Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq.
Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir.
Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır.
Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.
Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir".
Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi:
a) 7 yaşdan 14 yaşadək;
b) 14 yaşdan 20 yaşadək;
c) 20 yaşdan 30 yaşadək.
Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi.
Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar.
Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.