Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazilika
Bazilika – adətən dini əhəmiyyəti olmayan, sadəcə toplanma funksiyası daşıyan dini tikililər üçün istifadə olunan memarlıq planı. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi. Bazilikalar əsasən Xristianlıq və orta əsrlər memarlığında istifadə olunmuşdur. Bazilikalardan Bonn kafedralını misal göstərmək mümkündür.
Bazilika sisterni
Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir. "Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir. == Sistern Bizans dövründə == Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı. Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır.Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır. Yeraltı qurğunun ölçüləri 145×65 m, həcmi 80 000 kub metr idi.
Villa Bazilika
Villa Bazilika (it. Villa Basilica) — İtaliyanın Toskana regionunda şəhər.
Bazilikata
Bazilikata — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Region İtaliyanın cənubundadır. Qərbində Campania, şimal və şərqində Puglia və cənubunda Calabria regionları yerləşir. Regionun sahəsi 9,992 km², əhalisi 2008-ci ilə əsasən 600.000-ə yaxındır. Regionun paytaxtı Potentsa şəhəridir.
Brazilia
Brazilia (port. Brasília) — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir. Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi.
Braziliya
Braziliya və ya Braziliya Federativ Respublikası (port. República Federativa do Brasil) — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas. Braziliya ekvator və Oğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif flora və fauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib.
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Altamira (Braziliya)
Altamira, Braziliyanın Para ştatında yerləşən bir şəhərdir. Bələdiyyə sərhədləri içərisində yerləşən sahəsi 159,696 km² təşkil edir. Bu baxımdan dünyanın ərazi baxımından ən böyük üçüncü şəhəri hesab olunur və sahəsi Yunanıstandan böyükdür, təxmini olaraq Tunis boydadır. Əhalisi 2010-cu ilə görə 99,075 nəfər təşkil edir. Hava nəqliyyatı Altamira Hava limanı vasitəsilə təmin edilir. Şəhərin yaxınlığında Braziliya hökuməti tərəfindən dünyanın üçüncü ən böyük su bəndi olacaq olan Belo Monte su bəndi inşa edilir. Hökumət bəndin bölgənin artan enerji ehtiyatlarının qarşılanması üçün lazım olduğunu bildirir, bəndin inşasına qarşı çıxanlar isə bənd inşa edildiyində Xingu çayının 80%-ə qədərinin quruyacağını və önəmli bir dolanışıq mənbəyi olan balıqçılıq sahəsinin itiriləcəyini iddia edirlər. Bənd inşasına görə şəhərin əhalisi iki dəfə artmışdır.
Ançisxati bazilikası
Ançisxati bazilikası (gürc. ანჩისხატი) – Tbilisinin Qədim şəhər rayonunda yerləşən VI əsrə aid bazilika formalı kilsədir. Tanrı anasının doğulmasına həsr edilmiş kilsə Tbilisidə dövrümüzə çatmış ən qədim kilsədir. == Tarixi == Gürcü salnamələrinə görə, Ançisxati kilsəsi Tbilisini paytaxt elan etmiş Xosrovidlər sülaləsindən olan İberiya çarı I Daçinin (522-534) sifarişi ilə inşa edilmişdir. İlkin olaraq Bakirə Məryəmin doğulması şərəfinə adlandırılmış kilsə, 1675-ci ildə Ançi monastırından (Tao-Klarceti, müasir Türkiyənin Artvin əyaləti) enkaustik Xilaskar ikonasının (Ançi ikonası) gətirilməsi ilə əlaqədar olaraq həm də Ançisxati adı ilə tanınmışdır. XII əsrdə Beka Olizarinin qızıl elementlərlə işlədiyi gümüş riza içərisində olan ikonanın Tbilisiyə gətirilməsində məqsəd, osmanlıların əraziyə hücumu zamanı məhv edilməsinin qarşısını almaq idi. Əsrlər boyunca Ançisxati kilsəsində saxlanan ikona hazırda, Gürcüstan Dövlət İncəsənət Muzeyində sərgilənir.XV-XVII əsrlərdə farslar və türklərin Tbilisini ələ keçirmələri zamanı kilsə dəfələrlə dağıdılmış və yenidən bərpa edilmişdir. Ançisxati kilsəsinin yanında yerləşən kərpic zəng qülləsi 1675-ci ildə katolikos Domentinin sifarişi ilə inşa edilmişdir. 1870-ci illərdə tağların əlavə edilməsi zamanı, qədim bazilikanın erkən memarlıq planlaşdırılmasına ciddi dəyişiklik edilmişdir.SSRİ dövründə kilsənin dağıdılması planlaşdırılsa da, ziyalıların (xüsusilə David Arsenişvilinin) səyi nəticəsində abidə saxlanılmış və kustar istehsalat nümunələri muzeyinə çevrilmişdir. Daha sonra kilsə binasında bədii emalatxana fəaliyyət göstərmişdir.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Braziliya himni
Braziliya marşı (Portuqalca: Hino Nacional Brasileiro) — Braziliya Federativ Respublikasının rəsmi dövlət himni. == Tarixi == 1822-ci ildə Fransisko Manuel da Silva tərəfindən bəstələnən himnin musiqisi romantik italyan musiqisinə bənzəyir. 7 sentyabr 1822-ci il tarixində qazanılan müstəqilliyin ardından Kral I Pyotrun devrilməsilə dildən dilə dolaşan bu marş Kral II Pyotr dönəmində yenidən milli marş olaraq istifadə olundu. Ancaq bu marşın sözləri hələ də yazılmamışdı. 1889-cu ildə yeni qurulan respublika üçün yeni himn yazılmalı idi. Keçirilən müsabiqənin qalibi olan Leopoldo Miguez respublika üçün yeni bir himn bəstələsə də, xalq bu yeni himni mənimsəmədi və dövlət başçısı Deodoro da Fonsekanın da təklifi ilə Fransisco Manuel da Silvanın bəstələdiyi bu marş dövlət himni olaraq qəbul edildi. Himnin sözləri isə Joaquim Osório Duque Estrada tərəfindən 1909-cu ildə yazılmışdır.
Braziliya imperiyası
Braziliya imperiyası (Portuqalca: Império do Brasil) — XIX əsrdə mövcud olmuş, indiki Braziliya və Uruqvay ərazisini əhatə edən imperiyadır.
Braziliya kalofillumu
Braziliya kalofillumu (lat. Calophyllum brasiliense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Braziliya karnavalı
Braziliya karnavalı (port. Carnaval do Brasil) — Braziliyada Pasxadan qırx gün əvvəl və Böyük Orucun başlanğıcını qeyd edən illik festival. Böyük Oruc ərzində Roma-Katoliklər bütün vücudi zövqlərdən, xüsusilə ətlə qidalanmaqdan imtina etməlidir.
Braziliya mətbəxi
Braziliya mətbəxi — Braziliya Federativ Respublikasında inkişaf etmiş, zənginliyi və müxtəlifliyi ilə məşhur olan bir milli mətbəx. == Əsas qida məhsulları == Braziliya mətbəxi ilk növbədə ət, balıq, dəniz məhsulları və düyü ilə tanınır. Ölkənin cənub-şərqində və sahil xətti boyu ərazilərində balıq, balina və krevet kimi dəniz məhsulları həm çox ləzzətlidir, həm də boldur. Buna görə də Braziliyada balıq ətlə müqayisədə daha çox istifadə edilir. Bundan başqa italyan mətbəxinin təsiri ilə qida məhsulları arasında makaron da çox istehlak olunur. == Yemək bişirmə texnikaları == Braziliyalılar aşağıdakı yemək bişirmə texnikalarından istifadə edirlər: qızartma; sote; sobada yemək; qazanda yemək; qaynatma. == Xarici mətbəxlərin təsiri == Braziliya mətbəxi ilk növbədə Portuqaliya, İtaliya, İspaniya, Avstriya, Afrika və Rusiya mətbəxindən təsirlənmişdir. Bu mətbəxdə xüsusilə Orta və Cənubi Afrika mətbəxinin böyük təsiri vardır. Braziliyaya Portuqaliyadan gələn afrikalıların təsiri daha çox olmuşdur. Bəzi yeməkləri sırf hindköklüdür və Avropaya heç bir aidiyyatı yoxdur.
Braziliya paytaxtı
Brazilia (port. Brasília) — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir. Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi.
Braziliya qaqauzları
Braziliya qaqauzları — türk dilli qaqauzların diasporası. Braziliya qaqauzlarının böyük qismi San-Pauluda cəmləşmişdir. == Tarixi == Qaqauzların Argentina və Braziliyaya kütləvi axını 1922-ci ildə, Bessarabiyanın Rumıniya tərəfindən idarə edildiyi zaman başlayır. == Tanınmış şəxsiyyətləri == Dmitri Dyakov – Kiriyet-Lunqa kəndindəndir, San Xose dos Kamposun küçələrindən biri onun adını daşıyır. Afanasio Yazaci - jurnalist.
Braziliya realı
Braziliya realı (Portuqalca: Real brasileiro; ISO 4217: BRL) - Braziliyanın rəsmi pul vahididir. R$ kimi işarə olunur. 1 Braziliya realı 100 centavoya bərabərdir.6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Braziliya realı = 0.307102 ABŞ dolları.
Braziliya samuru
Braziliya tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Braziliya tinamusu
Braziliya tinamusu (lat. Crypturellus strigulosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Braziliya yaponları
Braziliya yaponları (yap. 日系ブラジル人, nipo-brasileiro; port. nipo-brasileiro) — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 2,000,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır. == Tarixi == === Arxa plan === XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermerlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı.
Braziliya yəhudiləri
Braziliya yəhudilərinin tarixi uzun və qarmaşıq olmuş, Avropadan gələn mühacirlərlə sıx bağlıdır. Yəhudilər Braziliyaya XVI əsrdə Avropada tüğyan edən inkvizisiya məhkəmələrindən qaçaraq gəlmişdir. Vaxtilə Hollandiya hakimiyyətində olan Braziliyada ilk sinaqoq 1636 tarixində Resifidə qurulmuşdur. Yəhudilərin çoxu İspaniya və Portuqaliya inkvizisiyalarından Hollandiyaya qorxub qaçan səfaradlar idi. 1824-cü ildə qəbul edilən Braziliya Konstitusiyasında dini azadlığın elan olunmasıyla yəhudilərin bura köçü sürətlənmişdir. Kauçuk sənayəsinin birdən birə yüksəlişi ilə XIX əsrdə Mərakeş yəhudiləri də bura axın etdi. Ölkəyə gələn yəhudilərin sayı Avropadakı Nasist idarəçiliklə daha da artdı. Sonuncu köç dalğası isə XX əsrin 50-ci illərində Şimali Afrikadan oldu. Hal-hazırda Braziliyada yaşayan yəhudilərin icmaları, sinaqoqları, məktəbləri və s. mövcuddur.