1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. ( Ata. sözü ).
Dilbər pəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla qaynayan qazana tökdü.
2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. Əriştə şorbası.
◊ Əriştə doğramaq məc. – bir işi görmək üçün gizli hazırlıq aparmaq. Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir. ( Ata. sözü ).
[Səfər:] İndi [Həmzə və Çimnaz] əriştə doğrayırlar, amma qız heç razı deyil.