ƏSƏN

Əsən monqol dilində “sağlamlıq” deməkdir, əsəni kəsilmək “xəstələnmək”dir, “məhv olmaq”dır. İndi əsəni kəsilmək “kökü kəsilmək” kimi başa düşülür. Qərb rayonlarında Allah əsənini üzsün cümləsi qarğış mənasında işlədilir. Mənbələrdə əsən (əsəngü)sözü “sağlamlıq” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏSƏL
ƏSƏR
OBASTAN VİKİ
Əsən Buğa xan
Əsən Buğa xan(Uyğurca: اسن بغای خان); doğ.1417— öl.1462) — Moğolustan hakimi, Sultan Üveys xanın oğlu. Əsən Buğa xan Sultan Üveys xan oğlu 1417-ci ildə anadan olmuşdu.Satuk xanın ölümündən sonra əmirlərin istəyi ilə xanlıq taxtına əyləşdi. Böyük qardaşı Yunus xan tərəfdarları olan 30 000 moğolla birlikdə Səmərqəndə Əmir Uluqbəyin yanına getdi. Onun yeniyetməliyindən istifadə edən ulus əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. İş o yerə çatdı ki, məclis zamanı onun gözləri qarşısında naibi Teymur bəy Uyğuru öldürdülər. Əsən Buğa xan təlaşla ordugahı tərk edib qaçdı. Bir neçə gündən sonra Seyid Əli Duqlat tərəfindən tapılıb Aksu şəhərinə gətirildi. Bu şəhər yeni mərkəz seçildi. Təxminən 1456-cı ildə Teymurlu hökmdarı Sultan Əbu Səid mirzə Yunus xanı qardaşı Əsən Buğa xanın üzərinə göndərdi.Nəticədə Yunus xan bütün Qərbi Moğolustana yiyələndi. Əsən Buğa xan 1462-ci ildə vəfat etdi.
Əsən Gülər Özyavuz
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi. İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Əsənboğa Beynəlxalq Hava Limanı
Əsənboğa Havalimanı (IATA: ESB, ICAO: LTAC) — 1955-ci ildə Ankara yaxınlığında Çubuq Ovasında qurulmuşdur. Ankara ili hüdudları daxilində olan Əsənboğa Beynəlxalq Hava Limanı Ankara şəhər mərkəzinə 28 km uzaqlıqdadır. Türkiyənin daxili və xarici hava nəqliyyatını birlikdə cəmləşdirən ilk hava limanı olan Əsənboğa, sərnişin daşınması göstəricisinə əsasən ölkənin ən büyük dördüncü hava limanıdır.
Əsənboğa hava limanında terror aktı
Əsənboğa hava limanında terror aktı — 1982-ci il avqustun 7-də Ankaradakı Əsənboğa Beynəlxalq Hava Limanında ASALA tərəfindən həyata keçirilən terror aktı. Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan olmuşlar. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviaşirkəti) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlamışlar. Şahidlərin dediyinə görə terrorçulardan biri qaçıb canını qurtarmaq istəyən sərnişinlərə atəş açarkən qışqırırmış: "Bizimkilərdən 1 milyondan çoxu ölüb, sizinkilərdən 25-nin ölməsiylə nə olacaq ki?" Bundan sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürmüşlər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülmüş, Əkməkcyan isə yaralanmış və həbs olunmuşdur. Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanmışdır. Ölənlər arasında ABŞ-dən olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. ABŞ Dövlət Departamenti Cin Bosuortun kürəyindən aldığı güllə yarasından vəfat etdiyini, onun əri C. F. Bosuortun isə ağır yaralandığını təsdiq etmişdir. Ankaradakı hospitalın əməkdaşlarının bildirdiyinə görə onların hər ikisinin yaşı 60-dan çox imiş. ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürmüş və bunun "türk faşistləri tərəfindən bizim torpağların işğalına" etiraz olduğunu bəyan etmişdir.
Əsəngəran
Əsəngəran (fars. اسنگران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Əsənlər
Əsənlər (türk. Esenler) — İstanbul ilinin ilçəsi. Şimalında Bayrampaşa, cənubda Güngörən, cənub-şərqdə Zeytunburnu, qərbdə Bağçılar rayonları ilə həmsərhəddir. Əsənlər, 18 məhəllədən ibarətdir və ərazisi 5.227 hektardır. Əsənlər, qonşu ilçələrindən fərqli olaraq, sənaye mərkəzi olmaqdan çox yaşayış mərkəzi xüsusiyyətini daşıyır. Əsənləri Davudpaşa yoluna bağlayan Ayaza yolu üzərindəki su nəzarət quyuları, bələdiyyə avtomobil qarajı kimi istifadə edilən Üç Üz, Ayaza Bulağı, Su Tərəzisi və qaraj daxilində xaraba vəziyyətdə olan kilsə gözəl bir memarlıq nümunəsi kimi qarşımıza çıxır. Əsənlər Mərkəz Məscidinin qarşısındakı kilsə qalığı bərpa edilərək müasir kitabxana olaraq istifadəyə verilmişdir. İstanbul qala divarlarının yıxılmasından sonra bu bölgə torpaqları hərbi baxımdan əhəmiyyət qazanmışdır. Rayon tarixi İstanbulun ümumi tarixində mühüm rol oynamışdır. Rayon tarixi əsər baxımından zəngin sayılmaz.
Əsənyurd
Əsənyurd (türk. Esenyurt) — İstanbulun Böyükçəkməcə ilçəsinin məhəllələrindən biri, 2008-ci ildə Qıraç mahalı ilə birləşdirilərək ilçə olmuşdur. Esenyurt yaşayış yeri bütünü, Mərmərə Bölgəsinin Frakiya alt hissəsində, İstanbul Metropolitan sahə sərhədləri içərisində yer alır. İlçənin şərqində Kiçikçəkməcə gölü, qərbində Böyükçəkməcə, şimalında Xoşdərə məhəlləsi və TEM avtomobil yolu, cənubunda Firuzəköy və E-5 Avtomobil Yolu var. İlçədə 13 poliklinika, dövlət xəstəxanası, bir Qızıl Aypara xəstəxanası və şəhər parkı yerləşir. Rayonda təhlükəsizlik 1 iyun 2009-cu il etibarilə polis təşkilatına keçib. Polis idarəsi binası tikilmişdir. Əsənyurd ərazisi 2.770 hektardır və 1989-cu ildə bələdiyyə olma şansını qazanmışdır. Bələdiyyə təşkilatının yaradılması bölgənin inkişafını sürətlənmişdir. XIX əsrin əvvəllərində Əkrəm Ömər Paşaya aid təsərrüfat torpağında yaşayış məskəni olaraq meydana gəlmişdir.
Əsənkənd (Qars)
Əsənkənd — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 340 nəfərdir (2022).
Əsənyayla (Ağyaxa)
Əsənyayla — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 656 nəfərdir (2022).
Əsənyazı (Qars)
Əsənyazı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 407 nəfərdir (2022).
Əsənköy (Çinarcıq)
Çalıca — Türkiyənin Yalova vilayətinin Çinarcıq rayonunda kənd. Burada Aliyə xanım və Liman olmaqla iki məhəllə yerləşir. == Tarixi == Əvvəllər Yuxarıqocadərə kəndinin məhəlləsi olduğu halda, 20 mart 1952-ci ildə kənd statusu almışdır. Türkiyə-Yunanıstan əhali mübadiləsindən əvvəl yunan yaşayış məntəqəsi olan kənd əhali mübadiləsindən sonra müsəlman lazlar və gürcülər tərəfindən yerləşdirilmişdir. 1890-cı ildən Qatırlı olan qəsəbənin adı 5 yanvar 1954-cü ildə Əsənköy olaraq dəyişdirilmişdir. Kənd 27 noyabr 1993-cü ildə bələdiyyə statusu alaraq qəsəbəyə çevrilmişdir.

Digər lüğətlərdə