ŞEYBANİ MƏHƏMMƏD İBN HƏSƏN

(132/749 – 189/805) – hənəfi məzhəbinin üç nüfuzlu fəqihlərindən biri olmuşdur. Suriyada doğulub boya başa çatmış, sonra Kufəyə köçmüşdür. Burada o, fiqhi məzhəblərin təlimləri və onların ardıcılları ilə tanış olmuşdur. O dövrlərdə bu şəhər Xilafətin mədəni mərkəzlərindən biri olmuşdur. Oradakı mühit Şeybaninin inkişafına böyük təsir göstərmişdir. Onun müəllimləri Əbu Hənifə və Əbu Yusif kimi zamanəsinin tanınmış alimləri olmuşdurlar. Təhsilini başa vurduqdan sonra Şeybani mükəmməl fəqih kimi müstəqil hökmlər verməyə başlamışdır. Xilafətin bir çox yerlərindən ondan dərs almaq üçün tələbələr gəlirdilər. Onlardan biri də Şafii olmuşdur. Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə siyasi baxışlarına görə Şeybani qısa müddət təqib olunmuş, ancaq sonra etibar qazandıqdan sonra Xorasanda qazi vəzifəsinə təyin olunmuş və orada da vəfat etmişdir.
ŞAZİLİLƏR
ŞEYX
OBASTAN VİKİ
Məhəmməd ibn Həsən
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. == Həyatı == Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. ==== Xüsusi naiblər ==== Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
Məhəmməd Şeybani
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1510-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Abdullah ibn Həsən
Abdullah ibn Həsən ibn Əli ibn Əbi Talib(ərəb. عبدالله ابن حسن ابن علي‎‎) İmam Həsən ilə Ümm Vələdin oğludur. Kərbəla döyüşündə Hərmələ ibn Kəhil əl Əsədi tərəfindən öldürülmüşdür.
Həsən ibn Qəhtəbə
Həsən ibn Qəhtəbə (713 – bilinmir) — Xilafət dövründə Azərbaycan valisi == Həyatı == Əl-Həsən ibn Qəhtəbə Azərbaycanda iki dəfə vali olub: xəlifə əs-Səffahın vaxtında və 770-ci ildən 775-ci ilədək. Əl-Bəlazuri xəbər verir ki, (səh. 210), "bu həmin əl-Həsəndir ki, onun adına Beyləqandakı Həsənçayı (arxı), Bərdədəki "Həsən bağı" adı ilə tanınmış bağ və "əl-Həsəniyyə" kimi məşhur malikanə aiddir (və huva əlləzi nəsəbə ileyhi nəhr əl-Həsən bil-Beyləqan vəl-bağ əlləzi yirafu bi-bağ əl-Həsən bi-Bərdə vəd-diya əl-mərufa bil-Həsəniyyə) Həsən ibn Qəhtəbədən sonra Azərbaycanda Osman ibn Əmmara ibn Huraym (775–777-ci illərdə) bir-birinin ardınca və Bistam ibn Əmr ət-Təğlibi (777–778-ci illərdə) vali olmuşlar. Abbasilərin üçüncü xəlifəsi əl-Mehdinin vaxtında (775–785) Azərbaycanın və bütün qərbdəki torpaqların valisi əl-Mehdinin oğlu Harun ər-Rəşid (778–786) olmuşdur.
Həsən ibn Əli
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Qasım ibn Həsən
Qasım ibn Həsən ibn Əli ibn Əbu Talib (ərəb. قاسم بن حسن‎; 667, Mədinə – 10 oktyabr 680, Kərbəla) İmam Həsənin oğlu. Kərbəla döyüşündə Əmr ibn Səid ibn Nufeyl Əzdi tərəfindən öldürülüb. Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına "ümmi-vələd" deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış. Həzrət Qasim böyük şücaət sahibi idi.
Şurahbil ibn Həsən
Şurahbil ibn Həsən (583, Ərəbistan yarımadası – 639, Bilad əş-Şam, ərəb. شُرَحبِيْل بن حَسَنَة‎) — ərəb hərbi lideri, İslamı ilk qəbul edənlərdən biri, Məhəmmədin səhabəsi, müsəlmanların Suriya və Fələstini ələ keçirməsi zamanı döyüşlərdə iştirak etmiş əsas komandirlərdən biri. == Bioqrafiya == === Mənşəiy === Gələcək komandirin erkən həyatı, o cümlədən onun Məkkədə və ya Ərəbistanın başqa bir yerində doğulması haqqında çox az şey məlumdur. Atası Abdullah ibn Muta ibn Amr idi. Onun haqqında demək olar ki, heç nə məlum deyil. Lakin erkən ərəb mənbələrində onun hansı qəbilədən olması ilə bağlı müxtəlif fərziyyələr var. Məsələn: əl-Əsqəlani yazır ki, o, Bənu Təmimlə yaxın qohum olan şimal ailəsindəndir. Digər ərəb mənbələri onu Bənu Kinda, Əzditlər, Himyarilər və ya Bənu Mədhic, yəni Ərəbistan yarımadasının cənubunda olan qəbilələrlə əlaqələndirirlər. Şərqşünas Yar Perlmanın fikrincə, ikinci variant daha inandırıcı və məntiqlidir. O, xüsusilə qeyd edir ki, Şurahbil adına yarımadanın cənubunda daha çox rast gəlinir.
Məhəmməd Həsən Hacinski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur. === Çar Rusiyası dövrü === 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Məhəmməd Həsən Mirzə
Məhəmmədhəsən Mirzə Məhəmmədəli şah oğlu Qovanlı-Qacar (20 noyabr 1899, Təbriz – 7 yanvar 1943, Meydenhed[d], Berkşir[d]) — Əhməd şah Qacarın qardaşı, Cənubi Azərbaycan vilayətinin valisi və Qacar sülaləsinin vəliəhd şahzadəsi. Rza xanın 1925-ci ildə özünü şah elan etməsindən sonra bütün ailəsi ilə birlikdə ömürlük İngiltərəyə sürgünə göndərilmişdir. 1930-cu ildə özünü İran taxtının varisi elan etmişdir. 1943-cü ilin 7 yanvarında İngiltərənin Meydenhed şəhərində vəfat etmişdir. İraqın Kərbəla şəhərində dəfn edilmişdir. == Həyatı == Məhəmməd Əli şahın üçüncü оğlu Məhəmməd Həsən Mirzə 20 noyabr 1899-cu ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mükəmməl saray təlim-tərbiyəsi və təhsili görmüşdü. Məhəmməd Həsən Mirzə 1943-cü ildə vəfat еdib. İraqın Kərbəla şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == Qardaşı Əhməd şah Qacarın Rza şah tərəfindən devrilməsindən əvvəl belə İran siyasətində önəmsiz fiqur idi.
Məhəmməd Həsən xan
Məhəmmədhəsən xan Sərdar İrəvani — Məhəmməd xan Qacar Ziyadlının oğlu və Nasirəddin şah Qacar dövründə Yəzd və Kirmanın hakimi. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar — Gəncə xanı Məhəmmədhəsən ağa Şahverdi xan oğlu Məhəmmədhəsən xan Müqəddəm — İranda çap işinin yaradıcılarından biri Məhəmməd Həsən xan Qacar — Astrabad hakimi Məhəmmədhəsən хan Fətəli хan oğlu Mirzə Məhəmmədhəsən xan Həkiməddövlə — Həkim. Mirzə Məhəmmədhəsən xan Mirzə Zeynalabdin xan oğlu Mirzə Məhəmmədhəsən xan Həmədani — Məşrutə hərəkatının üzvü, jurnalist, şair.
Məhəmməd Həsən İbrahimi
Məhəmməd İbrahimi (1 noyabr 1984, Kazerun) — İran futbolçusu, hücumçu. İbrahimi 2009-cü ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Şirazın Muxabirat klubunda oynamışdır.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid ibn Yəzid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. == Həyatı == Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Heysam ibn Məhəmməd
Heysəm ibn Məhəmməd — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Əli ibn Heysamın atasıdır. Heysəm ibn Məhəmməd (Tabasaran əmiri) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri.
Heysəm ibn Məhəmməd
Heysəm ibn Məhəmməd — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Əli ibn Heysamın atasıdır. Heysəm ibn Məhəmməd (Tabasaran əmiri) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri.
Məhəmməd ibn Abdullah
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd ibn Bəis
Məhəmməd ibn Bəis ibn Halbas (fars. محمدبن‌بعیث‎; IX əsr, Mərənd) — Abbasilər dövründə Mərəndin hakimi, Babəkin müttəfiqi, şair. == Həyatı == Məhəmməd ibn Bəis şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Babası Halbas xilafət dönəmində Mərənd şəhərində məskunlaşmışdı. Atası Bəis ibn Halbas şəhərin məşhur şəxslərindən idi. Məhəmməd də bu şəhərdə doğulmuşdu. Mükəmməl dini təhsil almışdı. Babək və onun başçiliq etdiyi xürrəmilər ərəblərə qarşi Məhəmməd ibn Bəisin göstərdiyi maddi və hərbi yardimdan istifadə edirdilər. Məhəmməd ibn Bəis xürrəmilərə ərzaq, pul, silah yardımlarıyla bərabər, özünə məxsus Təbriz və Şahi qalalarını onların ixtiyarina vermişdi. Məhəmməd ibn Bəis Babəkin cəsur sərkərdəsi İsma əl-Kurdinin qaynatası idi.
Məhəmməd ibn Haşim
I Məhəmməd — Dərbənd Haşimiləri sülaləsindən olan üçüncü müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. 886-cı ildə Şəndanı qarət etmişdi. 901-ci ilin avqustunda xəzərlərin hücumunu dəf etmişdi. 905-ci ilin sentyabrında Sərir ölkəsi hökmdarı Buxt Yəşa ilə görüşüb əsirlikdəki on əmirini geri almışdı. 909-cu ildə Şirvanşahlar ilə birlikdə Şəndana yürüş etmişdi. 915-ci ildə vəfat etmişdi.
Məhəmməd ibn Heysam
Məhəmməd ibn Heysəm — Şirvanşahlar dövlətinin ikinci hökmdarı, Şirvanşah Heysəm ibn Xalidin oğlu, Heysəm ibn Məhəmmədin atası. Şirvanşah Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmuşdur. Deyildiyinə görə o, "atasının vəsiyyətlərinə əməl edərək, ədalətli olmuş və kafirlərlə müharibə aparmışdır. O habelə bu diyarda özü haqqında yaxşı ad qoyub getmişdir". Məhəmməd ibn Heysəm haqqında mənbələrdə çox cüzi məlumat vardır.
Məhəmməd ibn Heysəm
Məhəmməd ibn Heysəm — Şirvanşahlar dövlətinin ikinci hökmdarı, Şirvanşah Heysəm ibn Xalidin oğlu, Heysəm ibn Məhəmmədin atası. Şirvanşah Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmuşdur. Deyildiyinə görə o, "atasının vəsiyyətlərinə əməl edərək, ədalətli olmuş və kafirlərlə müharibə aparmışdır. O habelə bu diyarda özü haqqında yaxşı ad qoyub getmişdir". Məhəmməd ibn Heysəm haqqında mənbələrdə çox cüzi məlumat vardır.
Məhəmməd ibn Müsafir
Məhəmməd ibn Müsafir əl-Deyləmi əl-Kanqari (v. 953) — Salarilərin banisi, Tarım hakimi. == Həyatı == Həyatının ilkin dövrlərinə aid məlumat yoxdur. 916-cı illərdə artıq Tarım hakimi kimi bilinirdi. === Cüstanilərlə münasibətlər === 919-cu ildə III Cüstanın öldürülməsi onun üçün Cüstanilərin işinə qarışmağa bəhanə oldu və taxta çıxan qardaşı Əli ibn Vəhsudanı və ondan sonra digər qardaş Xosrov Firuzu məğlub etdi. Taxta onun oğlu Mehdi Siyahçeşmi oturaraq Cüstaniləri öz vassalına çevirdi. === Ziyarilərlə münasibətlər === 930-cu ildə Mərdavicin hücumuna məruz qalan Məhəmməd onunla diplomatik danışığa getdi və vassalı olduğu Əsvar ibn Şiruyəyə üsyan qaldırmağa sövq etdi. Məhəmmədin köməyi ilə Mərdavic üsyan qaldırdı və Ziyarilər dövlətini qurdu. == Devrilməsi == Məhəmmədin zülmkar hakimiyyəti 941-ci ildə oğulları Mərzban və Vəhsudan tərəfindən devrilməsinə gətirib çıxardı. O Tarımda həbs olunaraq hakimiyyəti Vəhsudana verməli oldu.
Məhəmməd ibn Osman
Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın "Kimə müraciət edək?" sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm." Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (ə) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir. Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi." Həmçinin, İmam Məhdi (ə) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır." Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır. Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdinin (ə) nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır.
Məhəmməd ibn Salman
Məhəmməd ibn Salman əl-Səud (31 avqust 1985[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri, kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri. == Həyatı == Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb. Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi. Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura. == Müdafiə naziri == 23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi.