ƏBƏS

ƏBƏS, NAHAQ Nahaqdır, əbəsdir yalvarışların; Başqa bir dilbərə vermişəm könül (S.Rüstəm); BİCA [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır (C.Cabbarlı); BİHUDƏ Yasəmənin iztirabı bihudə deyilmiş... (S.S.Axundov); BOŞ Boş danışıqdan nə çıxar, ay bala? (M.Ə.Sabir); BOŞ-BOŞUNA Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb getməsin (M.Müşfiq); HAVAYI (dan.) Çingiz İldırım: Yoxsa havayı danışıqlarla düşmən ifşa etmək mümkün olmaz (Ə.Vəliyev); HƏDƏR Fırıldaqlıq, hiylələr; Gördü hədərdir, hədər (B.Vahabzadə); MƏNASIZ (məc.) Nəyə gərək bilmirəm; Bu mənasız suallar?! (B.Vahabzadə); YERSİZ (dan.) Kamil burada da ona nəsihət verməyin yersiz olduğunu başa düşüb soruşdu: Niyə gülürsən? (Y.Şirvan).

ƏBƏDİYYƏT
ƏBƏVEYN
OBASTAN VİKİ
Əbəsə Surəsi
Əbəsə surəsi (ərəb. سورة عبس (Sūra-tu Əbəsə)) — Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin 80-ci surəsi. Məkkədə nazil olunduğuna inanılır və 42 ayədən ibarətdir. Adını birinci ayəsindəki "qaşqabağını tökdü" nənasını verən "əbəsə" sözündən almışdır.
Əmr ibn Əbəsə
Əmr ibn Əbəsə (ərəb. عمرو بن عبسة‎) — səhabələrdən və hədis rəvayətçilərindən biri. == Tərcümeyi-hal == Özünün dediyinə görə, Əmr ibn Əbəsə peyğəmbərliyinin ilk günlərində Məkkədə Məhəmmədlə görüşdü və ondan soruşdu: “Sən nəsən?”. “Mən Peyğəmbərəm” deyə cavab verdi. Əmr: “Peyğəmbər nədir?” deyə soruşdu. Cavab verdi: “Mən Allah tərəfindən göndərilmişəm”. "Allah səni nə ilə göndərdi?" – deyə Əmr soruşdu. “Bütləri məhv etmək və qohum-əqrəba ilə yaxşı rəftar etmək, bir Allaha iman gətirmək və heç kəsi Ona şərik qoşmamaq əmri ilə” deyə Məhəmməd cavab verdi. O, Hümsdə vəfat etmiş və orada dəfn edilmişdir. Onun Abdullah adlı bir oğlu var idi.
Əbəsə surəsi
Əbəsə surəsi (ərəb. سورة عبس (Sūra-tu Əbəsə)) — Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin 80-ci surəsi. Məkkədə nazil olunduğuna inanılır və 42 ayədən ibarətdir. Adını birinci ayəsindəki "qaşqabağını tökdü" nənasını verən "əbəsə" sözündən almışdır.

Значение слова в других словарях