BAKİ

əbədi, daimi.(bax: Bağı); Bakı şəhərinin adındandır.
BAKIXAN
BAKİXAN
OBASTAN VİKİ
Baki
Baki (türk. Bâkî; 1526[…] və ya 1526, Konstantinopol – 7 aprel 1600[…] və ya 1600, Konstantinopol) — Əsl adı Mahmud Abdülbaki olan Divan ədəbiyyatı şairi. == Həyatı == Baki 1526-cı ildə İstanbulda doğulmuşdur. Atası Əhməd Əfəndi kasıb olduğu üçün balacalığından zəhmətlə məşğul olmuşdur. Oxumağa və öyrənməyə olan həvəsi onu elmə gətirdi. Dövrünün alimlərindən Qaramanlı Əhməd və Mehmet əfəndilərdən dərs almışdır. Şeyxülislam olmaq arzusu həyata keçməmiş 1600-cü ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991.
Abdullah Hel Baki
Abdullah Hel Baki (1 avqust 1989) — Banqladeşli atıcı. Abdullah Hel Baki Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdullah Hel Baki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.2 xal toplayaraq 25-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Məşədi Əyyub Baki
Sadıqov Məşədi Əyyub Hacı Sadıq oğlu (Məşədi Əyyub Baki) — Azərbaycan şairi. == Həyatı == Məşədi Əyyub Baki 1866-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Bir müddət Şiraz şəhərində yaşamışdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Qardaşı Məşədi Nəsir Lövhi də şair idi. Məşədi Əyyub Baki 1900-cü ildə vəfat edib. Məşədi Əyyub Balış xanım Mehdi bəy qızı Vəzirova ilə həyat qurmuşdu.
Mustafa Baki Ersoy
Mustafa Baki Ərsoy (1981, Yozqat ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mustafa Baki Ərsoy 1981-ci ildə Yozqat ilində anadan olub. İbtidai və orta təhsilini Kütahya və Sivasda alıb, lisey təhsilini isə Yozqatda alıb. Ərciyəs Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Hüquq İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb. Kayseri Milliyyətçi Sənaye İş Adamları Dərnəyinin sədr müavini olub. Uzun illərdir MHP üzvüdür. 2007-2011-ci illərdə MHP Kayseri il şöbəsinin sədr müavini olub. 2015-ci ildə isə MHP Kayseri il şöbəsinin sədri seçilib. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kayseri ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Mustafa Baki Ərsoy

Bakinets (qəzet)
Bakinets — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda rus dilində nəşr edilmiş həftəlik ictimai, siyasi və ədəbi qəzet. Qəzetin birinci nömrəsi 3 sentyabr 1907-ci il tarixində, sonuncu nömrəsi isə 26 aprel 1920-ci il tarixində çıxmışdır. 1918-ci ildə Bakı şəhərində baş vermiş Mart soyqırımından sonra bolşeviklər "Baku", "Kaspi", "Naş qolos" və digər qəzet və jurnallarla birlikdə "Bakinets" qəzetini də bağlamışdılar. == Ədəbiyyat == Bakinets // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: [2 cilddə] / baş red. Y. M. Mahmudov. — Bakı: “Lider” nəşriyyat, 2004. — I cild. — Səhifələrin sayı: 440. — Səh.: 265. — ISBN 9952-417-14-2.
Bakinets qəzeti

Bakinski izvestiya (qəzet)
"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş qəzet. == Taricxi == 1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir. 1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
Bakinski komsomolets
"Bakinski komsomolets" (azərb-kiril. Бакински комсомолетс, rus. Бакински комсомолец; mənası – Bakı komsomolçusu) — Azərbaycan SSR-də kütləvi komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və Bakı Komsomolunun orqanı. == Tarixi == Qəzetin ilk nömrəsi 1932-ci ilin iyununda çıxmış, nəşri 1936-cı ilin sonuna kimi davam etmişdir. 1937-ci ilin yanvarından cıxan "Molodoy raboçi" onu əvəz etmişdir. "Bakinski komsomolets" Azərbaycan SSR komsomolçu və gənclərinin sənayenin yüksəlişi uğrunda mübarizəsi, gənc Bakı neftçiləri ilə Donbas paxtacıları arasında sosializm yarışının genişlənməsi, gənclərin kommunist tərbiyəsi, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinə böyük diqqət yetirmişdir. ÜİLKGİ MK, XİLKGİ Zaqafqaziya Ölkə Komitəsi, ALKGİ MK və BK-nın ən mühüm qərar və qətnamələrini dərc etmişdir. Qəzetin nəzdində gənc yazıcı və şairlərin ədəbi yaradıcılıq dərnəyi təşkil olunmuşdu. "Bakinski komsomolets" rus ədəbiyyatının klassikləri haqqında müntəzəm məqalələr verirdi.
Bakinski listok (qəzet)
"Bakinskiy listok" (rus. Бакинский листок) — Bakıda rus dilində çap olunmuş ilk qəzet. == Qəzet haqqında məlumat == Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. 1870-ci il dekabr ayının 3-də qəzetin nəşrinə rəsmi icazə verildi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 6-da çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.
Bakinski proletari
"Bakinski proletari" (az-əbcəd. باکینسکی پرولئتاری‎, rus. Бакински пролетари; mənası – Bakı proletarları) — Çar Rusiyası dövründə Azərbaycanda gizli fəaliyyət göstərmiş bolşevik qəzeti, RSDFP Bakı təşkilatının orqanı. == Tarixi == Qəzetin ilk nəmrəsi 20 iyun 1907 ildə Bakıda çıxmışdır. Birinci nömrəsi RSDFP Bakı təşkilatı Balaxanı rayonunun, ikinci nömrəsi Balaxanı və Qara Şəhər rayonlarının orqanı kimi çıxmışdır. Qəzet marksizm–leninizm nəzəriyyəsini təbliğ etmiş, proletariatın sinfi mübarizəsində partiyanın avanqard rolunu təmin etmək uğrunda ardıcıl, menşeviklərə qarşı fəal mübarizə aparmış, Vladimir Leninlə, "Proletari" və "Sosial-demokrat" qəzetlərinin redaksiyaları ilə əlaqə saxlamışdır. Yerli partiya orqanlarının möhkəmləndirilməsi sahəsində aparılan işlərə xüsusi diqqət yetirilirdi. Nəşri sonuncu – 7-ci nəşrindən sonra, 29 avqust 1909-cu ildə mətbəənin dağıdılması təhlükəsi ilə əlaqədar dayandırılmışdır.
Bakinski raboçi (gəmi)
"Bakinski raboçi" (azərb-kiril. Бакински рабочи; əvvəlki adı "Ukrayna", azərb-kiril. Украјна) — Qırmızıbayraqlı Xəzər Donanmasının kanoner qayığı. 1907-ci ildə Baltik donanmasına daxil olmuş, 1918-ci ildə Baltik donanmasının buz səfərində iştirak etmişdir. 1919-cu ilin sentyabrında Vladimir Leninin gəstərişi ilə Həştərxana, 1920-ci ilin iyulunda isə Bakıya gəlmişdir. Gəmi sentyabrda XI Qızıl Ordunun 28-ci atıcı diviziyası ilə birlikdə Lənkəran qəzasında üsyançıların məğlub edilməsində iştirak etmişdir. 1921-ci ildə "Bakinski raboçi" adlandırılmışdır. "Bakinski raboçi" 1941–1944 illərdə Xəzərdə müxtəlif hərbi tapşırıqları yerinə yetirir, hərbi sursat, xalq təsərrüfatı malları və s. daşıyırdı.
Bakinski raboçi (qəzet)
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — RSDFP Bakı Komitəsinin orqanı, bolşevik qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917-1918-ci illərdə rus dilində nəşr olunmuşdur. Redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış etmişlər. == Fəaliyyətinin əsas məqsədi == 1908-ci ilin sentyabrından neft sənayesi fəhlələrinin ictimai-peşə qəzeti kimi nəşr olunmağa başlasa da, əslində, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı idi.
Bakinskiy roman (mahnı)
Bakinskiye izvestiya (qəzet)
"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş qəzet. == Taricxi == 1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir. 1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, pravoslav)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə

Bakirə Məryəmin doğması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır. Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.
Bakirə Məryəmin viladəti

Bakirə mələklərin əhatəsində
"Bakirə mələklərin əhatəsində" (fr. La Vierge aux Anges) — fransız akademik rəssamı Vilyam Buqronun 1898-ci ildə işlədiyi rəsm əsəri. Əsərdə buludların üzərində dayanmış iyirmi bir mələyin əhatəsində öz taxtında ayaq üstə daynaraq qucağında körpə tutmuş Məryəm təsvir edilmişdir. Məryəm ananın qabağında diz çökmüş mələklər əllərində büxurdanlar tutmuşlar.
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.
Bakirəlik
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Bakirələr monastırı
Bakirələr monastırı (və ya Müqəddəs Ripsime monastırı) - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni monastırıdır. Abidə Türkiyə - Ermənistan sərhəd xəttinə yaxın ərazidə yerləşdiyindən Aniyə gələn turistlərə Bakirələr monastırına getməyə icazə verilmir. Şəhərdən kənarda inşa edilmiş bu kiçik monastır, Arpaçayın sahilində bir qalanın üstündədir. Bakirə şəhid Müqəddəs Hripsimeyə həsr olunan bu monastırın vaxtilə kiçik bir rahibələr topluluğu üçün sığınacaq olduğu düşünülür. Monastır kompleksindən dövrümüzə çox az şey çatmışdır. Belə ki, divarlarla əhatə olunmuş bir həyətin içində bir neçə binanın xarabalıqları qorunub saxlanmışdır. Onlardan ən önəmlisi kiçik,incə və çox gözəl bir kilsədir. İndi isə həmin kilsə sadəcə çox gözəl və romantik bir xarabalıqdır. Tiqran Honents kilsəsinin kitabələrindən birində Tiqran Honentsin yaxınlıqda Bexents adlı bir monastırı bərpa etdirməsindən bəhs edilir. Bəzi araşdırmaçılar həmin monastırın məhz Bakirələr monastırı olduğunu iddia edirlər.
Bakirənin toyu (Rafael)
Bakirənin toyu (it. Sposalizio della Vergine) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Əsər hal-hazırda İtaliyada Milan şəhərində Pinacoteca di Brera muzeyində saxlanılır.
Bakirənin ölümü (Karavacco)
Məryəmin ölümü (1606) - İtalyan barokko ustası Karavacco tərəfindən Məryəmin ölümünü təsvir edən bir rəsmdir. O, Parisdəki Luvr muzeyinin daimi kolleksiyasının bir hissəsidir. == Təsir == Bu rəsm Karavacco tərəfindən 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində başlatdığı ikonoqrafik və formal inqilabı təsvir edir. Özünü qiymətli, təsirlənmiş üslub dəbindən uzaqlaşdıran rəssam səmimi, möhkəm, enerjili üslubun açılışını etdi. O, müqəddəsin təmsillərinin konvensiyalarından narahat olmadan insanların reallığını və duyğularını tərcümə etmək vəzifəsini öz üzərinə götürdü. Onun 17-ci əsrdə təsviri konsepsiyaların təkamülünə təsiri xeyli olmuşdur.
Bakiç Vidyay
Bakiç Vidyay (erz. Бакич Видяй), əsl adı Viktor Mixayloviç Çiçaykin (rus. Виктор Михайлович Чичайкин; 4 iyun 1977, Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya və erzyan estrada müğənnisi, mahnılarının demək olar ki hamısını erzyan dilində ifa edir. Mordoviyanın əməkdar mədəniyyət işçisidir (2016). == Həyatı == Viktor Çiçaykin 1999-cu ildə Oqaryov adına Mordoviya Dövlət Universitetinin milli mədəniyyət fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Müəllimlər onu parlaq emosionallıq, musiqi qabiliyyəti, plastikliyə malik istedadlı bir şagird kimi qeyd edirlər. Piano, düymə qarmonu, gitara və zərb alətlərində çala bilir, mahnılarının həm müəllifi, həm də ifaçısıdır. Musiqi karyerasına 14 yaşında "Altair" qrupunda başladı. Bakiç Vidyay A. P. Çexovun "Vanya əmi" (Serebryakov), A. S, Puşkinin "Daş qonaq" (Don Juan) və "Su pərisi" (Knyaz), V. Kavtayevin "Sevgi dövrü" (İqor) kimi tələbə tamaşalarında və "Mastorava" (Şeytan) və "Ermez" kimi xalq tamaşalarında rol almışdır. O, Mordoviya Milli Teatrının aktyoru olmuşdur, "Mordoviya" Dövlət Televiziya və Radio Yayım Şirkətinin əməkdaşı kimi çalışmışdır.

Значение слова в других словарях