ƏLİRZA

Əli və Rza adlarından.
ƏLİPAŞA
ƏLİSA
OBASTAN VİKİ
Əlirza
Əlirza — Ad. Əlirza Rasizadə — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı Əlirza Atayev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919–1920). Əlirza xan Vəziri — İran hərbçisi. Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi. Əlirza Bayramzadə — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963). Əlirza Saçar Zərif — Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. Əlirza Fərşi ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu. Əlirza xan Qaragözlü — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri. Əlirza Seidov — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. Əlirza Amanbəyli — Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Əlirza xan Qovanlı-Qacar — Qacarlar dövlətinin ədliyyə naziri.
Əlirza Abbasi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur.
Əlirza Amanbəyli
Əlirza Məhəmməd Rəhim oğlu Amanbəyli (21 mart 1966, Təbriz – 9 noyabr 2019) — Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini, Cənubi Azərbaycan əsilli Azərbaycan ictimai xadimi. == Həyatı == Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu 21 mart 1966-cı ildə İranın Təbriz şəhərində anadan olub, orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986–1988-ci ildə hərbi xidmətdə (İran-İraq) muharibəsində olub. O, İranın Təhlükəsizlik Xidməti tərəfindən dəfələrlə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalıb. İran İnqilab Məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda ittihamları verərək ona qarşı ittihamlar irəli sürülüb, lakin həmin ittihamları sübut edən tutarlı faktlar olamdıqından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülki girov muqavilində müvəqqəti azadlıqa buraxılsada yenədə təqib və təziqlərə məruz qalığı üçün Azərbaycan Respublikasına qaçmışdır. 1993-cü il Bakı Musiqi Akademiyasının Muğam fakültəsinə daxil olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin laureatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdıqına görə Fəxri fərmana layiq görünüb. === Ailəsi === Əlirza Amanbəylinin babası Hacı Məhəməd Rəhim Amanbəy Qafanda doğulub sonradan Zəngilana köçməyə məcbur olmuşdur. 1922-ci ildə Güney Azərbaycanın Üştibin vilayətinə köçüb. Əlirza Amanbəyli 2007-ci ildə evlənmişdir, 2 övladı var. == Siyasi fəaliyyəti == Əlirza Amanbəyli 1989-cu ildən 1993-cü ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub orada gedən proseslərdə yaxından iştirak edib.
Əlirza Atayev
Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol – 1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936). == Həyatı == Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir. == Fəaliyyəti == Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur. Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir.
Əlirza Bayramzadə
Əlirza Baxşəli oğlu Bayramzadə (18 mart 1911, Bakı – 1 avqust 1963, Bakı) — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi. == Həyatı == Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib. Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir. 1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Əlirza Fərşi
Əlirza Fərşi (az.-əski. الیرزا فرشی‎; 17 oktyabr 1978, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı) ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu. 2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib. O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur. == Haqqında == === Həyatı və fəaliyyəti === Əlirza Fərşi 1979-cu ildə Mərəndin Dizəc Yekan kəndində anadan olub. Atası İran-İraq müharibəsində dünyasını dəyişib. 1998-ci ildə Şərif Texnologiya Universitetinə daxil olub.Burada kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Daha sonra Tehran Universitetində magistr təhsili alıb.
Əlirza Rasizadə
Əlirza Abdulla oğlu Rasizadə (28 sentyabr 1884, Naxçıvan – 30 noyabr 1923, Bakı) — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı və Zaqafqaziyada sovetləşmə prosesinin fəallarından biri, Naxçıvan MSSR-in yaradıcılarından biri, Azərbaycan SSR siyasi və dövlət xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşı. == Erkən illəri == Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi Hacı Molla Abdulla Rasizadənin (bu soyadın ilk daşıyıcısı) ailəsində anadan olub. 1877-ci ildə hacı-molla Abdulla doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr. Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar. Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib. Naxçıvan şəhərində Əlirzanın müəllimi (bu sözün birbaşa və məcazi mənasında) görkəmli satirik Cəlil Məmmədquluzadə idi. O, ətraf gerçəkliyin konkret misallardarında, o zamanın azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini və həyat tərzini tənqidi yolla qəbul etmək üsulunu ona öyrətmişdir. Nəticədə, Məmmədquluzadənin təsiri altında, Əlirza bütün həyatı boyu müsəlmançılığı ifşa edirdi. Məmmədquluzadənin məsləhəti ilə (o özü 1887-ci ildə oranı bitirmişdir) Əlirza 1900-cü ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub, 1905-ci ildə onu bitirdi.
Əlirza Rzayev
Əlirza Sabahifard
Əlirza Sabahifard (farsca: علیرضا صباحی‌فرد) (21 mart 1963, Qum) — hal-hazırda İranın nizami ordusu olan Arteshin Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbəri olan İranlı Briqada generalı rütbəli hərbçi. 29 may 2018-ci ildə Ayətullah Əli Xamenei tərəfindən vəzifəyə bu təyin edilmişdir. 1984-2008-ci illər arasında İran Hərbi Hava Qüvvələrində, 2008-ci ildən isə İran Hava Hücumundan Müdafiə Qüvvələrində işləyir.
Əlirza Seidov
Əlirza Seidov (15 yanvar 1932 – 1978) — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. "Samur melodiyaları" (1959), "Parlaq ulduzum" (1964), "Gümüş tellər" (1973), "On ikinci kitab" (1975), "Qızıl vadi" (1979) və s. şeirlər toplusunu yazmışdır. == Bioqrafiyası == Əlirza Uzairoviç Səidov 1932-ci il yanvarın 15 -də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Axtı rayonunun Qdınk kəndində anadan olmuşdur. 1959-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. == Yaradıcılığı == Əlirza Uzairoviç Saidov "Znamya Sosializm" qəzetinin ədəbi işçisi, "Dağıstan qadını" jurnalının məsul katibi və respublika "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1970-ci ildən şeir məsləhətçisi və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. 1959-cu ildə Əlirza Səidovun şeirləri ilk dəfə "Znamya Sosializm" qəzetinin səhifələrində çap olunur. Elə həmin il "Molodaya Qvardiya" nəşriyyatı rus dilinə tərcümə edilmiş "Səninlə, Samur", Dağıstan kitab nəşriyyatı isə "Samur melodiyaları" şeirlər toplusunu ləzgi dilində ilk şeirlər toplusunu nəşr ediri. Səidovun şeirləri tez-tez mərkəzi və respublika mətbuatının səhifələrində dərc edilir.
Əlirza Təbrizi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur.
Əlirza Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran — ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlirza Xələfli
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. == Həyatı == Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.
Əlirza Zihaqq
Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi. == Həyatı == Əlirza Zihaqq 1959-cu ildə Xoyda anadan olub. Əsərlərini Azərbaycan və fars dillərində yazır. 1980-1983-cü illərdə Təbrizdə nəşr olunan "Dədə Qorqud dərgisi"nin, həmçinin Xoyda nəşr olunan "Əvrin dərgisi"nin redaktoru olub. Fars dilində yazılan bir çox əsərləri Azərbaycan dilinə çevirib. Hazırda internetdə "Maral" dərgisini nəşr etdirir.
Əlirza Ərafi
Ayətillah Əlirza Ərafi (fars. علیرضا اعرافی‎; 1959, Meybod, Yəzd ostanı) — İslam alimi, müctəhid. == Həyatı və təhsili == Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində anadan olub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. İran İnqilabından illər əvvəl o, İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olmuşdur. == Qarabağ haqqında fikirləri == Ayətullah Ərafi: Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır Nüfuzlu din xadimi Ayətullah Əlirza Ərafi 07.10.2020 tarixində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Dağlıq Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib.
Əlirza Nabdil Oxtay
== Həyatı == Əlirza Əli oğlu Nabdil 1943-cü ildə Təbrizdə anadan olub. Orta təhsilini Təbrizdə aldıqdan sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra isə Xoy şəhərinə köçüb və burada müəllimlik edib. Dostları ilə birlikdə Təbrizdə İran "Xalq Fədai Çerikləri" təşkilatını yaradıb. == Yaradıcılığı == Xoyda müəllim işlədiyi illərdə o, Cənubi Azərbaycanın mütərəqqi fikirli, tərəqqipərvər ziyalılarından olan yazıçı-müəllim Səməd Behrəngi (1940–1969) ilə tanış olur. S. Behrəngi Ə. Nabdilin duyğu, düşüncə və məramına bələd olduqdan sonra onu milli ruhlu ziyalılardan olan Əmir Pərviz Puyanla tanış edir. Çox keçmir ki, Ə. Nabdil şahlıq rejiminə qraşı müxalif olan gənc qüvvələrin dərin rəğbətini qazanır. Az sonra o, əqidə dostalarından olan Bəhruz Dehqani və Manaf İmani ilə birgə "İran Xalq Fədai Partizanları" təşkilatının Təbriz qanadının mərkəzi özəyini yaratmağa müvəffəq olur. Bu təşkilatın əsas məqsədi İran ərazisində yaşayan xalqları, o cümlədən hamıdan artıq ayrı-seçkiliyə, təqib və məhrumiyyətlərə məruz qalan Azərbaycan türklərini şahlıq rejiminə qarşı mübarizəyə hazırlamaqdan və gəlcəkdə İranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini təmin etməkdən ibarət idi. Bu təşkilatın əməli fəaliyyəti nəticəsində 1970-ci ildə şahlıq rejiminə qarşı "Siyahkəl silahlı üsyanı" adı ilə məşhur olan xalq hərəkatı baş vermişdi.
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. == Həyatı == Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb.
Əlirza bəy İsmayılbəyzadə
Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı – 26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri. == Həyatı == Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur. 1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır. 25 iyun 1955-ci ildə vəfat etmişdir. == Siyasi fəaliyyəti == Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur. Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır. Bu şuranın təməlini isə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. 26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancaq şöbəsini yaratmışdır. 7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir.
Əlirza xan Qaragözlü
Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri. == Həyatı == Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı. Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu. == Ailəsi == Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Əlirza xan Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran — ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlirza xan Qovanlı-Qacar
Əlirza xan Qovanlı-Qacar (5 mart 1822, Tehran – 22 sentyabr 1910, Tehran) — Qacarlar dövlətinin ədliyyə naziri. == Həyatı == Əlirzа хаn 1825-ci ildə Tehran şəhərində dоğulmuşdu. Mükəmməl аilə təlim-tərbiyəsi, təhsili аlmışdı. 1869-cu ildə Əzdülmülk, Nаibəssəltənə ləqəblərini dаşıyırdı. 1855-ci ildə sаrаydа yаşаyаn qаcаr övlаdlаrının təlim-tərbiyəsi ilə məşğul idi. 1871-ci ildə Mаzаndаrаn əyаlətinin vаlisi оlmuşdu. Həmin vахdаn Qacar еlinin еlхаnı idi. Əlirzа хаn 1875-ci ildə Qacarlar dövlətinin ədliyyə vəziri vəzifəsinə təyin еdilmişdi. 1905-ci il inqilаbındа ruhаnilərlə sаrаy аrаsındа bаş vеrən diаlоqdа аrаçı idi. Əlirzа хаn İrаnın böyüк mülkədаrlаrındаn sаyılırdı.
Əli Əlirzayev
Əli Qənbərəli oğlu Əlirzayev — (31 mart 1945, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == Əli Qənbərəli oğlu Əlirzayev 1945-ci ildə 31 martda Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. Uşaqlığı, yeniyetməliyi burada keçən Əli müəllim ailədə 9 bacı-qardaş olmuşlar. 1963-cü ildə indiki Texniki Universitetin riyazi maşınlar və mexanizmlər fakültəsinə qəbul olmuşdur. Universitetdə oxuduğu zamanlarda Bünyad Sərdarov adına zavodda bir gün səhər, bir gün axşam olmaqla işləmiş, 1968-ci ildə universiteti bitirmişdir. 1973-cü ildə Moskva Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləmişdir.
Əlirzalı
Əlirzalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın darğası, Ağdam rayonunun Sarıcalı kənd sakini Alırzanın Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaşması nəticəsində yarandığı üçün həmin darğanın adı ilə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1078 nəfər əhali yaşayır.
Əlirzalı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.