ƏNBİYA

Nəbilər, peyğəmbərlər deməkdir. Nəbi sözünün cəmidir. Nəbi sözü nəbəə \[ثَئ \] felindən əmələ gəlmiş və xəbər vermək deməkdir. Dilimizdə bəzən peyğəmbərlər sözünün sinoni-mi kimi işlədilməkdədir. Ərəbcədir, peyğəmbər sözü isə farscadan keçmişdir. ƏNƏNƏ \[alm. Sitte; fr. Moeurs; ing. Customs; lat. Mos-mores; osm. tr. örf; tr. Töre; ər. آدآخ \] – bir cəmiyyət daxilində mənimsənilmiş, yerləşmiş həyat tərzinə və həyat formalarının, qaydaların, aətlərin müştərək vərdişlərinin və izlənilən istiqamətlərin hamısı. Adət-ənənə \[ər.آدج \] Böyük və kiçik sosial qrupun üzvlərinə özlərini faktiki necə apardıqlarını, nəyi özlərinə rəva bildiklərini və nəyi özlərinə qadağan etdiklərini təsbit edən anlayış. nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər, zövqlər və s. Ənənə etnosun həyatını qoruyub saxlamaq üçün maddi və mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.
ƏMƏN
ƏNSAR

Значение слова в других словарях