Ədəbiyyat

1) hər hansı bir xalqın, dövrün və ya bütün bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi və s. əsərlərin məcmusu; 2) bədii əsərlərin məcmusu; 3) müəyyən bilik sahəsinə və ya məsələyə aid çap olunmuş əsərlər.
Evristika
Əhəmiyyət
OBASTAN VİKİ
Detektiv (ədəbiyyat)
Detektiv janrı və ya xəfiyyə ədəbiyyatı, detektiv ədəbiyyatı — bədii ədəbiyyat növü; faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin (detektivlərin) macəralarından bəhs edən roman, povest, hekayə. Detektiv ədəbiyyatda konflikt, əsasən, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur. Detektiv janrının yaranmasını bəziləri Qaston Lerunun "Sarı otağın sirri", bəziləri isə Amerika yazıçısı Edqar Allan Ponun "Morq küçəsində qətl" romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk detektiv roman Çarlz Feliks ləqəbli müəllifin "Nottinq Hillin sirri" romanı hesab olunur. Bu roman ilk dəfə 1862–1863-cü illərdə hissələrlə "Once a Week" jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində "Bradbury & Evans" nəşriyyatı kitabı yayımlayıb. Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub. Amma tarix və araşdırmalar həqiqəti üzə çıxardı.1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons isbat etdi ki, ancaq "Nottinq Hillin sirri" romanı detektiv roman kriteriyalarına cavab verir. Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər əsl detektiv "Nottinq Hllin sirri"dir. Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar — şahidlərin dindirilməsi, maddi sübutların toplanması və başqa detektivə xas xüsusiyyətlər ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb.
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.
Dini ədəbiyyat
Dini ədəbiyyat — ilahiyyata, dini müqəddəslərin (peyğəmbərlər, imamlar və başqaları) həyat və fəaliyyətinə dair əfsanə, rəvayət və hekayətlər, həmçinin müxtəlif növ janrlarda yazılmış dini məzmunlu bədii əsərlər. Dünya ədəbiyyatında qədim dövrlərdən (əsasən, monoteist dinlərin yayıldığı vaxtdan) yaranmağa başlamışdır (atəşpərəstliyin banisi Zərdüştün, xristianlığın əfsanəvi yaradıcısı İsa peyğəmbərin, islamın əsasını qoyan Məhəmməd peyğəmbərin həyatı ilə bağlı rəvayətlər və s.). Hələ qədimdən müxtəlif dinlərin (bütpərəstlik, hinduizm, buddizm, konfutsiçilik, iudaizm, xristianlıq, manilik, islam və s.) intişar tapdığı bütün ölkələrdə dini ədəbiyyat mövcuddur. İslam dininin yaranması və yayılması Yaxın və Orta Şərq ölkələrində dünya ədəbiyyatın inkişafına zəmin yaratmışdır. İslam dininin banisi Məhəmməd ibn Abdullah (570 - 632) haqqında söylənən çoxlu əhvalat və rəvayətlər dildən-dilə keçərək, əvvəlcə Ərəbistana və Yaxın Şərq ölkələrinə, sonra isə bütün dünyaya yayılmışdır. Yəhudiliyin və xristianlığın müqəddəs kitabı "Bibliya", müsəlmanların müqəddəs kitabı "Quran" dünya ədəbiyyatının klassik abidələridir. Dini ədəbiyyatın geniş yayılmış janrları hədis, rəvayət, hekayət, risalə və dastanlardır. Mərsiyə, minacat, nət və s. klassik şeir növ və şəkillərindən də geniş istifadə edilir. Azərbaycanda dini ədəbiyyatın ilk nümunələri dini təsəvvürlərin formalaşmağa başladığı çağlarda yaranmışdır.
Divan (ədəbiyyat)
Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür. "Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir. "Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Eksperimental ədəbiyyat
Eksperimental ədəbiyyat — texnika və üslub baxımından müxtəlif yenilikləri vurğulayan və səciyyələndirən ədəbiyyat növü. Bu kateqoriyada ümumi sayılan ilk əsər Laurens Sternenin 1759-cu il tarixli “The Life and Opinions of Tristram Shandy, Gentleman” əsəridir. Eksperimental ədəbiyyat klassik ədəbiyyatdan xeyli fərqlənə bilər və dil, həqiqət (reallıq) kimi anlayışların müxtəlif təriflərindən və bu anlayışlara fərqli baxışlardan təsirlənmişdir. Eksperimental ədəbiyyat ədəbiyyatda postmodernizmin təsirlərindən çox təsirlənmişdir və bir çox eksperimental yazıçılar da postmodernist xəttdə yazmışlar. Bu gün Italo Calvino, Michael Ondaatje, Gertrude Stein, E.E. Cummings və Julio Cortazar eksperimental yazıya töhfə vermiş eksperimental müəlliflərdir. Bu adlar eksperimental ədəbi əsərlərində forma, üslub, dil, quruluş, səs və bir çox başqa ədəbi elementlərlə oynamış, yeniliklər, dəyişikliklər gətirmişdir.
Ekspozisiya (ədəbiyyat)
Ekspozisiya — Əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəmin sözləri ilə ifadə olunur. Süjet xətinin yuxarıda verilən qrafik ifadəsindən göründüyü kimi, ekspozisiya hadisələrin başlanğıcı ilə əlaqədardır. Yazıçı əhvalatı danışmağa başlamazdan əvvəl həmin hadisənin başvermə şəraiti, mühiti haqqında bu və ya digər şəkildə məlumat verir və bununla da hadisələrin necə cərayan edəcəyinə, sonrakı inkişafına işarə edir. Bu isə süjet xəttinin ekspozisiya mərhələsi adlanır. Başqa sözlə, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissəyə ekspozisiya deyilir. Ekspozisiya müxtəlif əsərlərdə özünü müxtəlif şəkildə göstəririr. Bəzi əsərlərdə yazıçı ekspozisiyanı çox konkret, bir neçə əlaməti göstərməklə verir. Bəzən isə yazıçı ekspozisiya üzərində geniş dayanır, hadisənin yarandığı zəmini oxucuya ətraflı çatdırır. Hadisələrin geniş təsvirini verən irihəcmli əsərlərdə ekspozisiya daha aydın nəzərə çarpır.
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növ Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Epistolyar ədəbiyyat
Epistolyar roman – [yun. epistole – məktub] ictimai xadimlərin və ya ayrı-ayrı şəxslərin mətbuatda dərc edilərək, ədəbiyyata və ictimai həyata daxil olmuş məktubları. Məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərlər də epistolyar ədəbiyyata aid edilir. Epistolyar – 1)məktub şəklində yazılmış; 2)bir yazıçının, mütəfəkkirin, şairin məktublar məcmusu. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kulminasiya (ədəbiyyat)
Kulminasiya (lat. culmen; mənası – "zirvə") — ədəbiyyatda hadisələrin inkişafında ən gərgin an. Kulminasiya nöqtəsi əsərin süjetində təsvir olunan konfliktin şiddətini ortaya qoyur. Kulminasiya ən yaxşı işlənmiş halda epik və dramatik janrdakı əsərlərdə olur. Məsələn, Kolas Yakubun "Gənc palıd" əsərində kulminasiya nöqtəsi Andrey Plexinin malikanənin meşəsindəki oğurluq hadisəsini meşəçiyə etiraf etdiyi səhnədir. Böyük formada olan əsərlərdə hər hekayə xəttinin kulminasiyası var. Кульминация // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич.
Motiv (ədəbiyyat)
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Naturalizm(Ədəbiyyat)
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s.
Naturalizm (ədəbiyyat)
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s.
Prototip (ədəbiyyat)
Prototip – ədəbi obrazın konkret məkan və obyekt predmetinin mövcud olduğu halları göstərən termindir. Dini bioqrafiyaların hamısının prototipi var idi. Burada da müəllif subyektivizmi yox olmur, amma o fakta obyektiv yanaşma iddiasına nisbətən ikinci və üçüncü planda olur. Məkan prototiplərinin növlərindən həm də janrlar yaranıb. Bioqrafiyadan başqa bura qəhrəmanların həyatı janrını, səyahətnamə janrını, hətta tarix elmini də daxil etmək olar. Tarixçi alimlərin yaratdıqları əsərlər ədəbi əsərlərdir və onlar obrazlılıq qanunları ilə yaradılırlar. Ona görə, müəyyən mənada, tarix elmi də onun yaratdığı tarix kitabları da ədəbi əsər sayılmalıdır. Tarixi əsərlər də məkan və zaman prototiplərinə əsaslanır.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Realizm (ədəbiyyat)
Realizm — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romantizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. Dünya ədəbiyyatında O. Balzak, Q. Flober, G. Mopassan, Ç. Dikkens, M. Y. Dostoyevski, L. Araqon, P. Neruda və b. realizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Fransada realizm məsumluğun övladı kimi dünyaya gəldi. Elə bu zaman Floberin "Madam Bovari əsəri realizmin ilk nümunələrindən oldu. Ədəbiyyatda bovarizm termini bununla əlaqədərdir Azərbaycan ədəbiyyatında isə M. F. Axundov, M. Ə. Sabir, N. Vəzirov, C. Məmmədquluzadə, C. Cabbarlının əsərləri realist ədəbiyyatın parlaq nümunələridir.
Rədif (Ədəbiyyat)
Rədif (ərəb. رديف‎- əlavə, rezerv) — hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Misra sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər oxucunun diqqətinin konkret bir mətləb üzərində cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda böyük rol oynayır. Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir. Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə qafiyələnə bilər. Müxtəlif şeir şəkillərində qafiyə quruluşu müxtəlifdir.Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında “eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində rədifli qəzəllər yazmaq bir ənənədir. Həmçinin xalq şeirində qoşmanında “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır. Məsələn: (Mirzə Ələkbər Sabirin "Əkinçi" şeirindən) Bu şeirdə rədiflər "qapımda" və "əkinçi"dir.
Tarixi ədəbiyyat
Tibbi ədəbiyyat
Tibbi ədəbiyyat — tibbin elmi kütləvi ədəbiyyatıdır: tibb sahəsinə həsr olunmuş jurnallarda məqalələr və kitablardakı mətnlər. Tibbi ədəbiyyata istinadlar ümumiyyətlə səhiyyə ədəbiyyatını, eyni zamanda stomatologiya, baytarlıq, əczaçılıq, tibb bacısı və müttəfiq səhiyyə peşələrini əhatə edir. Tibbi vəziyyətlərin diaqnozu, proqnozu və müalicəsi ilə bağlı müasir və tarixi baxışlar min illər boyu sənədləşdirilmişdir. Edvin Simit Papirusu ilk tibbi traktatdır. Tarix boyu insanlar xəstəliklər, insanların onlara necə yoluxa bilcəyi və onu aradan qaldırmaq üçün nə edilə biləcəyi haqqında qeydlər aparmışlar. Tibb folklordan tutmuş cadugərliyə kimi müasir sübuta əsaslanan təbabətə qədər uzanırdı. Ən diqqət çəkən təsvirlər arasında Misir (İmhotep, Edvin Smit Papirus, Ebers Papirus, Kahun Ginekoloji Papirus), Mesopotamiya (Diaqnostika kitabça, Əl-kindi), Hindistan (Ayurveda, Şuşruta Samita, Çaraka Samita), Çin (Sarı imperator, Huanqdi Neycinq), Yunanıstan (İliada və Odisseya Yunan tibbi praktikanın ilkin göstəriciləridir; Hippokrat), İran (əl-Razi, İbn Sina, Əl-qanun fit-tibb, Kitab-i Şəfa), İspaniya (Əbülqasım əz-Zəhravi, Kitab əl-Təsrif), Suriya (İbn ən-Nəfis, Kitab əş-Şamıı fi’t-Tıb) qeyd oluna bilər. Andreas Vezali, Vilyam Harvey, İqnats Zemmelveys, Lui Paster və başqalarından sonra tibb cəmiyyəti tədqiqat aparma üsulunu dəyişdirdi. Qeyd olunanlar tibb ictimaiyyətinin məlumat paylaşdığı nəşrlərdir. Əsas məqalələr orijinal məqalələr, rəylər və iş hesabatlarıdır.
Vasan (ədəbiyyat)
Vasan (和讃) – buddaları, bodhisattvaları, sekta qurucularını tərifləyən yapon şeirləri və mədhləri. Şeirlər və ya qatalar buddist sutralarında və mətnlərində keçmiş zamanlardan yer alır. Vasanlar isə Çindən götürülmüş mədhlər və Yaponiyada mövcud olan mədhlər əsasında yaranıb. Bazar yeri müqəddəsi olan Kuya budda Amida üçün nəğmələr oxuyaraq nembutsuyu öyrətmişdir. Yuzu Nembutsu sektasının qurucusu olan Ryonin doktrinasını təbliğ etmək üçün Tenday mərasim musiqisindən istifadə edirdi. Ennin, Qenşin və Senkan kimi Tenday sektası müəllimləri Amida və Təmiz torpağı tərifləyən bir çox poetik əsər yaradıblar. Vasan İppen tərəfindən qurulmuş Ci sektası tərəfindən də geniş istifadə olunub. Codo Şin sektasının qurucusu olan Şinran vasanlar yazan ədiblər arasında ən tanınmışı hesab olunur. Onun tərəfindən yazılmış 500-dən çox bənd bir neçə kolleksiyada toplanmışdır. XV əsrdə yaşamış Rennyo ibadətlərdə istifadə etmək məqsədilə Şinranın 3 mətnini "Sanco Vasan" əsərində cəmləmişdir: "Codo Vasan" 118, "Koso Vasan" isə 119 bənddən ibarətdir və ikisi də 1248-ci ildə yazılıb.
Ədəbiyyat janrları
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Ədəbiyyat nəzəriyyəsi
Ədəbiyyat nəzəriyyəsi — Bədii ədəbiyyatın mahiyyətini, xüsusiyyətlərini, ictimai həyatda onun mövqeyini, rolunu və əhəmiyyətini təhlil etmək və hərtərəfli qiymətləndirmək prinsiplərini müəyyənləşdirən, bədii yaradıcılığın inkişafına istiqamətləndirən qanunları öyrənən elm. Ədəbiyyat tarixini ilk dəfə ingilis filosofu Frensis Bekon 1605-ci ildə öz traktatlarından birində müstəqil elm adlandırmışdır. Bu elmin Avropa universitetlərində tədrisi isə XIX əsrdən başlanır. İlk ədəbiyyat tarixi kursları yunan-Roma ədəbiyyatları tarixinə aid idi, sonralar konkret Avropa ədəbiyyatlarının tarixləri də müstəqil fənlər kimi tədris olunmağa başlamışdır.
Ədəbiyyat qəzeti
"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı. "Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir. 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır.
Dağıstan ədəbiyyatı
Dağıstan ədəbiyyatı — Rusiya Federasiyasının Dağıstan Respublikasında şair və yazıçıların Dağıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Dağıstan xalqlarının ədəbiyyatı avar, dargin, qumuq, ləzgi, lak, noqay, tabasaran, tat, həmçinin rus dillərində inkişaf edir. VII əsrdən Dağıstan mədəniyyəti ərəb-müsəlman ənənəsinin təsiri altında olmuşdur. X əsrdə ərəb, türk və fars dillərində dini ədəbiyyat janrları geniş yayılmağa başladı: agioqrafik abidələr ("Əbu Müslümün tarixi"), xronikalar ("Dərbəndnamə", "Dərbənd və Şirvanın tarixi"), mövludlar (Məhəmməd peyğəmbərin həyatı haqqında), nəsihətamiz əsərlər və sair. XVIII əsrdən başlayaraq avar, sonralar isə başqa ədəbiyyatlarda da ərəb qrafikası əsasında yazı sistemi (əcəm) formalaşdı. XVIII əsrin sonu – XI əsrin əvvəllərində nüfuzlu ərəbdilli ənənə tədricən milli dillərdə poetik yaradıcılıq ilə əvəz olundu. Bu dövrün ədəbi təmsilçilərinə misal olaraq qumuqlar Endereyli Mama Qişi, Yaxsaylı Yusif Kadi; tabasaranlar Kaluk Mirzə, Hacı Səid Zirdəqli; noqaylar Sarkınbay Krımlı, İsmayıl Majarlı; tatlar İlişayğa ben Şomoila, Livi ben MişiNaq dimu və başqalarının adlarını çəkmək olar. Bu dövrdə folklorla sıx bağlı olanaşıq poeziyası geniş yayılmışdı. XIX əsrin ikinci yarısında milli ədəbiyyatlar formalaşmağa başladı. Avarlar Batlaiçli Tacəddin, İnxolu Əli Hacı, Kaxab-Rosolu Mahmud; qumuq İrçi Qazaq; darginlər Omarla Batıray, Mungi Əhməd; ləzgi Yetim Emin və Kürklidən lak şairə Şazanın poeziyası sosial problemlərə diqqət yetirmələri ilə seçilirdi.
Detektiv ədəbiyyatı
Detektiv — xəfiyyə.
Dil və Ədəbiyyat (jurnal)
"Dil və ədəbiyyat" jurnalı — 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir. İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir.
Dilarə Əliyeva (ədəbiyyatşünas)
Əliyeva Dilarə Ələkbər qızı (14 dekabr 1929, Tiflis – 19 aprel 1991, Qax) — ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan SSR əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci ildən Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990). Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub. Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan SSR EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada rus dilində "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. 1984-cü ildə rus dilində "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuş, AXC İdarə Heyətinin üzvü seçilmişdir. 1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Aydın Məmmədov ilə birgə). Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
Dünya uşaq ədəbiyyatı kitabxanası
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik) — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində 50 cildlik nəşri.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Dünya ədəbiyyatı
Xalqın mənəvi aləmi onun yaradıcılıq dühasında, bədii zövq və qabiliyyətində, qiymətli sözündə, gülüşündə, zərbməsəllərində, əfsanə və nağıllarında özünü göstərir. Xaqlın söz xəzinəsi, folkloru həmişə yazılı ədəbiyyata qida verən mənbədir və bu mənbə əsasında qüdrətli milli ədəbiyyatlar yüksəlmiş, inkişaf etmişdir. Şərqdə də belə olmuşdur, Qərbdə də belədir; dünyanın bütün xalqlarının ədəbiyyatlarında söz sənətinin başlanğıcı folklordan gəlir. Dünya ədəbiyyatının ən maraqlı və ölməz qəhrəmanlarını da xalq zehniyyəti yaratmışdır; müxtəlif bədii əsərlərdə müxtəlif obrazların və qəhrəmanların səciyyəsində verilmiş ən maraqlı keyfiyyətlərin, cizgilərin, ehtirasların ilk boyaları folklordan alınmışdır; böyük ədib Maksim Qorkinin dediyi kimi, qısqanc Otello, iradəsiz Hamlet, əyyaş Don-Xuan kimi tipləri Şekspir və Bayrondan hələ çox əvvəl xalq yaratmışdır. Faust kimi məşhur qəhrəman yazılı ədəbiyyata folklordan gəlmişdir, Prometeyin ilk surəti xalqın yaratddığı mifologiya və folklordadır. Leyli, Məcnun, Fərhad, Fitnə, Koroğlu, Nəbi, Həcər, Molla Nəsrəddin, Bəhlul Danəndə, Əsli, Kərəm, Qərib kimi qəhrəmanların ilk bədii surətləri xalq tərəfindən ədəbiyyatda yaradılmışdır; dünya ədəbiyyatının ən böyük dastanlarının — "İliada" və "Odisseya"nı, "Kalevala"nı, "Ulenşpigel"i, "Roland haqqında nəğmələr"i, "Sid"i, "Nibelunqlar"ı, "Beovulf"u, böyük və kiçik "Edda"ları xalq yaradıcılığından və folklor qaynaqlarından ayrı təsəvvür etmək olmaz. Çox maraqlıdır ki, dünya ədəbiyyatında epik janrla birlikdə, ədəbiyyatın digər janr və formaları, o cümlədən satirik janrlar da həmişə folklordan qidalanmış, xalqın gülüşü və ya nifrəti, xalqın kəskin tənqidi və kinayəsi bədii əsərlərdə satiraya, yumora geniş imkanlar açmış, gülməli və məzəli hadisələr, hərəkətlər, gülməli tiplər, məzəli və müdrik misallar, tapmacalar, sual və cavablar, atalar sözləri və sairə xalqın şən qəhqəhəsinin ifadəsinə çevrilmiş, xalqın həyat hadisələrinə münasibətinin güzgüsü olmuşdur. Molla Nəsrəddinin məşhur lətifələri belə yaranmışdır; Mollanın adına istinadən verilən lətifələrin əksəriyyətinin yaradıcısı xalqdır, onları işləyən, cilalayan, variantlara salan xalqdır, zəmanəyə və dövrə görə lətifələrin bu və ya digər cəhətini kəskinləşdirən, qabarıq ifadə edən və yaşadan da xalqdır. Yusifli-İshaqlı A. XVII əsr Qərbi Avropa ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, 2012.
Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir ogədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur. Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir. Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır. Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Esperanto ədəbiyyatı
Esperanto ədəbiyyatı- əslində bu süni dilin rəsmi yayımının əvvəlində, Esperanto dilinin yaradıcısı , Polyak oftalmotoloq Lüdviq Lazar Zamenhof tərəfindən başlamışdır. Zamenhof inkişaf etdirməkdə olduğu dilə şeir və məqalələri tərcümə edərək dilin zənginliyini və aydınlığını test etmiş və bir neçə tərcüməsini dilin ilk kitabı olan Unua Libro nun əlavələri olaraq nümayiş etdirmişdir. Dilin başqa erkən mühazirəçiləri şeirlər, hekayələr və inşalar yazmışlar. Henri Vallienne Esperanto dilində ilk romanı yazan şəxs olmuşdur. Bir ovuc şeirin xaricində Esperantonun ilk 20 ilindəki ədəbiyyat məhsullarının çoxu bu gün yalnız tarixlə bağlı dəyər olaraq qalmışdır. İki dünya müharibəsi arasında bir neçə yeni şair və yazar ilk əsərlərini nəşr etdilər, bunların içində hələ yeni sayılan bu dildə mükəmməl əsərlər yazanlardan bəziləri bunlardır: Julio Baqi, Yevgeno Mihalski, Kalman Kalocsay, Henrix Luyken və Jean Forge. Müasir yazarlar arasında Klaude Piro və Vilyam Auld yer alır ki, sonuncusu Ədəbiyyat üzrə Nobel mükafatına bir neçə dəfə namizəd olaraq göstərilmişdir. Gözləri görməyən və Yaponiya ilə Çində 1910 və 1920-ci illərdə yazan və dərs verən Rusiyalı Esperantist Vasili Yerosenkonun əsərləri ilə başlayaraq Brayl əlifbasında da bir çox Esperanto dilind yazılmış əsər nəşr olunmuşdur. Harold Brown da Esperanto dilində bir çox müasir əsərlər yazmışdır. Bu günə qədər Esperanto dilində 25.000-dən çox əsər dərc edilmiş və ən böyük Esperanto kitab xidməti verən Esperanto Dünya Dərnəyi (World Esperanto Association) 4.000-dən çox kitabı öz kataloqunda birləşdirmişdir.
Fars ədəbiyyatı
İran ədəbiyyatı — İranlı şair və yazıçıların İran mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İran ədəbiyyatı da digər xalqların ədəbiyytları kimi başlığını şifahi xalq ədəbiyyatından götürmüş daha sonralar isə yazılı xalq ədəbiyyatına keçmişlər. Şifahi xalq ədəbiyyatının nümunılıri: laylalar, tapmacalar, nağıllar, zərbolməsəllər yəni atalar sözləri və s.
Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı (fr. Littérature française) – Fransız şair və yazıçıların Fransa mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Fransız ədəbiyyatı
Fransız ədəbiyyatı (fr. Littérature française) – Fransız şair və yazıçıların Fransa mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Fəlsəfə və ədəbiyyat
Fəlsəfə və ədəbiyyat filosofların və fəlsəfi mövzuların ədəbiyyatla əlaqəsi (fəlsəfə ədəbiyyatı) və ədəbiyyatın qaldırdığı məsələlərə fəlsəfə ilə əlaqələr daxildir. Fəlsəfə ilə ədəbiyyat arasındakı əlaqə povestdən başlayır. Hər ikisi povest qurmaq üçün ortaq dildən istifadə edir və həm fəlsəfə, həm də ədəbi mətnlər dil əsərləridir. Fəlsəfə bir dünyagörüşü , düşüncələr, duyğular və həyat haqqında fikirlər söyləyə bilir: lakin ümumi inancın əksinə, qavranması çətin, sirli ve ziddiyyətli deyildir; şübhəsiz, ziyalıların və "camaatın" inhisarında deyil. Ədəbiyyat, əksinə, çox kobud bir təsvir ilə duyğuların, düşüncələrin və həyatla bağlı fikirlərin estetik və bədii ifadəsidir. Hər ikisi ümumi mənbələrdən, həyatdan, insanlardan, ünsiyyətdən, fərdin və ya cəmiyyətin təcrübələrindən, şüurdan, tarixdən, mədəniyyətdən və əks olunmadan yaranan mücərrəd mövzularla qidalansalar da, ortaq bir dildə sistematik şəkildə istifadə etsələr də bir metod olaraq fərqlənirlər. Fəlsəfə ümumi və inklüziv olanı daha çox maraqlandırsa da, ədəbiyyat xüsusi və fərqli olanı axtarır. Fəlsəfə illüziyaları aradan qaldırmağa çalışarkən, ədəbiyyat illüziya yaratmağa çalışır. Fəlsəfə mücərrəd və konkret anlayışları aydınlaşdırmağa çalışsa da, ədəbiyyatda belə problem yoxdur. Jak Derrida'nın dediyi kimi, ədəbiyyatı "insana hər şeyi hər cür söyləməyə imkan verən uydurma bir qurum" olaraq düşündüyümüz zaman fəlsəfənin imperativlərinin ədəbiyyata aid olmadığı qənaətinə gələ bilərik.
Həsən Quliyev (ədəbiyyatşünas)
Həsən Quliyev (azərb. Həsənağa Məmmədağa oğlu Quliyev‎; 1 aprel 1935-ci il, Bakı şəhəri) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü (1998), filologiya elmləri doktoru (1982), professor (1984). Həsən Quliyev 1935-ci il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1953-cü illərdə dülgər işləmiş, daha sonra 1953-1957-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutunda təhsil almışdır. Həsən Quliyev M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda laborant, 1957-1966-cı illərdə Bakının Yasamal rayonundakı 20 saylı fəhlə-gənclər məktəbində müəllim işləmişdir. Eyni zamanda M.F.Axundov adına APİ-də müəllim, 1963-1978-ci illərdə dosent, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dosent olmuşdur. 1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi işlədiyi müddətdə müdafiə edib doktorluq elmi dərəcəsi almışdır. Həsən Quliyev 1984-1987-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin rus dili və ədəbiyyatı kafedrasında professor, 1987-1993-cü illərdə ədəbiyyat və rus dili kafedrasının müdiri olmuşdur. Quliyev 1993-cü ildən həmin kafedranın professorudur. Həsən Quliyevin 5 fevral 1964-cü ildə Kristofer Marlonun anadan olmasının 400 illiyinə həsr etdiyi məqalə "Baku" qəzetində dərc olunmuşdur.

Digər lüğətlərdə