ŞEF

разг.
I
сущ. шеф:
1. начальник, глава предприятия, учреждения или отдела (по отношению к подчиненным ему людям). Müəssisənin şefi шеф предприятия
2. лицо или предприятие, взявшее шефство над кем-л., чем-л. Xəstəxananın şefi (hamisi) шеф больницы, şef təhkim etmək kimi прикрепить в качестве шефа кого
II
прил. шефский. Şef (hami) köməyi шефская помощь, şef cəmiyyəti шефское общество
ŞAYİƏYAYAN
ŞEFLİK
OBASTAN VİKİ
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Entoni Eşli-Kuper (I Şeftsberi qrafı)
Entoni Eşli-Kuper (ing. Anthony Ashley Cooper; 22 iyul 1621, Dorset[d] – 21 yanvar 1683, Amsterdam, Hollandiya qraflığı) — çoxhakimiyyətlilik və kral II Karlın hakimiyyəti dövründə nüfuz qazanmış İngiltərə siyasətçisi. O həmçinin, Viqlər partiyasının qurucusu və İngiltərə filosofu Con Lokkun hamisi idi. == Həyatı == Dorsetdə anadan olan Entoni Eşli-Kuper ser Con Kuperin və onun həyat yoldaşı, kraliça I Elizabetin hakimiyyəti dövründə müharibə katibi olaraq xidmət etmiş ser Entoni Eşlinin qızı Enn Eşlinin oğlu idi. Onun valideynləri gənc yaşlarında vəfat edir və Eşli-Kuper baronet titulunu əldə edir. Puritan müəllimlər tərəfindən təhsil almış, Oksforddakı Ekseter kollecində oxumuşdur. Ser Entoni Qlosterşir qraflığındakı Tüksberi şəhərini təmsil edən I Karlın qurduğu qısa parlamentə qatılır. O, daha sonra uzun parlamentdə Dorset qraflığındakı Pul şəhərini təmsil edir. Denzil Hollislə rəqabət aparan ser Entoni İngiltərədə vətəndaş müharibəsinin əvvəllərində ilk öncə kavalerlərin tərəfini tutur, bundan sonra isə Oliver Kromvelə sadiq girdəbaşların sırasına keçir. 1660-cı ildə Kromvelin qalibiyyəti nəticəsində İngiltərə Respublikasının süqutundan sonra ser Entoni İngiltərə sərkərdəsi Corc Monk ilə birlikdə kral II Karlın ölkəyə qayıtmasını dəstəkləyir.
Gümüşü şefedriya
Səkkizyarpaq şeffler
Səkkizyarpaq şeffler (lat. Schefflera octophylla) - schefflera cinsinə aid bitki növü.
Yan Şefl
Yan Şefl (10 may 1990) — Çexiyalı üzgüçü. Yan Şefl Çexiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yan Şefl birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.09 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 28-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Şarl Anri Oqüst Şefer
Şarl Anri Oqüst Şefer (fr. Charles Henri Auguste Schefer; 16 noyabr 1820, Paris – 3 mart 1898)—fransız şərqşünası, tarixçisi və diplomatı. == Həyatı == Şarl Anri Oqüst Şefer 1820-ci ildə Paris şəhərində doğulmuşdu. Ali təhsilini École Nationale des Langues Orientales Vivantesdə tamamlamışdı. Fransanın Osmanlı ölkəsindəki Qüds, İzmir və İskəndəriyədə olan təmsilçiliklərində uzun müddət mütərcim kimi çalışdıqdan sonra 1849-cu ildə İstanbul səfirliyinin başmütərcimliyinə təyin edilmişdi. 1856-cı ildə Parisə döndü; ertəsi il École des Langues Orientales Vivantesin Fars dili müəllimi, 1867-ci ildə isə müdiri olaraq təyin edildi. 1860-cı ildə Suriya, 1862-ci ildə Qırmızı dənizlə ilgili olaraq dövləti təmsilən o bölgələrə göndərilmişdi. Ölümünə qədər işlədiyi məktəb müdiri kimi məktəbin kitabxanasını zənginləşdirən Şefer rəsmi vəzifələri ilə bağlı verilən bir çox dövlət nişanının sahibi idi. Şefer, İslam tarixi və coğrafiyasıyla ilgili önəmli çalışmalar işləyib hazırlamışdı. Bəzi Farsca İslam tarixi qaynaqlarının tənqidi nəşri və Fransızca tərcümələri ilə yanaşı İslam dünyasına dair Şərqdə və Qərbdə yazılmış bir çox səyahətnamə və xatiratı çap etmiş və Fransızcaya çevirmişdir.
Şeferdiya
Şeferdiya (lat. Shepherdia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinə aid bitki cinsi.
Şeffild
Şeffild (ing. Sheffield [ˈʃɛfiːld]) — Böyük Britaniyada, İngiltərənin Cənubi Yorkşir qraflığında,Yorkşir və Humber bölgəsində böyük şəhərdir.
Şeffild Universiteti
Şeffild Universiteti (ing. University of Sheffield) — İngiltərənin Şeffild şəhərində yerləşən ali təhsil müəssisəsi. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Şeffild Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 17.06.2011, № 23.
Şefik Avni Özüdoğru
Şefik Avni Özüdoğru (türk. Şefik Avni Özüdoğru; d. 1884, Samsun, Osmanlı İmperiyası – ö. 1960, Samsun, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Orta təhsilini Samsunda türk və fransız dillərində almışdır. İngilis, fransız və alman dillərində səlis danışmağı bacarırdı. == Hərbi fəaliyyəti == 1906-cı ilin 26 sentyabrında Hərbi Akademiyanı bitirdi. 1909-1911-ci illər arasında Almaniyada hərbi təlimlərdə iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda Türkiyəyə geri dönərək Osmanlı Hərbi Kollecində müəllim kimi fəaliyyət göstərməyə başladı. Birinci Dünya müharibəsi başlayanda Ərzurum Hərbi Rəisliyinə təyin edildi.
Şefik Cəfəroviç
Şefik Cəfəroviç (bosn. Šefik Džaferović; xorv. Šefik Džaferović; serb. Шефик Џаферовић; 9 sentyabr 1957, Zavidoviçi[d]) — Bosniya və Herseqovinanın 7-ci və hazırkı boşnak üzvü və Bosniya siyasətçisi. 28 oktyabr 2002–20 noyabr 2018-ci illər arasında Nümayəndələr Palatasının üzvü olub. Demokratik Hərəkat Partiyasının yüksək rütbəli üzvü olan Cəfəroviç, partiyanın hazırkı prezident müavinidir və eyni zamanda baş katibi vəzifəsini də icra edib. == Həyatı == Cəfəroviç 1957-ci ildə Bosniyanın Zavidoviçi şəhərində anadan olub. Zavidoviçdəki idman salonda gənc ikən idmanla məşğul olmuşdur. 1979-cu ildə Sarayevo Universitetinin Hüquq Fakültəsini bitirmişdir. Cəfəroviç 1996-cı ilə qədər məhkəmə müəssisələrində, Zavidoviçi və Zenitsadakı polis şöbəsində çalışmışdır.
Şefika Kutluer
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Gümüşü şeferdiya
Gümüşü şeferdiya (lat. Shepherdia argentea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin şeferdiya cinsinə aid bitki növü.
Karl Şefold
Karl Şefold (alm. Karl Schefold‎; 26 yanvar 1905, Heilbron[d] – 16 aprel 1999, Bazel) — İsveçrə klassik arxeoloqu. == Həyatı == Ştutqartda orta məktəbi bitirdikdən sonra Tübingen və Heydelberq Universitetlərində, sonra Yena Universitetlərində antik dövr üzrə təhsil almış və 1930-cu ildə Marburq Universitetində (elmi direktor Paul Yakobstal) doktorluq dərəcəsi alıb. Roma və Afinadakı alman arxeologiya institutlarında işləmiş, qazıntılarda iştirak etmişdir. 1935-ci ildə İsveçrənin Bazel şəhərinə mühacirət etdi və burada klassik arxeologiya üzrə təhsil aldı. 1953-cü ildə kafedranı qəbul etmişdir. O, Almaniya, Avstriya və ABŞ arxeologiya institutlarının, habelə Bavariya və Britaniya Elmlər Akademiyasının üzvü (sonuncunun 1976-cı ildə müxbir üzvü) olmuşdur. 1935-ci ildən Karl fon den Ştaynenin qızı Marianna ilə evləndi. Oğullarının üçü də professor oldu.

Digər lüğətlərdə