Şimali Amerika ölkələrinin siyahısı
Şimali Amerika ölkələrinin siyahısı-Şimali Amerika qitəsində yerləşən 23 dövlət və əraziyə verilən ümümi ad.
Şimali Amerika sahə baxımından Asiya və Afrikadan sonra dünyanın ən böyük üçüncü, əhali baxımından isə Asiya, Afrika və Avropadan sonra ən böyük dördüncü qitəsidir. Təxminən 24.247.039 km² sahəsi ilə dünya torpaqlarının 16,5%-ni əhatə edir. 500 milyondan çox əhalisi vardır.
Şimali Amerika Amerika qitəsinin şimal hissəsidir. Panama bərzəxi Şimali Amerika ilə Cənubi Amerikanı bir-birindən ayırır. Şərqdə Atlantik okeanını, şimalda Şimal Buzlu okeanını və qərbdə Sakit okeanı əhatə edir. Şimal-şərqdə Danimarka boğazı Qrenlandiyanı İslandiyadan, Şimal-qərbdə isə Berinq boğazı Alyaskanı Asiyadan ayırır.
Bu məqalədə Şimali Amerika qitəsində torpağı olan ölkələr, onların bayraqları, paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhali və coğrafi mövqelərini göstərən xəritələr göstərilmişdir. Bu siyahı BMT üzvü olan ölkələrə və digər (BMT tərəfindən tanınmayan ölkələr, xüsusi inzibati regionlar, asılı ərazilər) ərazilərə bölünmüşdür.