Naxçıvan Xalq Cəbhəsi

Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXCAzərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı. 1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşmuşdur.

Azərbaycan Xalq Cəbhəsi
Loqonun şəkli
Sədri Əbülfəz Elçibəy
Quruluş tarixi 16 iyul 1989
Qeydiyyat tarixi 5 oktyabr 1989
Dağılma tarixi 1995
Bölünmə Azərbaycan Sosial Demokrat Partiyası (1989-2023)
Azərbaycan Demokrat Partiyası (1990)
Ana Vətən Partiyası (1990)
Azərbaycan İslam Partiyası (1991)
Azərbaycan Ana Torpaq Partiyası (1992–1995)
Azərbaycan Milli İstiqlal Partiyası (1992)
Bozqurd Partiyası (1992–2023)
Doğru Yol Partiyası (1992–1995)
Vahid Azərbaycan Milli Birlik Partiyası (1992–2023)
Vətəndaş Həmrəyliyi Partiyası (1992)
Azərbaycan Yurddaş Partiyası(1993–2021)
Ədalət Partiyası (1993)
Vəhdət Partiyası (1994)
Sələfi Bakı Alimlər Klubu
Varlıq təşkilatı
Çənlibel təşkilatı
Xələfi Azərbaycan Xalq Cəbhəsi Partiyası
Baş qərargah Bakı Bakı
İdeologiya Liberalizm (Quruluş dövründə)[1]
Azərbaycan milliyətçiliyi
Türkçülük
Antikommunizm
Parlamentdə
45 / 360
Azərbaycan SSR Ali Sovetinin XII çağırışı

Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi.[2] SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu.[3] Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq, 1989–1993-cü illərdə Azərbaycandakı ictimai-siyasi proseslər üzərində əhəmiyyətli təsirə malik olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan SSR Ali Sovetində 45 deputatla təmsil olunmuş, 1992-ci ilin mayında Azərbaycanda hərbi dövlət çevrilişi reallaşdıraraq hakimiyyəti ələ almış[4] və həmin ayda keçirilən Prezident seçkilərində namizədi Əbülfəz Elçibəylə qalib olmuşdur. Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.[5][6][7][8][9]

Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa kimi hakimiyyətdə olmuş və bu dövr ərzində milli valyutanın dövriyəyə buraxılması,[10] ali təhsil müəssisələrinə qəbulda test üsulunun tətbiqi,[11] dövlət əmlakının özəlləşdirilməsi kimi əhəmiyyətli addımlar atılmışdır. Lakin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin mahiyyətcə vəd etdiyi ölçüdə ciddi dəyişikliklər edə bilməməsi,[12] kadr siyasətindəki uyğunsuzluqlar,[13] korrupsiya və rüşvətxorluq,[14] mətbuat nümayəndələrinə qarşı zorakılıqlar,[15][16] təhlükəsizlik problemləri və Qarabağ müharibəsindəki müvəffəqiyyətsizlik onun tənqid olunan cəhətləri arasındadır.[17][18]

Azərbaycan Xalq Cəbhəsindən bölünmələr Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Demokrat PartiyasıAna Vətən Partiyası ilə başlamış, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında AXCP-nin yaradılması ilə yekunlaşmışdır.

Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı. 1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir.[19] 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Onun əsas şüar SSRİ daxilində suverenlik qazanmaq idi.[20] 1988-ci ilin avqust-iyul aylarında Azərbaycan Xalq Cəbhəsinin yaradılması haqqında müzakirələr gedir, gizli toplantılara gələnlərin sayı get-gedə artırdı.[21]

1988-ci ilin oktyabrın 13-də Üzeyir Hacıbəylinin ev muzeyində 37 yerlik zirzəmiyə 60-a yaxın adam toplaşir. Toplantıda Azərbaycan Xalq Cəbhəsinin Baki Alimlər Klubunun üzvü Zərdüşt Əlizadə tərəfindən hazırlanmış ilkin proqramı müzakirə edilir. Toplantıda iştirak edən Xudu Məmmdov ürək tutmasından vəfat edir. Toplantı yarımçıq qalır.[20]

1988-ci ilin noyabr mitinqlərində Bakı Alimlər Klubunun üzvləri Azərbaycan Xalq Cəbhəsinin yaradılması təbliğatı ilə məşğul olur, Azərbaycan Xalq Cəbhəsinin ilk proqramını paylayırdılar. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub.[22]

1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi.

Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvləri:

  1. Arzu Abdullayeva
  2. Ağamalı Sadiq
  3. Fəxrəddin Ağayev
  4. Mirbaba Babayev
  5. Sabit Bağırov
  6. Sənubər Bağırova
  7. Tofiq Qasımov
  8. İsa Qəmbərov
  9. Məhəmmədhəsən Qəmbərov
  10. Anatoli Qraçov
  11. Müslüm Eldarov
  12. Vurğun Əyyubov
  13. Zərdüşt Əlizadə
  14. Əbülfəz Əliyev
  15. Altay Əfəndiyev
  16. Emin Əhmədov
  17. Nəriman Zülfüqarov
  18. Leyla Yunusova
  19. Vahab Manafov
  20. Nəcəf Nəcəfov
  21. Ağacavad Salamov
  22. Vaqif Səfixanov
  23. Georgi Tkaçenko
  24. Canbaxış Umudov
  25. Hikmət Hacızadə
  26. Pənah Hüseynov
  27. Zəminə Cabbarova

Azərbaycan Xalq Cəbhəsi Koordinasiya Şurasının üzvləri ("Varlıq"=V; "Bakı Alimlər Klubu"=BAK) :

Həmçinin şuranın nizamnaməsi hazırlandı. Bir neçə ay ərzində Şura Azərbaycan Xalq Cəbhəsinin proqram və nizamnamə layihəsini işləyib hazırladı.[23]

Həmin dövrdə Azərbaycan ictimaiyyətini Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin fəaliyyəti ilə məlumatlandırmaq üçün Azərbaycan və rus dillərində "samizdat" olaraq "Azərbaycan Xalq Cəbhəsi bülleteni" nəşr olunmağa başladı.[24]

1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir.[25]

Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.[26]

Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri:

Həmçinin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və Tağı Xalisbəylidən ibarət Azərbaycan Xalq Cəbhəsi Ağsaqqalllar Şurası təşkil olunmuşdur.

İclasda keçirilən açıq səsvermədə Əbülfəz Elçibəy 9 əleyhinə, əksəriyyət lehinə olmaqla Azərbaycan Xalq Cəbhəsi sədri seçilmişdir.[27] Nizamnaməyə uyğun olaraq Əbülfəz Elçibəy sədr seçildikdən sonra İdarə Heyəti üzvlüyündən çıxmışdır.[26]

Konfrans adından aşağıdakı qətnamələr qəbul edilmişdir.[28]

  • Azərbaycan Xalq Cəbhəsinin təsisi haqqında
  • Azərbaycan SSR-in dövlət suverenliyi haqqında
  • Azərbaycan SSR-in dövlət iqtisadiyyatı haqqında
  • Azərbaycan demokratik Respublikası haqqında
  • Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə forması haqqında
  • Azərbaycan SSR-in bəzi yerlərindəki xüsusi vəziyyət haqqında
  • Siyasi məhbuslar haqqında.
  • Türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri haqqında
  • SSRİ-də milli mübnasibətlər haqqında
  • Ölkədəki ictimai-siyasi vəziyyət haqqında

Azərbaycan SSR-in dövlət suverenliyi haqqında qətnamədə deyilir:[29]

" Azərbaycan Xalq Cəbhəsi SSRİ tərkibində qalmaqla respublikanın suverenliyinə nail olmaq perspektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tutmayacağı halda Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır. "

Konfransda qəbul olunan proqramın "Ümumi prinsipləri"ndə 'Azərbaycan Xalq Cəbhəsinin respublika əhalisinin yenidənqurma və ölkənin həyatının demokratikləşdirilməsi uğrunda mübarizə aparan ictimai təşkilat olduğu qeyd olunsa da,[30] sonradan dəyişiklik edilmiş Məramnamə və Nizamnamədə Azərbaycan Xalq Cəbhəsinin müstəqil, vahid, demokratik Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları birləşdirən ictimai-siyasi təşkilat olduğu deyilirdi.[31]

5 oktyabr 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Azərbaycan SSR Nazirlər Sovetinin 404 №-li qərarı ilə rəsmi dövlət qeydiyyatına alınmışdır.[26]

Azərbaycan Xalq Cəbhəsinin I Qurultayı 1991-ci ilin iyul ayının 13-dən 17-sinədək Bakı şəhərində keçirilmişdir. Qurultayda Azərbaycan Xalq Cəbhəsinin Nizamnaməsi qəbul olundu. Nizamnamənin 6-cı bəndinə əsasən İdarə Heyəti ləğv olunaraq onun əvəzinə sədrin təqdimatı ilə təşkil olunan, icra aparatı funksiyası görən İcraiyyə Komitəsi yaradılmışdır. Həmçinin nizamnamənin digər bəndlərinə əsasən sədrin təyin etdiyi şəxslərdən ibarət Məsləhət Şurası təsis edildi və sədr müavini postu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü Pənah Hüseyn "Dəyişiklikdən məqsəd icra orqanının daha da gücləndirilməsi, eyni zamanda Məclisin qərarverici, sərəncamverici rolunun artırılması idi. Keçmiş İdarə Heyəti həm qərar verir, həm də bu qərarı yerinə yetirirdi. Bu isə icra orqanı kimi onun işini çətinləşdirirdi. Həmin dolaşıq məsələ qurultayda öz həllin tapdı və icra orqanlarının səlahiyyət həddi dəqiq müəyyən olundu." şəklində mediaya müsahibə vermişdir.[32]

17 iyul 1991-ci il tarixində I Qurultaya fasilə verildi. Fasilədən sonrakı dövrdə İsa Qəmbər sədrin təşkilat məsələləri üzrə müavini, Tofiq Qasımov xarici əlaqələr üzrə müavini, İsgəndər Həmidov Qarabağ və sərhəd rayonları üzrə müavin, Pənah Hüseyn isə Azərbaycan Xalq Cəbhəsi Analitik Mərkəzinin sədri təyin olundu. Nizamnaməyə əsasən təyinatlar Ali Məclis tərəfindən təsdiqlənməli idi. Bu səbəbdən təyinatlat təsdiqlənənədək kollegial orqan Müvəqqəti İcraiyyə Komitəsi adlandı, lakin dövrün mediasında Müvəqqəti İcraiyyə Komitəsi üzvləri Azərbaycan Xalq Cəbhəsi Nizamnaməsinin VI.13 maddəsinə zidd olaraq (Azərbaycan Xalq Cəbhəsi İcra Aparatının səlahiyyətlərinin əsanamə ilə müəyyən edilməsi barədə tələbin pozulması qeyd olundu və sədr müavinlərinin qurultay tərəfindən seçilmədiyi halda bu adla çıxış etmələri) özlərini İcraiyyə Komitəsinin üzvü kimi təqdim etmələri tənqid olundu və bununla bağlı 27 sentyabr 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Nəzarət-Təftiş Komissiyasında qərar qəbul olundu. Bununla bağlı 5 oktyabr 1991-ci il tarixinə Azərbaycan Xalq Cəbhəsi Məclisinin sessiyası çağrıldı.[32]

Azərbaycan Xalq Cəbhəsi Məclisin 5 oktyabr tarixli iclasında İsa Qəmbər, Tofiq Qasımovİsgəndər Həmidovun sədr müavini təyinatları təsdiq edildi.[32]

Azərbaycan Xalq Cəbhəsi Məclisinin 17 noyabr tarixli sessiyasında Tofiq Qasımov Milli Məclisdə fəaliyyətinin daha çox fayda verəcəyini düşündüyünü bildirərək Azərbaycan Xalq Cəbhəsindəki vəzifələrindən istefa verdi.[32]

2 dekabr 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi sədrinin 3 saylı sərəncamı ilə Azərbaycan Xalq Cəbhəsi sədrinin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi sədrinin müavinləri, şöbə müdirləri və sədrin təyin etdiyi ayrı ayrı şəxslərdən ibarət Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsi yaradıldı. 4 saylı sərəncamla isə 10 nəfərdən ibarət İcraiyyə Komitəsi tərkibi yaradıldı və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin təsdiqinə verildi.[32]

Azərbaycan Xalq Cəbhəsinin I Qurultaynın davamı 1992-ci ilin yanvar ayında keçirilmişdir. Qurultayda Azərbaycan Xalq Cəbhəsinin yeni Nizamnaməsi tam mətndə təsdiq edilmiş və Azərbaycan Xalq Cəbhəsi sədri Pənah Hüseynin Azərbaycan Xalq Cəbhəsi Analitik Mərkəzinin rəhbəri vəzifəsində saxlanılmaqla Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam vermişdir.[32]

Parçalanma və partiyalaşma

[redaktə | mənbəni redaktə et]

4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.[33] 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır.[34] 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.[35] Heydər Əliyev 30 iyul 1993-cü il tarixində qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir.[36][37][38] Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[36][37]

Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim MollazadəCəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.[39][40]

Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi.[40] 1 sentyabr 1995-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.[32][41]

Sədr Başlanğıc müddəti Bitmə müddəti
1.

Əbülfəz Qədirqulu oğlu Elçibəy
16 iyun 1989 1995

Naxçıvan Xalq Cəbhəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Muxtar Respublikası (Naxçıvan Muxtar Sovet Sosialist Respublikası) şöbəsi Naxçıvan Xalq Cəbhəsi olaraq da adlanırdı. Naxçıvan Xalq Cəbhəsinə 1991-ci ildə keçirilən konfransa Arif Rəhimov, 1992-ci ilin oktyabrnda isə Asəf Quliyev sədr seçilmişdir.[42][43] 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri olmuş Fərəc Quliyev 1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur.

1990-cı il Naxçıvan MSSR Ali Sovetinə keçirilən seçkilərdə Naxçıvan Xalq Cəbhəsi uğur qazanmışdır. Ali Sovetdə Naxçıvan Xalq Cəbhəsinin üzvləri Heydər Əliyevin sədr namizədliyini dəstəkləmiş, sədrliyə seçilən Azərbaycan Kommunist Partiyası üzvü Heydər Əliyev Naxçıvan Xalq Cəbhəsinin üzvlərini (Qafar Məmmədov, Asəf Kələntərli və başqaları) Ali Sovetin sədr müavinləri təyin etmişdir.[43]

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

Prezident Seçkiləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 1992-ci ildə baş tutan Prezident seçkilərində qalib gəlib və 1992–1993-cü illərdə Azərbaycan Prezidenti olub.

Konfrans və qurultayları

[redaktə | mənbəni redaktə et]
Qurultay/Konfrans Tarix Seçilən sədr Namizəd
Azərbaycan Xalq Cəbhəsi (1989–1995)
Təsis Konfransı 16 iyul 1989 Əbülfəz Elçibəy Əbülfəz Elçibəy
II Konfrans 10 dekabr 1989 - -
I Qurultay 13–17 iyul 1991
yanvar 1992
- -

1990-cı ilin fevral ayında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi "Məhəmməd Əmin Rəsulzadə mükafatı" təsis edildi. İdarə Heyəti Məhəmməd Əmin Rəsulzadə mükafatını ilk olaraq milli-azadlıq hərəkatındakı xidmətlərinə görə iki şəxsə: görkəmli alim, vətənpərvər Xudu Məmmədova (ölümündən sonra) və "Azadlıq" radiosunun baş redaktoru Mirzə Xəzərə verilməsi qərarını yekdilliklə qəbul etdi. Qərar Əbülfəz Elçibəy tərəfindən imzalandı və eyni gün İdarə Heyətinin üzvü, yazıçı və ictimai-xadim Yusif Səmədoğlunun səsi ilə bu xəbər "Azadlıq" radiosundan yayıldı.[44]

Azərbaycan Xalq Cəbhəsinin rəsmi logosunun təsviri belə idi[45]:

Logosu

  • Ağ bayrağın ortasında qara rəngdə AHC sözü yazılıb.
  • AHC (Azərbaycan Halq Cəbhəsi).
  • C hərfinin daxilində isə Azərbaycan bayrağı var.
  1. Öztürk, Selim. "THE RISE AND FALL OF POPULAR FRONT OF AZERBAIJAN ( 1992–1993)". Türk Akademisi Dış Politika Araştırmaları (3). September 2013: 1. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  2. "Did Perestroika Cause the Fall of the Soviet Union?". history.com (ingilis). History. 16 iyul 2018. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  3. ""Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki..." Zərdüşt Əlizadə". bbc.com (az.). BBC. 26 sentyabr 2019. 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  4. ""AzTV-ni ələ keçirən silahlı dəstəyə mən rəhbərlik edirdim"". pia.az (az.). Poliqon İnformasiya Agentliyi. 9 aprel 2015. 11 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  5. "Tariximizi təhrif etməyə imkan verməyək - 1992-ci ilin prezident seçkiləri necə saxtalaşdırıldı?". olke.az (az.). "Ölkə.Az" xəbər agentliyi. 14 dekabr 2020. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  6. "Rəsul Quliyev 1992-ci seçkilərini şübhəli adlandırdı TƏRS BAXIŞ". sia.az (az.). Səs İnformasiya Agentliyi. 1 fevral 2018. 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  7. "Köhnə təfəkkürlü müxalifət". old.xalqqazeti.com (az.). Xalq qəzeti. 13 aprel 2012. 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  8. "Rəhim Qazıyev İsa Qəmbəri ittihamladı". hafta.az (az.). Həftə içi (qəzet). 1 dekabr 2010. 2021-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  9. "Killer tutub məni öldürmək istəyirdilər"– 1992-ci il seçkiləri haqda Şok faktlar". publika.az (az.). "Publika.az" xəbər portalı. 7 iyun 2014. 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  10. "AXC hakimiyyətinin bir ili: Elçibəy hansı işləri gördü?". pia.az (az.). Poliqon İnformasiya Agentliyi. 8 iyun 2019. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  11. "Test üsulu ilk dəfə Azərbaycana necə "gəldi"... - 27 il öncə "qəbul mafiyası" belə zərərsizləşdirilmişdi... - TARİX". azedu.az (az.). 9 avqust 2019. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  12. "Pənah Hüseyn: "AXC hakimiyyəti inqilabi dəyişiklik edə bilmədi"". bbc.com (az.). BBC. 13 oktyabr 2019. 11 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  13. "Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləri". teref.az (az.). 14 noyabr 2018. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2022.
  14. Cornell, Svante. The Rise and Fall of the Popular Front // Azerbaijan Since Independence (ingilis). M. E. Sharpe. 23 dekabr 2010. səh. 74. ISBN 978-0-7656-3002-5.
  15. "Bir adamın ölməkliyi: İsgəndər Həmidov olduğu kimi..." milli.az (az.). 30 yanvar 2019. 11 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  16. "Keçmiş nazir İsgəndər Həmidov onu tanıyanların xatirəsində necə qalacaq?". bbc.com (az.). BBC. 26 fevral 2020. 11 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  17. "Fəzail Ağamalı: «Bu gün əldə edilən uğurlar məhz iyunun 15-nə söykənir»". azadliq.org (az.). Azadlıq Radiosu. 15 iyun 2012. 15 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  18. "Cavid Osmanov: "Torpaqlarımız bu şəxslərin yarıtmazlığı ucbatından işğal edildi"". pravda.az (az.). 25 Noyabr 2020. 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  19. AMAHE, 2018. səh. 618
  20. 1 2 AMAHE, 2018. səh. 622
  21. AMAHE, 2018. səh. 621
  22. AMAHE, 2018. səh. 620
  23. AMAHE, 2018. səh. 623-624
  24. AMAHE, 2018. səh. 625
  25. AMAHE, 2018. səh. 633
  26. 1 2 3 AMAHE, 2018. səh. 637
  27. AMAHE, 2018. səh. 635
  28. AMAHE, 2018. səh. 631
  29. AMAHE, 2018. səh. 636-637
  30. AMAHE, 2018. səh. 639
  31. Azərbaycan Xalq Cəbhəsinin Məramnamə və Nizamnaməsi. Bakı, 1992. səh. 3.
  32. 1 2 3 4 5 6 7 "Pənah Hüseyn yazdı: "AXC İcraiyyə Komitəsi"-TARİX". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  33. "H. Ə. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  34. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  35. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  36. 1 2 Schmemann, 1993, The New York Times
  37. 1 2 Library of Congress
  38. "S. D. Hüseynovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  39. "AXCP - Əli Kərimli timsalında parçalanma sindromunu yaşayan ilk siyasi təşkilat". Sesqazeti.az (az.). 2016-07-21. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  40. 1 2 modern.az. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  41. "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  42. "Arxivlənmiş surət". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-12.
  43. 1 2 "Arxivlənmiş surət". 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-12.
  44. Mehdi Məmmədovun xatirələri [ölü keçid]
  45. Elnur Məmmədli. "Partiyaların simvolları – ARAŞDIRMA" (az.)). lent.az. 2009-12-05. 2009-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  1. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 1000.