ƏRZAN (ƏRZƏN)

Farscadır:

1. “Layiq” deməkdir, bərazəndeərzidən (layiq olmaq, qiymətli olmaq) məsdərləri ilə qohumdur.

2. “Ucuz” mənasında da işlədilir. “Koroğlu”da ərzən formasında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏRVAH
ƏSARƏT
OBASTAN VİKİ
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
Ərzən Xatun türbəsi
Ərzən Xatun türbəsi (türk. Erzen Hatun Kümbeti) — Türkiyənin Bitlis ilinin Əhlət ilçəsində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. Abidə Türkiyənin Əhlət şəhərinin Əhlət Mərkəz məhəlləsində, Şeyx Nəcməddin türbəsi ilə yanaşı yerləşir. Ərzən Xatun türbəsi şimal fasadında tikilmə tarixi H.707-ci ili verir, lakin mövzu ilə bağlı ilk araşdırma aparan A. Şərif Beyqu tikinti kitabəsində binanın hicri ilini 799-cu il kimi qeyd etmişdir. Kitabə türbənin cənub fasadında pəncərə lenti kimi düzülmüş, təxminən 65x36 sm ölçüdə ağ daş üzərində qabartma texnikası ilə beş sətirdə həkk olunmuşdur. Osmanlıdan əvvəlki dövr üslubuna uyğun gələn cəli süls yazısı bədii olmaqdan daha çox funksionallıq baxımından əhəmiyyətlidir. Kitabədə yazır: "Yarəbb bu şərif və xoşbəxt qübbənin altında yatan salihə, iffətli, şəhidə, böyük xatun, Allahın rzasına və rəhmətinə möhtac 798-ci ilin zilhiccə ayında vəfat etmiş olan Əmir Əli qızı Ərzən Xatuna yardım və rəhmətini əsirgəmə" Tarixçi B. Konyara görə abidə Qaraqoyunlu tayfa ittifaqına daxil olan Ərzən bəylərindən Əmir Əlinin qızı Ərzən Xatunun məzarı üzərində ucaldılmışdır. Ə. Doğanay və B. Doğan da əsəri Qaraqoyunlu dövrünə aid edirlər. 1. Qərb pəncərəsində yerləşən kitabənin mətni aşağıdakı kimidir "١شھد الله -انھ لا الھ الا ھو ٢ -و الملئكة و اولو ا لعلم قائما با لقسط ٣لا-الھالاھوالعزیزالحكیمان ٤ - اعند الله لدینالا سلام" Tərcüməsi belədir — "Allah, mələklər və ədalət sahibləri Ondan başqa məbud olmadığına şəhadət vermişlər.