman İmperiyası, Sentrokaspi Diktaturası və Britaniya İmperiyasının iştirak etdiyi hərbi münaqişə. Özündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Osmanlı imperiyasının də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi. Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir. Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən "geopolitika" sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s.
Kürd Cəbhəsi
Kürd Cəbhəsi (ərəb. جبهة الأكراد‎, Cəbhətül-Əkrad; kürd. Eniya Kurdan, keçmiş tam adı: لواء جبهة الأكراد لنصرة شعبنا السوري, hərf. "Suriya Xalqımıza Dəstək üçün Kürd Cəbhəsi Briqadası") — Suriyada vətəndaş müharibəsində iştirak edən və əsasən kürdlərdən ibarət üsyançı qrup. Kürd Cəbhəsi Suriyanın şimalında, Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə rayonları, Əfrin kantonu, Şahba kantonu və Rəqqə mühafəzəsinin şimalı kimi kürd və etnik qarışıqların yaşadığı ərazilərdə fəaliyyət göstərir.
Latviya Xalq Cəbhəsi
Latviya Xalq Cəbhəsi (latış. Latvijas Tautas fronte‎) — 1988-1993 illərin arasında öncə Latviya SSR-də, sonra isə müstəqil Latviyada fəaliyyət göstərən siyasi qurum. O, əvvəl Perestroykayı dəstək etmək üçün yaradılıb, sonra isə Latviyanın SSRİ-dən müstəqilliyi üçün fəaliyyət göstərirdi. 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bundan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Moskvaya qarşı ilk qələbələrindən biri Dauqavpils şəhərin yanında, Latviyanın əsas Dauqava çayının üzərində dördüncü hidroelektik dambasının quraşdırmasının dayandırması idi. Bu Ətraf Mühitin Müdafiə Klubunun yaradılmasını ilhamlandırıb. Klub Sovet rejiminə qarşı daha geniş şəkildə mübarizə aparmaq üçün ətraf mühitlə bağlı etirazları vasitə kimi sayırdı. 1988-ci ildə Latviyada məqsədi demokratiya və müstəqillik olan qurumların arasında Latviya Xalq Cəbhəsi də var idi.
Litva Aktivistləri Cəbhəsi
Litva Akivistləri Cəbhəsi və ya LAF ( lit. Lietuvių Aktivistų Frontas) — Litvanın Sovet İttifaqına daxil olmasından sonra 1940-cı ildə yaradılmış qısamüddətli, ifrat sağçı gizli müqavimət təşkilatı idi. Təşkilatın məqsədi Litvanı azad etmək və onun müstəqilliyini bərpa etmək idi. İyun üsyanını planlaşdırdı və həyata keçirdi, qısamüddətli Litva Müvəqqəti Hökumətini qurdu. Hökumət sonradan öz-özünə dağıldı və LAC 1941-ci ilin sentyabrında nasist hakimiyyətləri tərəfindən qadağan edildi. LAC antisemit və anti-Polşa mövqelərinə görə mübahisəli olaraq qalır. LAC 17 noyabr 1940-cı ildə yaradılmışdır . Litvanın Almaniyadakı keçmiş hərbi attaşesi Kazis Škirpa tez-tez təsisçi kimi tanınır. LAC Litvanı Sovet İttifaqının və ya Nasist Almaniyasının bir hissəsi kimi deyil, müstəqil ölkə kimi görmək istəyən müxtəlif siyasi əqidəli insanları birləşdirmək məqsədi daşıyırdı. Skirpa tərəfindən yaradılmış Berlin bölməsi əsasən Almaniyadakı keçmiş Litvalı mühacirləri və diplomatları birləşdirdi.
Milli Qurtuluş Cəbhəsi
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Mozambik Azadlıq Cəbhəsi
FRELİMO (pol. Frente de Libertação de Moçambique adından; mənası – Mozambik Azadlıq Cəbhəsi) — Mozambikdə siyasi partiya. Ölkədə yeganə hakim partiya kimi qiymətləndirilir. 1977-ci ildə kütləvi-siyasi Mozambik Azadlıq Cəbhəsi təşkilatı əsasında yaradılmışdır. 1989-cu ilə qədər fəaliyyətində marksizm-leninizm prinsipləri rəhbər tutulurdu, o dövrdən partiya demokratik sosializm istiqamətində fəaliyyət göstərir. Basto, Maria-Benedita, "Writing a Nation or Writing a Culture? Frelimo and Nationalism During the Mozambican Liberation War" in Eric Morier-Genoud (ed.) Sure Road? Nationalisms in Angola, Guinea-Bissau and Mozambique (Leiden: Brill, 2012). Bowen, Merle. The State Against the Peasantry: Rural Struggles in Colonial and Postcolonial Mozambique.
Naxçıvan Xalq Cəbhəsi
Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXC — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı. 1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşmuşdur. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi. SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu. Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Ruanda Vətənpərvər Cəbhəsi
Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır. 2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər. 1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular. 1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi. 1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi. 1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi. 1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.
Xalq Cəbhəsi (Ukrayna)
«Xalq Cəbhəsi» — Ukrayna siyasi partiyası, 31 mart 2014-cü ildə qeydiyyata alınıb. "Batkivşina" partiyasının siyasi şurasından rəhbərliklə fikir ayrılığına görə Arseni Yasenyuk və Aleksandr Turçinov başda olmaqla bir qrup siyasətçinin çıxmasından sonra yaranıb..
Xalq Cəbhəsi (qəzet)
"Xalq Cəbhəsi" qəzeti — Gündəlik ictimai-siyasi qəzet. İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunmuşdur. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olmuşdur. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib. 2006-ci ildən etibarən "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir. "Xalq Cəbhəsi" qəzeti həftənin bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü yayımlanır. Qəzetin informasiya siyasətində Türk Dünyası və Güney Azərbaycan haqqında olan xəbərlər aparıcı yer tutur. Qəzet Ədalət, Hüquq, Demokratiya Partiyası ideoloji, siyasi xəttini dəstəkləyir.
Xalq Cəbhəsi qəzeti
"Xalq Cəbhəsi" qəzeti — Gündəlik ictimai-siyasi qəzet. İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunmuşdur. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olmuşdur. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib. 2006-ci ildən etibarən "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir. "Xalq Cəbhəsi" qəzeti həftənin bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü yayımlanır. Qəzetin informasiya siyasətində Türk Dünyası və Güney Azərbaycan haqqında olan xəbərlər aparıcı yer tutur. Qəzet Ədalət, Hüquq, Demokratiya Partiyası ideoloji, siyasi xəttini dəstəkləyir.
İraq Türkman Cəbhəsi
İraq Türkman Cəbhəsi və ya İTC — 1995-ci ildə əsası qoyulan, İraq türkmanlarının qurduğu siyasi hərəkat.
Şərq Cəbhəsi Komandanlığı
Şərq Cəbhəsi Komandanlığı — 1918-ci ilin iyulun 16–18-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu (QİO) qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədilə yaradılmış taktiki qrup. QİO-nun hissə və bölmələri S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinə qarşı Göyçay-Şamaxı-Bakı şose yolu və Gəncə-Bakı dəmir yolu xətti boyunca hücuma başlamışdı. Müsüslü-Qaraməryəm və Ağsu-Kürdəmir xəttindəki döyüşlər vahid plan əsasında həyata keçirilirdi. Lakin hücum istiqamətləri bir-birindən məsafəcə uzaqlaşdığından bu və ya digər hissənin qısa müddət ərzində Göyçay-Şamaxı-Bakı şose yolundan dəmir yolu ətrafına atılması və ya geri çəkilməsi çətinləşirdi. Ona görə QİO komandanlığının əmri ilə Bakıya gedən şose yolu ilə hərəket edəcək hissə və bölmələr bir taktiki qrupda birləşdirildi. 10-cu Qafqaz piyada alayının komandiri şimal qrupu adlandırılan bu taktiki qrupun komandiri təyin edildi. Dəmir yolu boyunca hərəkət edən qüvvələr isə Cənub qrupu adlandırıldı və polkovnik Həbib bəy Səlimov onun komandiri təyin edildi. Bu iki taktiki qrupa rəhbərlik isə xüsusi olaraq yaradılmış Şərq Cəbhəsi Komandanlığına tapşırıldı. Bu komandanlıq bəzən Bakı cəbhəsi komandanlığı da adlandırılırdı. 5-ci Qafqaz firqəsinin komandiri Mürsəl bəy Şərq Cəbhəsi komandanı təyin edildi.
Əfqanıstan Azadlıq Cəbhəsi
Əfqanıstan Azadlıq Cəbhəsi (ƏAC) — Əfqanıstanda fəaliyyət göstərən antitaliban silahlı qruplaşması. Əfqanıstanın bəzi bölgələrində ƏAC və Milli Müqavimət Cəbhəsi (MMC) Talibana qarşı əməliyyatlarda əməkdaşlıq edir. MMC-nin təsir dairəsinin əsasən taciklər və Cəmiyyət-i İslamiyə meylli qruplara məhdudlaşdığını nəzərə alaraq ƏAC-nin MMC-yə tərəfdar döyüşçüləri öz sıralarına qatmağa çalışdığı iddia olunur. Əfqanıstan Azadlıq Cəbhəsi 2022-ci ilin mart ayında sosial media vasitəsilə ictimaiyyətə yaradıldığını elan etmişdir. ƏAC 14 apreldə məlumat vermişdir ki, onun döyüşçüləri eyni vaxtda Bədəxşan, Bəğlan, Qəndəhar, Pərvan, Təxar, Ləğman və Səmənganda taliban qüvvələri ilə toqquşmuşdur. ƏAC 5 iyulda Bəgram aerodromuna raket hücumu təşkil etmişdir. Hücum nəticəsində altı taliban döyüşçüsü ölmüş, ikisini yaralanmışdır. Talibana aid hərbi vasitə də məhv edilmişdir. ƏAC döyüşçüləri 15 iyulda Bəğlan vilayətinin Xost va Fərəng rayonunda taliban hücumunun qarşısını almışdılar. 6 oktyabr 2022-ci ildə Qəndəharda ƏAC döyüşçülərinin taliban komandirinə sui-qəsd təşkil etdiyinə dair iddialar ortaya çıxmışdır.
Əl-Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Əl-Nüsrə Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Xalq Cəbhəsi (dəqiqləşdirmə)
Azərbaycan Xalq Cəbhəsi — Azərbaycanda 1989-1995-ci illərdə mövcud olmuş, Əbülfəz Elçibəyin rəhbərlik etdiyi siyasi-ictimai təşkilat. Azərbaycan Xalq Cəbhəsi Partiyası — Azərbaycanda 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında Əbülfəz Elçibəyin rəhbərliyi ilə yaradılmış siyasi partiya. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası — Azərbaycanda 2004-cü ildə təsis edilmiş siyasi partiya. Klassik Xalq Cəbhəsi Partiyası — Azərbaycanda 2006-cı ildə təsis edilmiş siyasi partiya. Xalq Cəbhəsi (Ukrayna) — Ukraynada 2014-cü ildən fəaliyyət göstərən siyasi partiya. Latviya Xalq Cəbhəsi — 1988-1993 illərin arasında öncə Latviya SSR-də, sonra isə müstəqil Latviyada fəaliyyət göstərən siyasi qurum Tacikistan Xalq Cəbhəsi — Tacikistan Vətəndaş Müharibəsi zamanı hökumət tərəfində vuruşan könüllülərdən ibarət siyasiləşdirilmiş və hərbiləşdirilmiş hərəkat. Xalq Cəbhəsi (qəzet) — Azərbaycanda 2001-ci ildən nəşr olunan gündəlik ictimai-siyasi qəzet.