ƏDƏBİSTAN
ƏDƏBİYYATBAZ
OBASTAN VİKİ
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Bədii ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növ Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Detektiv (ədəbiyyat)
Detektiv janrı və ya xəfiyyə ədəbiyyatı, detektiv ədəbiyyatı — bədii ədəbiyyat növü; faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin (detektivlərin) macəralarından bəhs edən roman, povest, hekayə. Detektiv ədəbiyyatda konflikt, əsasən, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur. Detektiv janrının yaranmasını bəziləri Qaston Lerunun "Sarı otağın sirri", bəziləri isə Amerika yazıçısı Edqar Allan Ponun "Morq küçəsində qətl" romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk detektiv roman Çarlz Feliks ləqəbli müəllifin "Nottinq Hillin sirri" romanı hesab olunur. Bu roman ilk dəfə 1862–1863-cü illərdə hissələrlə "Once a Week" jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində "Bradbury & Evans" nəşriyyatı kitabı yayımlayıb. Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub. Amma tarix və araşdırmalar həqiqəti üzə çıxardı.1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons isbat etdi ki, ancaq "Nottinq Hillin sirri" romanı detektiv roman kriteriyalarına cavab verir. Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər əsl detektiv "Nottinq Hllin sirri"dir. Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar - şahidlərin dindirilməsi, maddi sübutların toplanması və başqa detektivə xas xüsusiyyətlər ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb.
Divan (ədəbiyyat)
Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür. "Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir. "Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növ Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.
Dini ədəbiyyat
Dini ədəbiyyat — ilahiyyata, dini müqəddəslərin (peyğəmbərlər, imamlar və başqaları) həyat və fəaliyyətinə dair əfsanə, rəvayət və hekayətlər, həmçinin müxtəlif növ janrlarda yazılmış dini məzmunlu bədii əsərlər. Dünya ədəbiyyatında qədim dövrlərdən (əsasən, monoteist dinlərin yayıldığı vaxtdan) yaranmağa başlamışdır (atəşpərəstliyin banisi Zərdüştün, xristianlığın əfsanəvi yaradıcısı İsa peyğəmbərin, islamın əsasını qoyan Məhəmməd peyğəmbərin həyatı ilə bağlı rəvayətlər və s.). Hələ qədimdən müxtəlif dinlərin (bütpərəstlik, hinduizm, buddizm, konfutsiçilik, iudaizm, xristianlıq, manilik, islam və s.) intişar tapdığı bütün ölkələrdə dini ədəbiyyat mövcuddur. İslam dininin yaranması və yayılması Yaxın və Orta Şərq ölkələrində dünya ədəbiyyatın inkişafına zəmin yaratmışdır. İslam dininin banisi Məhəmməd ibn Abdullah (570 - 632) haqqında söylənən çoxlu əhvalat və rəvayətlər dildən-dilə keçərək, əvvəlcə Ərəbistana və Yaxın Şərq ölkələrinə, sonra isə bütün dünyaya yayılmışdır. Yəhudiliyin və xristianlığın müqəddəs kitabı "Bibliya", müsəlmanların müqəddəs kitabı "Quran" dünya ədəbiyyatının klassik abidələridir. Dini ədəbiyyatın geniş yayılmış janrları hədis, rəvayət, hekayət, risalə və dastanlardır. Mərsiyə, minacat, nət və s. klassik şeir növ və şəkillərindən də geniş istifadə edilir. Azərbaycanda dini ədəbiyyatın ilk nümunələri dini təsəvvürlərin formalaşmağa başladığı çağlarda yaranmışdır.
Eksperimental ədəbiyyat
Eksperimental ədəbiyyat — texnika və üslub baxımından müxtəlif yenilikləri vurğulayan və səciyyələndirən ədəbiyyat növü. Bu kateqoriyada ümumi sayılan ilk əsər Laurens Sternenin 1759-cu il tarixli “The Life and Opinions of Tristram Shandy, Gentleman” əsəridir. Eksperimental ədəbiyyat klassik ədəbiyyatdan xeyli fərqlənə bilər və dil, həqiqət (reallıq) kimi anlayışların müxtəlif təriflərindən və bu anlayışlara fərqli baxışlardan təsirlənmişdir. Eksperimental ədəbiyyat ədəbiyyatda postmodernizmin təsirlərindən çox təsirlənmişdir və bir çox eksperimental yazıçılar da postmodernist xəttdə yazmışlar. Bu gün Italo Calvino, Michael Ondaatje, Gertrude Stein, E.E. Cummings və Julio Cortazar eksperimental yazıya töhfə vermiş eksperimental müəlliflərdir. Bu adlar eksperimental ədəbi əsərlərində forma, üslub, dil, quruluş, səs və bir çox başqa ədəbi elementlərlə oynamış, yeniliklər, dəyişikliklər gətirmişdir.
Ekspozisiya (ədəbiyyat)
Ekspozisiya — Əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəmin sözləri ilə ifadə olunur. Süjet xətinin yuxarıda verilən qrafik ifadəsindən göründüyü kimi, ekspozisiya hadisələrin başlanğıcı ilə əlaqədardır. Yazıçı əhvalatı danışmağa başlamazdan əvvəl həmin hadisənin başvermə şəraiti, mühiti haqqında bu və ya digər şəkildə məlumat verir və bununla da hadisələrin necə cərayan edəcəyinə, sonrakı inkişafına işarə edir. Bu isə süjet xəttinin ekspozisiya mərhələsi adlanır. Başqa sözlə, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissəyə ekspozisiya deyilir. Ekspozisiya müxtəlif əsərlərdə özünü müxtəlif şəkildə göstəririr. Bəzi əsərlərdə yazıçı ekspozisiyanı çox konkret, bir neçə əlaməti göstərməklə verir. Bəzən isə yazıçı ekspozisiya üzərində geniş dayanır, hadisənin yarandığı zəmini oxucuya ətraflı çatdırır. Hadisələrin geniş təsvirini verən irihəcmli əsərlərdə ekspozisiya daha aydın nəzərə çarpır.
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Epistolyar ədəbiyyat
Epistolyar roman – [yun. epistole – məktub] ictimai xadimlərin və ya ayrı-ayrı şəxslərin mətbuatda dərc edilərək, ədəbiyyata və ictimai həyata daxil olmuş məktubları. Məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərlər də epistolyar ədəbiyyata aid edilir. Epistolyar – 1)məktub şəklində yazılmış; 2)bir yazıçının, mütəfəkkirin, şairin məktublar məcmusu. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Kulminasiya (ədəbiyyat)
Kulminasiya (lat. culmen; mənası – "zirvə") — ədəbiyyatda hadisələrin inkişafında ən gərgin an. Kulminasiya nöqtəsi əsərin süjetində təsvir olunan konfliktin şiddətini ortaya qoyur. Kulminasiya ən yaxşı işlənmiş halda epik və dramatik janrdakı əsərlərdə olur. Məsələn, Kolas Yakubun "Gənc palıd" əsərində kulminasiya nöqtəsi Andrey Plexinin malikanənin meşəsindəki oğurluq hadisəsini meşəçiyə etiraf etdiyi səhnədir. Böyük formada olan əsərlərdə hər hekayə xəttinin kulminasiyası var. Кульминация // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич.
Motiv (ədəbiyyat)
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Naturalizm(Ədəbiyyat)
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s.
Naturalizm (ədəbiyyat)

Prototip (ədəbiyyat)
Prototip – ədəbi obrazın konkret məkan və obyekt predmetinin mövcud olduğu halları göstərən termindir. Dini bioqrafiyaların hamısının prototipi var idi. Burada da müəllif subyektivizmi yox olmur, amma o fakta obyektiv yanaşma iddiasına nisbətən ikinci və üçüncü planda olur. Məkan prototiplərinin növlərindən həm də janrlar yaranıb. Bioqrafiyadan başqa bura qəhrəmanların həyatı janrını, səyahətnamə janrını, hətta tarix elmini də daxil etmək olar. Tarixçi alimlərin yaratdıqları əsərlər ədəbi əsərlərdir və onlar obrazlılıq qanunları ilə yaradılırlar. Ona görə, müəyyən mənada, tarix elmi də onun yaratdığı tarix kitabları da ədəbi əsər sayılmalıdır. Tarixi əsərlər də məkan və zaman prototiplərinə əsaslanır.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Realizm (ədəbiyyat)
Realizm — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romantizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. Dünya ədəbiyyatında O. Balzak, Q. Flober, G. Mopassan, Ç. Dikkens, M. Y. Dostoyevski, L. Araqon, P. Neruda və b. realizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Fransada realizm məsumluğun övladı kimi dünyaya gəldi. Elə bu zaman Floberin "Madam Bovari əsəri realizmin ilk nümunələrindən oldu. Ədəbiyyatda bovarizm termini bununla əlaqədərdir Azərbaycan ədəbiyyatında isə M. F. Axundov, M. Ə. Sabir, N. Vəzirov, C. Məmmədquluzadə, C. Cabbarlının əsərləri realist ədəbiyyatın parlaq nümunələridir.
Rədif (Ədəbiyyat)
Rədif (ərəb. رديف‎- əlavə, rezerv) — hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Misra sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər oxucunun diqqətinin konkret bir mətləb üzərində cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda böyük rol oynayır. Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir. Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə qafiyələnə bilər. Müxtəlif şeir şəkillərində qafiyə quruluşu müxtəlifdir.Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında “eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində rədifli qəzəllər yazmaq bir ənənədir. Həmçinin xalq şeirində qoşmanında “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır. Məsələn: (Mirzə Ələkbər Sabirin "Əkinçi" şeirindən) Bu şeirdə rədiflər "qapımda" və "əkinçi"dir.
Tarixi ədəbiyyat
Tibbi ədəbiyyat
Tibbi ədəbiyyat — tibbin elmi kütləvi ədəbiyyatıdır: tibb sahəsinə həsr olunmuş jurnallarda məqalələr və kitablardakı mətnlər. Tibbi ədəbiyyata istinadlar ümumiyyətlə səhiyyə ədəbiyyatını, eyni zamanda stomatologiya, baytarlıq, əczaçılıq, tibb bacısı və müttəfiq səhiyyə peşələrini əhatə edir. Tibbi vəziyyətlərin diaqnozu, proqnozu və müalicəsi ilə bağlı müasir və tarixi baxışlar min illər boyu sənədləşdirilmişdir. Edvin Simit Papirusu ilk tibbi traktatdır. Tarix boyu insanlar xəstəliklər, insanların onlara necə yoluxa bilcəyi və onu aradan qaldırmaq üçün nə edilə biləcəyi haqqında qeydlər aparmışlar. Tibb folklordan tutmuş cadugərliyə kimi müasir sübuta əsaslanan təbabətə qədər uzanırdı. Ən diqqət çəkən təsvirlər arasında Misir (İmhotep, Edvin Smit Papirus, Ebers Papirus, Kahun Ginekoloji Papirus), Mesopotamiya (Diaqnostika kitabça, Əl-kindi), Hindistan (Ayurveda, Şuşruta Samita, Çaraka Samita), Çin (Sarı imperator, Huanqdi Neycinq), Yunanıstan (İliada və Odisseya Yunan tibbi praktikanın ilkin göstəriciləridir; Hippokrat), İran (əl-Razi, İbn Sina, Əl-qanun fit-tibb, Kitab-i Şəfa), İspaniya (Əbülqasım əz-Zəhravi, Kitab əl-Təsrif), Suriya (İbn ən-Nəfis, Kitab əş-Şamıı fi’t-Tıb) qeyd oluna bilər. Andreas Vezali, Vilyam Harvey, İqnats Zemmelveys, Lui Paster və başqalarından sonra tibb cəmiyyəti tədqiqat aparma üsulunu dəyişdirdi. Qeyd olunanlar tibb ictimaiyyətinin məlumat paylaşdığı nəşrlərdir. Əsas məqalələr orijinal məqalələr, rəylər və iş hesabatlarıdır.
Vasan (ədəbiyyat)
Vasan (和讃) – buddaları, bodhisattvaları, sekta qurucularını tərifləyən yapon şeirləri və mədhləri. Şeirlər və ya qatalar buddist sutralarında və mətnlərində keçmiş zamanlardan yer alır. Vasanlar isə Çindən götürülmüş mədhlər və Yaponiyada mövcud olan mədhlər əsasında yaranıb. Bazar yeri müqəddəsi olan Kuya budda Amida üçün nəğmələr oxuyaraq nembutsuyu öyrətmişdir. Yuzu Nembutsu sektasının qurucusu olan Ryonin doktrinasını təbliğ etmək üçün Tenday mərasim musiqisindən istifadə edirdi. Ennin, Qenşin və Senkan kimi Tenday sektası müəllimləri Amida və Təmiz torpağı tərifləyən bir çox poetik əsər yaradıblar. Vasan İppen tərəfindən qurulmuş Ci sektası tərəfindən də geniş istifadə olunub. Codo Şin sektasının qurucusu olan Şinran vasanlar yazan ədiblər arasında ən tanınmışı hesab olunur. Onun tərəfindən yazılmış 500-dən çox bənd bir neçə kolleksiyada toplanmışdır. XV əsrdə yaşamış Rennyo ibadətlərdə istifadə etmək məqsədilə Şinranın 3 mətnini "Sanco Vasan" əsərində cəmləmişdir: "Codo Vasan" 118, "Koso Vasan" isə 119 bənddən ibarətdir və ikisi də 1248-ci ildə yazılıb.
İspandilli ədəbiyyat
İspandilli ədəbiyyat və ya Hispanik ədəbiyyatı İspan dünyasında ispan dilində yazılmış ədəbi əsərlərin cəmidir. Əsas elementlər İspaniyanın İspan ədəbiyyatı və Latın Amerikası ədəbiyyatıdır . İspan və Filippin ədəbiyyatında ispan dilində Amerika ədəbiyyatı, eləcə də dünyanın bəzi digər yerlərindən ədəbiyyatlar da var.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Azərbaycan aşıq ədəbiyyatı
Aşıq Qurbani
Azərbaycan dili və ədəbiyyat tədrisi (jurnal)
Azərbaycan dili və ədəbiyyat tədrisi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir. Jurnal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 may 1997-ci il tarixli Nizamnaməsi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Seriya AB № 022436, Qeydiyyat № B236 Print ISSN 2790–0738 ONLINE ISSN 2791-0911 1954-cü il iyun ayının 15-i "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq "Ana sözu" adı ilə dərc edilməyə başlamış, 1997-ci il aprel ayının 2-dən etibarən yenidən "Azərbaycan dili və ədəbiyyatı tədrisi" adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir. 1950-ci illərin əvvəllərində respublikada elmi-pedaqoji fikrin geniş ifadəsi üçün yeni çap imkanları axtarılırdı. Belə bir vaxtda elmi-pedaqoji prosesin keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına ciddi ehtiyac duyulurdu. Həmin dövrə kimi ana dilimizin və ədəbiyyatın tədrisi, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca jurnalın nəşrinə zərurət var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalı çap olunmağa başladı. Jurnalın ilk nömrəsi 1954-cü il iyun ayının 15-i işıq üzü gördü.
Azərbaycan dili və ədəbiyyatı tədrisi

Azərbaycan dili və ədəbiyyatı tədrisi (jurnal)

Azərbaycan mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir. Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir.
Azərbaycan Şifahi Xalq Ədəbiyyatı
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975)
Azərbaycanda sovet ədəbiyyatı günləri qısametrajlı sənədli televiziya filmi rejissorlar Rüfət Şabanov və Nurəddin Tağıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolentdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərindən danışılır. Kinolentdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərindən danışılır. Sovet İttifaqından, dünyanın 50 xarici ölkəsindən-Polşa, Bolqarıstan, Yaponiya, Portuqaliya, Fransa, Rumıniya, Macarıstan, Monqolustan, Kuba və b. yerlərdən gəlmiş yazıçıların bu tədbirdə iştirak etmələri, Mərdəkanda görkəmli rus şairi Sergey Yeseninin muzeyinin açılışı, yazıçıların Naxçıvan MR, Dağlıq Qarabağ, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şamaxı və Neft Daşlarına gedib orada görüşlər keçirmələri və s. tədbirlər filmdə öz əksini tapmışdır.
Aşıq ədəbiyyatı
Azərbaycan aşıq sənəti (az-əbcəd. آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Baba Babazadə (ədəbiyyatşünas)
Babazadə Baba Hüseynəli oğlu — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Baba Babazadə 1955-ci il martın 17-də Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU ) davam etdirmişdir. 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə "XX əsrin satirik nəsrində tipikləşdirmə" mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. "Bədii ədəbiyyatda tipiklik" (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. "XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 1995-ci ildə BDU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti seçilmişdir. Baba H.Babazadə dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında çıxış etmiş,18 kitabın və 150-yə qədər respublika və xarici mətbuatda dərc olunmuş elmi məqalələrin müəllifi olmuşdur. Həmçinin B.Babazadə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasında bakalavr və magistratura pillələrində ixtisas fənnləri üzrə mühazirə oxumaq və məşğələlər aparmaqla yanaşı,eləcə də magistr dissertasiyaları və buraxılış işlərinə rəhbərlik etmişdir.
Başqırdıstan ədəbiyyatı
Başqırdıstan ədəbiyyatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında başqırd şair və yazıçıların Başqırdıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. 1917-ci ilə qədər başqırd ədəbiyyatı tatar, daha sonra başqırd dillərində yaradılmış, folklor əsasında və regionun ümumtürk yazılı ədəbiyyatının təsiri ilə formalaşmışdır. Başqırd xalq ədəbiyyatı qəhrəmanlıq dastanları (kobayır), məişət mahnıları, nağıl və əfsanələrlə zəngindir. XIV əsrdən XX əsrin əvvəllərinə qədər şifahi poeziyanı sesenlər adlanan xalq şair və müğənniləri təmsil edirdilər. XVIII əsr başqırd seseni Salavat Yulayev öz yaradıcılığında folklorla yazılı ədəbiyyatın ənənələrini birləşdirmişdir. XIX əsr başqırd ədəbiyyatına həm sufizmin, həm də Avropa maarifçilik ideyalarının təsiri olmuşdur ki, bunun əsas aparıcıları M. Akmulla, M. Ümetbayev, Ş. Zəki idi. XX əsrin birinci rübündə başqırd və tatar ədəbiyyatının görkəmli nümayəndəsi M. Qafuri vətənpərvərlik poeziyasının əsasını qoymuşdur. Bu illərdə başqırd nəsri inkişaf etmiş, roman janrı formalaşmış (Xayri Qaynan, “Dönüş”, 1928; İ. Nasıri, “Kudey”, 1936), povest və hekayələr (M. Qafurinin sosial-psixoloji "Ləkələnmişlər" povesti, 1926; S. Agişin satirik povestləri, A. Vali, Q. Qumər, X. Dövlətşina və b.-nın əsərləri) yazılmışdır. İkinci dünya müharibəsi illərində poeziya daha çox inkişaf etmişdir. B. Bikbay (1909–68), H. Kərim, R. Niqməti (1909–59), S. Kulibay (1910–76), Q. Əmiri (d.
Bizans ədəbiyyatı
Şərqi Roma İmperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum)və yaxud Bizans imperiyasının ədəbiyyatı. Buraya hər mənada, Bizans imperiyasının mövcudluğu dövründə yazılmış mətnlərin hamısı daxil edilir. Bizans ədəbiyyatı, o cümlədən mədəniyyəti öz tarixi boyu antik ənənələrə əsaslanıb. Yunan dilində yazılan Bizans ədəbiyyatı həm imperiyanın ərazisində, həm də onun hüdudlarından kənarda, itirilmiş torpaqlarda yaradılırdı. Bizans müəllifləri Ksenofont və Platonun dilində yazırdılar ki, bu da artıq danışıq dilindən uzaq idi. Antik dövrdən əsas ədəbi janrların miras olaraq qalması ənənə şəklini alsa da Bizans ədəbiyyatı antik ədəbiyyatdan fərqli olaraq xristian yönümlü idi. Bu, köhnə janrların bir daha nəzərdən keçirilməsinə və yenilərinin yaranmasına səbəb oldu. Antik ənənələrin mənimsənilməsi orta əsr Qərbi Avropası üçün də xas idi. Lakin bunların arasında böyük fərq var idi: Qərbdə bədii əsərlər həm latın, həm də ayrı-ayrı xalqların dilində, Bizansda isə ancaq yunan dilində yazılırdı. Müasir və orta əsr yunan ədəbiyyatı da bu dildən bəhrələnmişdir.
Bədii ədəbiyyat üzrə qadın mükafatı
Bədii ədəbiyyat üzrə qadın mükafatı (ing. The Women’s Prize for Fiction; 1996-2012 illərində adı Oranj ədəbiyyat mükafatı (ing. Orange Prize for Fiction) idi; 2013-2017 illərində "Beylis" bədii ədəbiyyat üzrə qadın mükafatı) — istənilən millətdən olan qadın tərəfindən ingilis dilində yazılan və mükafatın təqdim edilməsindən bir il əvvəl Böyük Britaniyada nəşr olunan ədəbi əsər (roman) üçün verilən ən nüfuzlu mükafatlardan biri. Mükafat 1996-cı ildən bəri verilir. Mükafat 1996-cı ildən bəri verilir. Mükafat qazananlara £30.000 funt sterlinq və heykəltaraş Qrizel Nayvanın düzəltdiyi "Bessie" bürünc heykəlciyi verilir. Mükafat ideyası 1991-ci ildə Buker mükafatının qısa siyahısında qadın müəlliflərinin əsərlərinin olmayacağı elan olunduqdan sonra yaranmışdır. Mükafatın təşkilatçılarının sözlərinə görə, mükafatın təsis olunduğu dövrdə əksər kitablar (60/40) qadınlar tərəfindən yazılsa da, qadınlar Buker mükafatının qısa siyahısında yerlərin yalnız 10% alırlar. 1995-ci ildə təsisçilər Orange şirkətinə sponsorluq üçün müraciət etdilər. 1996-cı ilin yanvar ayında "Oranj" ədəbiyyat mükafatı təsis edildi.
Detektiv ədəbiyyatı
Detektiv — xəfiyyə.
Dünya uşaq ədəbiyyatı kitabxanası
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik) — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində 50 cildlik nəşri.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Dünya ədəbiyyatı
Xalqın mənəvi aləmi onun yaradıcılıq dühasında, bədii zövq və qabiliyyətində, qiymətli sözündə, gülüşündə, zərbməsəllərində, əfsanə və nağıllarında özünü göstərir. Xaqlın söz xəzinəsi, folkloru həmişə yazılı ədəbiyyata qida verən mənbədir və bu mənbə əsasında qüdrətli milli ədəbiyyatlar yüksəlmiş, inkişaf etmişdir. Şərqdə də belə olmuşdur, Qərbdə də belədir; dünyanın bütün xalqlarının ədəbiyyatlarında söz sənətinin başlanğıcı folklordan gəlir. Dünya ədəbiyyatının ən maraqlı və ölməz qəhrəmanlarını da xalq zehniyyəti yaratmışdır; müxtəlif bədii əsərlərdə müxtəlif obrazların və qəhrəmanların səciyyəsində verilmiş ən maraqlı keyfiyyətlərin, cizgilərin, ehtirasların ilk boyaları folklordan alınmışdır; böyük ədib Maksim Qorkinin dediyi kimi, qısqanc Otello, iradəsiz Hamlet, əyyaş Don-Xuan kimi tipləri Şekspir və Bayrondan hələ çox əvvəl xalq yaratmışdır. Faust kimi məşhur qəhrəman yazılı ədəbiyyata folklordan gəlmişdir, Prometeyin ilk surəti xalqın yaratddığı mifologiya və folklordadır. Leyli, Məcnun, Fərhad, Fitnə, Koroğlu, Nəbi, Həcər, Molla Nəsrəddin, Bəhlul Danəndə, Əsli, Kərəm, Qərib kimi qəhrəmanların ilk bədii surətləri xalq tərəfindən ədəbiyyatda yaradılmışdır; dünya ədəbiyyatının ən böyük dastanlarının — "İliada" və "Odisseya"nı, "Kalevala"nı, "Ulenşpigel"i, "Roland haqqında nəğmələr"i, "Sid"i, "Nibelunqlar"ı, "Beovulf"u, böyük və kiçik "Edda"ları xalq yaradıcılığından və folklor qaynaqlarından ayrı təsəvvür etmək olmaz. Çox maraqlıdır ki, dünya ədəbiyyatında epik janrla birlikdə, ədəbiyyatın digər janr və formaları, o cümlədən satirik janrlar da həmişə folklordan qidalanmış, xalqın gülüşü və ya nifrəti, xalqın kəskin tənqidi və kinayəsi bədii əsərlərdə satiraya, yumora geniş imkanlar açmış, gülməli və məzəli hadisələr, hərəkətlər, gülməli tiplər, məzəli və müdrik misallar, tapmacalar, sual və cavablar, atalar sözləri və sairə xalqın şən qəhqəhəsinin ifadəsinə çevrilmiş, xalqın həyat hadisələrinə münasibətinin güzgüsü olmuşdur. Molla Nəsrəddinin məşhur lətifələri belə yaranmışdır; Mollanın adına istinadən verilən lətifələrin əksəriyyətinin yaradıcısı xalqdır, onları işləyən, cilalayan, variantlara salan xalqdır, zəmanəyə və dövrə görə lətifələrin bu və ya digər cəhətini kəskinləşdirən, qabarıq ifadə edən və yaşadan da xalqdır. Yusifli-İshaqlı A. XVII əsr Qərbi Avropa ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, 2012.
Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir ogədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".

Digər lüğətlərdə