ƏLACSIZ

1. ƏLACSIZ (əlacı olmayan) Heç yerdə ədalət burdakı qədər gücsüz, əlacsız olmamışdı (Mir Cəlal); LAƏLAC Axırı laəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məmmədhəsən əmi bir ulağ aldı (C.Məmmədquluzadə); BİƏLAC [Cahangir bəy:] ...indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... (N.Vəzirov); ÇARƏSİZ Mən susur, çarəsiz qalıb darıxa-darıxa Davuda qulaq asır, arabir do təəssüflə başımı tərpədirdim (H.Abbaszadə); ÇAR-NAÇAR Pərviz: Biz çar-naçar gedib yatdıq (M.İbrahimov); LABÜD Axırı labüd qalıb dedim: – Canım, sabahadək gözlə, teleqram vurum, pul gəlsin (Ə.Haqverdiyev); NAÇAR Görürsən ki, bu günün naçarı neçə gündən sonra qeyri bir dərdə mübtəlanın qolundan tutub, əncam üçün bu yerlərə səfa tapmağa gətiribdir (B.Bayramov); NAƏLAC Kərbəlayı Məhəmmədvəli: Çünki yolda sovqatımı əngələ saldılar, naəlac qalıb bu qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin (N.Vəzirov).

2. əlacsız bax sağalmaz

ƏLACPƏZİR
ƏLAQƏ

Значение слова в других словарях