C-3PO
C-3PO və ya Si-Tripio (ing. See-Threepio) — "Ulduz müharibələri" kosmik opera franşizasında humanoid robot personaj. Personaj film seriyasının orijinal trilogiyasında, prikvel trilogiyasında və sikvel trilogiyasında nümayiş olunmuşdur. Anakin Skayvalker tərəfindən yaradılmış C-3PO etiket qaydaları və adət-ənənələrə riayət, eləcə də tərcümədə kömək etmək üçün hazırlanmış protokol droididir və onun ən təbliğ olunan xüsusiyyəti "altı milyondan çox ünsiyyət formasında səlis danış"masıdır. Astromexaniki droid yoldaşı və dostu R2-D2 ilə birlikdə C-3PO filmlərin narrativ struktura komik relyef təmin edir. Entoni Deniels personajın nümayiş olunmadığı "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) filmi istisna olmaqla bu günə qədər yayımlanan on iki "Ulduz müharibələri" filminin on birində C-3PO-nu canlandırmışdır.
Laqeyd təbiətinə baxmayaraq, C-3PO qalaktikanın tarixində mühüm rol oynamışdır. O, Şmi Skayvalker, Lars ailəsi, Padme Amidala, Beyl Orqana, Reymus Antilles, Lyuk Skayvalker, Cabba Hat və Leya Orqananın xidmətində olmuşdur. Əksər təsvirlərdə C-3PO-nun xarici görünüşü qızıl haşiyədən ibarətdir, lakin gümüşlə örtülənmiş sağ ayağı fərqlənir.