Əshabi-kəhf mineral su yatağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs "Əshabi Kəhf (Culus) dağı" nın ətəyindədir.
Oradakı "təndirdən" (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə
çıxır.
Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10–15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır.
Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir.
Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir.
Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.