ƏBU BƏKR

(13/634 ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin ən yaxın dostu, görkəmli ictimai və siyasi xadim, İslamın birinci Raşidi xəlifəsidir. Məhəmməd peyğəmbər onu Abdulla, Ətiq və Sıddiq (Ona Bağlı Olan) adlandırmışdır. O, Təym qəbiləsinə məxsus idi. Atasının adı Əbu Hüləfə Osman, anasının adı isə Ummül-Xeyr Səlma olmuşdur. Əbu Bəkr İslamı ilk qəbul edənlərdən biri olub, bütün həyatını İslama həsr etmişdir. O, Fil ilinə (572-ci il) iki il qalmış dünyaya gəlmişdir. Geyim və parça ticarəti ilə məşğul olan Əbu Bəkr bu yolla çoxlu sərvət qazanmışdır. Əbu Bəkr Məhəmməd peyğəmbərin yaxın dostu olaraq peyğəmbərin ölümünə qədər ondan ayrılmamışdır. Məhəmməd peyğəmbər bir-çox əhəmiyyətli problemlərin həll olunmasında Əbu Bəkrlə məsləhətləşirdi. Ərəblər onu hətta “peyğəmbərin vəziri” belə adlandırmışlar. Onlar təxminən eyni yaşda idilər. Əbu Bəkr Məhəmmədin peyğəmbərliyi əsnasında onun hər bir sözünə inanmış və onun yanında yer almışdır. Məsələn, peyğəmbər bir gecə Məkkədən Qüdsə, buradan da göylərə yüksəlməsini (İsra və merac olayı) bəyan edəndə, Əbu Bəkr Məhəmməd peyğəmbərin sözlərinə ilk inanmış şəxs olduğundan peyğəmbər onu “Siddiq” (Sadiq olan) adlandırmışdır. Məkkədə olarkən Əbu Bəkr müsəlman icmasının inkişafı üçün böyük işlər görmüşdür. O, yoxsullara yardım edib bütpərəstlər tərəfindən işgəncələrə məruz qalan Bilal, Həbbab, Lübeynə, Əbu Fükeyhə, Əmir kimi kölələri pulla alıb azad etmişdir. Məkkədə müsəlmanlara qarşı təqiblər başlayanda Məhəmməd peyğəmbər Əbu Bəkri Həbəşistana hicrət edən bir qrup müsəlmanlarla o ölkəyə göndərmək istəmişdir. Əbu Bəkr getmək istəsə də, nüfuzlu qəbilə başçılarından biri İbn Dükunnə onu himayəsinə götürdüyünə görə o, bu fikrindən yayınmışdır. Məhəmmədin peyğəmbərliyindən 13 il keçdikdən sonra müsəlmanların Məkkədən Mədinəyə hicrəti başlanmışdır. Məkkəni sonuncu tərk edənlərdən biri də, Əbu Bəkr olmuşdur. O, Məhəmməd peyğəmbər ilə birlikdə Mədinəyə hicrət etmişdir. Onları izləyən bütpərəstlərdən qorunmaq üçün onlar yol üzərində yerləşən Saur mağarasına sığınmışlar (Quran, 9: 40). Məhəmməd peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Əbu Bəkrin qızı Aişə ilə evlənmiş və onunla qohum olmuşdur. Eyni zamanda o, başqa müsəlmanlarla birlikdə ilk İslam dövlətinin qurulmasında fəal iştirak etmişdir. O, Bədr, Uhud, Xəndək, Xeybər, Hüneyn və digər döyüşlərdə iştirak etmişdir. Məhəmməd peyğəmbərin həyatının sonlarında xəstələndiyinə görə, camaat namazına başçılıq etmə işini Əbu Bəkrə tapşırmışdır. Bu da, Əbu Bəkrin birinci Raşidi xəlifə seçilməsində həlledici rol oynamışdır. Müsəlmanların çoxu onun namazda öndərliyini, dünyəvi işlərdə də öndər olması kimi başa düşmüşdürlər. 11/632-ci ildə Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra Ənsarlar əslən məkkəli olan Səid oğullarının (Bəni Səid) yığıncaq yerində səqifədə yığışmışlar. Orada olanların çoxu xəzrəclilərdən olmuşdurlar. Onlar öz aralarında böyük nüfuza malik olan Səd ibn Übeydəni xəlifə seçmək istəsələr də, bütün bunlardan xəbər tutan Əbu Bəkr Siddiq, Ömər ibn Xəttab və Əbu Übeydə Əmir ibn Cərrah oraya gələrək müzakirələrdə iştirak etmişdirlər. Onlar xəlifənin qureyşlilərdən olmasının vacibliyini qeyd etmişdirlər. Onların səyi nəticəsində orada yığışan müsəlmanlar Səd ibn Übeydənin namizədliyini geri götürmüşdürlər. Onlar ən uyğun namizədin Əbu Bəkr olduğunu qeyd edərək onu xəlifə seçmişdirlər. Əli ibn Əbu Talib isə o zaman Məhəmməd peyğəmbərin dəfn edilməsi işləri ilə məşğul idi. Beləliklə Əbu Bəkr, 11-ci hicri ilinin 12 Rəbiül-əvvəl ayında ilk Raşidi xəlifə seçilmişdir. Seçildiyindən iki gün sonra Mədinə məscidində xalq onun xəlifəliyini tanımışdır. Əbu Bəkrin xəlifəliyi yalnız 2 il, 3 ay və 10 gün sürmüşdür. Bu müddətdə o, Xilafətinin möhkəmlənməsi üçün önəmli addımlar atmışdır. Əbu Bəkr xəlifə seçildikdən sonra Xilafətin dağılmasını istəyən güclər hərəkətə keçmişdirlər. Onlar Ərəbistanı İslamdan əvvəlki vəziyyətə qaytarmaq, qəbilə savaşlarını dirçəltmək niyyətində idilər. Bu qüvvələr xəlifəyə beyət etməmiş, ölkəyə zəkat verməkdən imtina etmişlər. Zəkat isə İslam inancına görə dinin əsaslarından biridir və mal varlığı olan hər bir müsəlman zəkat verməkdən məsul idi. Buna görə də bəzi ərəb qəbilələrinin vergilərdən yayınması RIDDT kimi dəyərləndirilmişdir. Bundan başqa Ərəbistanın müxtəlif bölgələrində Müseylimə, Tüleyhə, Əsvəd və Səccah kimi yalançı peyğəmbərlər ortaya çıxmışdır. Ölkədəki çətin siyasi duruma baxmayaraq, Əbu Bəkr xəlifəliyinin ilk günlərindən ona qarşı üsyan edənlərlə mübarizəyə başlamışdır. Onlara kiçik güzəştlərə belə getməmişdir. Onun qətiyyətli addımlarının nəticəsində bütün üsyançılar darmadağın edilmişdir. Üsyançılara qarşı aparılan uğurlu siyasətin nəticəsində, Xilafət yenə də xarici qüvvələrin hücumlarının qarşısını ala biləcək güclü ölkəyə çevrilmişdir. Düşmənlər üzərində əldə edilən zəfərlər Xilafətin güclənməsini istəməyən Ərəbistanda üsyançılara yardım edən İran və Bizans qoşunlarına qarşı İraq və Suriya ərazilərində savaşa başlamaq imkanını vermişdir. Bu tarixdən başlayaraq müsəlmanlar Xilafətin genişlənməsi uğrunda savaşlara başlamışdırlar. İslam ordusu İraqda iranlıları darmadağın etmişdirlər. Əbu Bəkrin xəlifəliyinin sonunda Xilafət ordusu Suriyada irəliləmiş, Yərmuk çayına yaxınlaşaraq burada Bizans imperiyasının orduları ilə böyük və həlledici savaşa başlamışdırlar. Yərmuk döyüşünün ən qızmar zamanında İslam ordusu Əbu Bəkrin ölümü xəbərini almışdır. O, Məhəmməd peyğəmbərin məzarının yanında torpağa tapşırılmışdır. Ölümündən əvvəl Əbu Bəkr ölkə başçılığını ikinci Raşidi xəlifə olmuş Ömər ibn Xəttaba vəsiyyət etmişdir. Rəvayətlərə görə Əbu Bəkr Quranın bir kitabda toplanması işinə də başlamışdır. O, bu işi görməyi Məhəmməd peyğəmbərin katiblərindən biri olmuş Zeyd ibn Sabitə tapşırmışdır. Yığılmış yazılı Quran səhifələri peyğəmbərin həyat yoldaşı Həfsəyə verilmiş və bu səhifələr uzun müddət onda qalmışdır. Xəlifə Osmanın dövründə bu səhifələrin üzərində işləyən Zeyd ibn Sabitin başçılıq etdiyi heyət, Quranın son variantının işlənib hazırlanmasında iştirak etmişdirlər. Bu fəaliyyətin nəticəsində Quran bizim günümüzə qədər gəlib çata bilmişdir.
ƏBDÜRRƏHMAN İBN ƏVF
ƏBU CƏHL
OBASTAN VİKİ
Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Sünni müsəlmanlara görə Əbu Bəkr Məhəmməd peyğəmbərin etibar etdiyi yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. O, Məhəmmədlə birlikdə Mədinəyə, oradakı camaatdan dəstək axtarmaq üçün yollanır. Şiə müsəlmanlar və Əhli-Beytin ardıcılları onu Fədək məsələsinə, İmam Əli və Məhəmməd peyğəmbərin qızı cənnət xanımlarının seyyidəsi xanım Fatimeyi Zəhranın evinə qarşı olan hücumuna görə onun haqda müsbət fikirdə deyillər.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Xəlifə Əbu Bəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Sünni müsəlmanlara görə Əbu Bəkr Məhəmməd peyğəmbərin etibar etdiyi yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. O, Məhəmmədlə birlikdə Mədinəyə, oradakı camaatdan dəstək axtarmaq üçün yollanır. Şiə müsəlmanlar və Əhli-Beytin ardıcılları onu Fədək məsələsinə, İmam Əli və Məhəmməd peyğəmbərin qızı cənnət xanımlarının seyyidəsi xanım Fatimeyi Zəhranın evinə qarşı olan hücumuna görə onun haqda müsbət fikirdə deyillər.
Əbu Bəkr (Eldəniz)
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Əbu Bəkr (ad)
Əbu Bəkr, Əbubəkr — ad.
Əbu Bəkr Kələvi
Əbu Bəkr Kələvi (v. 1366) — Səmərqənd incəsənət xadimi, üsyan rəhbəri. Moğolustan xanı İlyas xocanın Mavəraünnəhrə yürüşü zamanı pambıqçılar gildiyasının rəisi olmuşdur. O, Əbu Bəkr 1365–13666-cı illərdə Səmərqənddə sərbədarilər üsyanının başçılarından biri olmuşdur. Sərbədarilərin mülklərini müsadirə etməsindən narazı qalan şəhər zadəganları əmirlər Hüseyn və Teymuru dəvət etmişdir. Sərbədarilər əmirlərin qərargahına gəlmiş, lakin orada əsir düşmüşdür. Demək olar ki, onların hamısı edam edilmişdir. Səmərqənddə sərbədari hərəkatı yatırılmışdır.
Əbu Bəkr Narşahi
Əbu Bəkr Məhəmməd ibn Cəfər Narşahi (fars. ابوبکر محمد نرشخی‎), 899—959) — X əsr Orta Asiya tarixçisi. == Həyatı == Əbu Bəkr Məhəmməd ibn Cəfər 899-cu ildə Buxara yaxınlığındakı Narşah qəsəbəsində anadan olmuşdu. "Buxara tarixi" əsərinin müəllifidir. Əbu Bəkr Məhəmməd ibn Cəfər Narşahi 959-cu ildə vəfat edib. == Buxara tarixi əsəri == ən-Narşahinin “Buxaranın tarixi” əsərində isə giriş hissəsindən sonra Buxaranın tarixi, topoqrafiyası və iqtisadi həyatı əks olunmuşdur. Bu əsər ərəb dilində 943-cü ildə yazılmışdır. == Ədəbiyyat == http://www.vostlit.info/haupt-Dateien/index-Dateien/N.phtml?id=2054%7Ctitle=Мухаммад Наршахи. История Бухары. Ташкент.
Əbu Bəkr Siracəddin
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[…] – 12 may 2005[…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] == Həyatı == Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır. Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir. == Əsərləri == "Qədim inanclar, müasir xurafatlar" "İyirminci əsrdə bir vəli" "Təsəvvüf nədir?" "On birinci saat" "Əminlik kitabı" "Şekspirin müqəddəs sənəti" "Quran xəttatlığı nümunələri" "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing.
Əbu Bəkr məscidi
Əbu Bəkr məscidi (Bakı)
Aişə binti Əbu Bəkr
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.
Atabəy II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, ərəb. محمد بن أبي بكر‎) — Xəlifə Əbu Bəkr və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi. == Bioqrafiya == Əbu Bəkrin vəfatından sonra dul qalmış həyat yoldaşı, Məhəmmədin anası Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri oğlu kimi böyüdür. Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu. Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hakimi İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir.
Əbu Bəkr Məhəmməd Urməvi
Əbu Bəkr Məhəmməd Urməvi Azərbaycani (?-1142) — Azərbaycan alimi. == Həyatı == Ə. Urməvi Urmiyada 1042-ci ildə vəfat edib. O, böyük alim olub. Nə vaxt doğulduğu məlum deyil.
Əbu Bəkr ibn Həsən
Əbu Bəkr ibn Həsən ibn Əli (ərəb. أبي بكر ابن حسن ابن علي ‎)‏‎ İmam Həsənin oğlu, Kərbəla şəhidi. Kərbəla hadisəsində vəfat etmişdir.
Əbu Bəkr ibn Ömər
Əbu Bəkr ibn Ömər (ərəb. أبو بكر بن عمر‎; doğum tarixi məllum deyil — vəfat tarixi 1087) — ləmtunlar adlı bərbərlər tayfasının rəhbəri. Əlmürabilər ittifaqının qurucusu Abdullah ibn Yasinin silahdaşı. Qardaşı Yəhyanın 1056-cı ildə vəfatından sonra Əlmürabilər ittifaqının hərbi rəhbəri oldu. Abdullah ibn Yasinin vəfatından sonra (1058-ci və ya 1059-cu il) Böyük Səhrada qalmış Əlmürabilər tayfaları arasında sürtətlə açıq müharibəyə çevrilən mübahisələr yarandı. Məğribdə olan Əbu Bəkr nizamın bərpası üçün Saxaraya tələsməyə məcbur idi. Həyat yoldaşı Zeynəb ən Nafzaviyanın təsiri altında Əbu Bəkr Əlmürabilər ittifaqının hərbi rəhbəri vəzifəsinə Yusif ibn Taşfini təyin etdi. Əbu Bəkr Səhra və Seneqal bərbərlərinin arasında nizamı tez bərpa etməyi bacardı və bundan sonra öz diqqətini Sudanın zəncilərinə yönəltdi. Sudan müharibəsindən sonra Əbu Bəkr Məğribə qayıtdı (1071—1072-ci illər), amma Əlmürabilərin Yusifin hökümdarlığı altında nə qədər güclənməsini görəndən sonra, qərar verdi ki Yusif taxta ondan daha layiqdir və hakimiyyətdən özü əl çəkərək Afrika tayfalarına İslam dinini yaymaq məqsədi ilə Səhraya qayıtdı və 1087-ci ildə vəfatına qədər burada yaşadı.
Əbu Bəkr ibn Əli
Əbu Bəkr ibn Əli (ərəb. أبو بكر بن علي‎) — Əli ibn Əbu Talib və Leyla binti Məsudun oğludur. O, Kərbəla döyüşündə şəhid olan Hüseynin səhabələrindən olmuşdur. == Soyu == Əbu Bəkr ibn Əlinin Aşura günü qardaşı Hüseyn ibn Əliyə dəstək olmaq üçün döyüş meydanında vuruşan Əli ibn Əbi Talibin övladlarından birincisi olduğu deyilir. Onun təxəllüsü Əbu Bəkr olmuşdur. Sünni alimi İbn Quteybəyə görə onun anası Məsud ən-Nəxşəlinin qızı Leyla, atası isə Əli ibn Əbu Talibdir. == Kərbəla döyüşündə == Əbu Bəkr ibn Əli Kərbəla döyüşündə şəhid olmuşdur. Məhəmməd əl-Baqirdən bir hədis var ki, ona görə də Həmdan qəbiləsindən bir nəfər onu şəhid etmişdir. Bəzi mənbələrə görə, onun qəbri İmam Hüseynin dəfn olunduğu yerin yaxınlığındakı Həşimid şəhidlərinin toplu məzarında yerləşir.
Əbu Bəkr məscidi (Bakı)
Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr şərəfinə inşa edilmiş məscid. == Tarixi == Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər. Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir. Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır. Məsciddə qadınlar üçün ayrıca bölmə var.
Əbu Bəkr məscidi (Sumqayıt)
Əbu Bəkr məscidi və yaxud Sumqayıt Əbu Bəkr məscidi — Sumqayıt şəhərində yerləşən, yerli sakinlər arasında "Ərəblər" adı ilə tanınan məscid. == Tarixi == Tikintisinə 1993-ci ildə başlanan məscid Azərbaycan müstəqilliyini elan edəndən sonra ölkə ərazisində tikilən ilk məscid hesab edilir. Məscid Səudiyyə Ərəbistanın "İslami Nicat" təşkilatının yardımıyla Sumqayıtda - 15-ci məhəllədə inşa edilib. "İslami Nicat" təşkilatının yardımıyla 1998-ci ildə Bakıda da eyni adlı daha böyük "Əbu Bəkr məscidi" inşa edilib. == Adı == İslam peyğəmbəri Məhəmməd peyğəmbərdən sonra 632-634-cü illər arası xəlifəlik edən ilk xəlifə Əbu Bəkrin adını daşıyan məscid Sumqayıt sakinləri arasında "Ərəblər" adı ilə tanınır. Məscidin "Ərəblər" adı ilə tanınmasına səbəb məscidin ərəblərin yardımıyla tikilməsiylə yanaşı, məscidin imamının milliyətcə ərəb olmasıdır. == Bağlanması == Məscidin bağlanmasının əsas səbəbi İkinci Rus-Çeçen Müharibəsinin başlamasıyla çeçenlər tərəfdən vuruşmaq üçün məsciddən xeyli sayda insanın müharibədə iştirak üçün Çeçenistana getməsi və məscidin Çeçenistan "yolu"nda önəmli yeri tutması idi. Bu və bu kimi səbəblərdən məscid 2001-ci ildə bağlandı. Məscid imamı milliyətcə ərəb, əslən Fələstindən olan Əmir Fəhmi ölkəni tez bir zamanda tərk etsə də, Çeçenistanda aktiv döyüş yolu keçmiş 40-a yaxın məscid əhli olan şəxs daha sonralar həbs olundu. Məscidin bağlanması ərəfələri ərəb təşkilatlarının ölkədən qovulması və üzvlərinin həbsləri ilə də yadda qaldı.
Əbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi (ərəb. أبو بكر البغدادي‎; 28 iyul 1971, Səmərra, Səlahəddin mühafəzəsi – 27 oktyabr 2019, Barişa[d], İdlib mühafəzəsi) — İraq və Şam İslam Dövlətinin keçmiş lideri. Digər adları Dr. İbrahim, Əbu Dua və İbrahim Əvvad İbrahim Əli əl-Bədri əl-Səmərrai ilə də tanınıb. == Həyatı == Əsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində dünyaya göz açmışdır. Əbu Bəkir əl Bağdadi özünü peyğəmbərin nəslindən hesab etsədə, bu haqda təsdiq edilmiş sənəd və faktlar mövcud deyil. Hədisə görə, axirəzzamanda bir nəfər özünü İslam Peyğəmbərinə nisbət edərək qətl və fətinəlrə törədəcək. Hədisdə deyilir: "Abdullah İbi Ömər dedi ki, Rəsuli Əkrəmin hüzurunda oturmuşduq. Bizə axirəzzamandakı fitnələrdən bəhs etdi və bu məsələ üzərində durdu. Sonra dedi: "Fitnə dumanı özünü bizə nisbət verən şəxsin iki ayağı altından çıxar.
Əbu Bəkr əl-Cəssas
Əbu Bəkr Əhməd ibn Əli Ər-Razi (ərəb. ابو بكر أحمد بن علي الجصاص‎), əl-Cəssas (ərəb. الجصاص‎), (917, 918 və ya 917, Rey – 981 və ya 12 iyun 981, Bağdad) — İslam ilahiyyatçısı, 10-cu əsr Hənəfi məzhəbinin hüquqşünası. == Bioqrafiya == Onun həyatı haqqında çox az şey məlumdur. O, Reydə (müasir İran) anadan olub, ona görə də ləqəbi “ər-Razi”dir. 937-ci ildə elm dalınca Bağdada gəlir. O, fiqh, hədisşünaslıq, təfsir, ərəb dili və s. öyrənmişdir. Əl-Cəssasa təsir edən müəllimlər arasında Əbul-l-Həsən əl-Kərhi xüsusilə seçilir. Əl-Xətib əl-Bağdadiyə görə, əl-Cəssas hicri 331-ci ildə (942) Bağdadda vəfat etmişdir.
Əsma binti Əbu Bəkr
Əsma binti Əbu Bəkr (ərəb. حفصة بنت عمر بن الخطاب‎; təq. 595, Məkkə – noyabr 692, Məkkə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, ilk xəlifə Əbu Bəkr əs-Siddiqin qızı. == Bioqrafiyası == Əsma Məhəmməd peyğəmbərin ən yaxın dostu Əbu Bəkr əs-Siddiqin qızı idi. Anasının adı Kuteylə bint Əbdül-Uzza idi. Onun Abdullah ibn Əbu Bəkr adlı qardaşı, Aişə və Ümmü Gülsüm adlı bacıları vardır, həmçinin ögey qardaşları Əbdürrəhman və Məhəmməd də mövcud idi. Onun Ummu Ruman binti Amir adlı ögey anası və ət-Tufeyl ibn əl-Haris əl-Əzdi adlı ögey qardaşı var idi. Əsmanın valideynləri Məhəmmədin peyğəmbərlik missiyası başlamazdan əvvəl boşanırlar. Valideynləri boşandıqdan sonra o, atasının evində qalır. После развода родителей она осталась в доме отца.
Əbu Bəkr əs-Səqəfi
Əbu Bəkr əl-Səqəfi (ərəb. أبو بكرة الثقفي‎) — daha çox Nufey ibn əl-Haris (ərəb. نُـفَـيْـع ابْـن الْـحَـارِث‎) olaraq da tanınaraq Nafi ibn əl-Harislə ögey qardaş idi. O, hərbi səfər zamanı başqa bir İslam sərkərdəsi əl-Muğirə ibn Şubə ilə mübahisəsi ilə tanınır. Digər mənbələr onu Ziyad ibn Əbihinin qarın qardaşı kimi təsvir edir.
Bakıdakı Əbu Bəkr məscidində terror
Bakıdakı Əbu Bəkr məscidində terror — 17 avqust 2008-ci ildə Əbu Bəkr məscidinə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanovda olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunun törətdiyini bəyan etmişdir.
Əbu
Əbu Dücanə