Bakirələr monastırı (və ya Müqəddəs Ripsime monastırı) - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni monastırıdır. Abidə Türkiyə - Ermənistan sərhəd xəttinə yaxın ərazidə yerləşdiyindən Aniyə gələn turistlərə Bakirələr monastırına getməyə icazə verilmir.
Bakirələr monastırı | |
---|---|
Կուսանաց վանք | |
40°30′00″ şm. e. 43°34′48″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Qars |
Yerləşir | Ani |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | XIII əsr |
Üslubu | Erməni memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərdən kənarda inşa edilmiş bu kiçik monastır, Arpaçayın sahilində bir qalanın üstündədir. Bakirə şəhid Müqəddəs Hripsimeyə həsr olunan bu monastırın vaxtilə kiçik bir rahibələr topluluğu üçün sığınacaq olduğu düşünülür. Monastır kompleksindən dövrümüzə çox az şey çatmışdır. Belə ki, divarlarla əhatə olunmuş bir həyətin içində bir neçə binanın xarabalıqları qorunub saxlanmışdır. Onlardan ən önəmlisi kiçik,incə və çox gözəl bir kilsədir. İndi isə həmin kilsə sadəcə çox gözəl və romantik bir xarabalıqdır.
Tiqran Honents kilsəsinin kitabələrindən birində Tiqran Honentsin yaxınlıqda Bexents adlı bir monastırı bərpa etdirməsindən bəhs edilir. Bəzi araşdırmaçılar həmin monastırın məhz Bakirələr monastırı olduğunu iddia edirlər.
Kiçik ölçüsünə rəğmnən kilsənin planı qarışıqdır. Binanın xarici görünüşü birbaşa kilsənin hündürlüyünü daha qabarıq şəkildə vurğulamağa hesablanmışdır. Qübbənin üstündəki dam isə mürəkkəb quruluşu ilə diqqəti cəlb edir. Belə ki, özünəməxsus quruluşu ilə o, yarıqapalı çətir görüntüsü yaradır. Bu Anidə yeganə nümunədir. Lakin Ani şəhəri yaxınlığında daha bir erməni monsatırı - Beşkilsə monastırı mövcuddur. Həmin monastırın da dövrümüzə çatan kilsəsinin damı bu şəkildə inşa edilmişdir. Yeganə fərq Beşkilsə monastırının daha qədim - XI əsrə aid olmasıdır.
Bayırdan qübbənin alın hissəsi üç xəttli bölgülərlə on iki yerə ayrılmşdır. Yarımçıq kəmərlər silsiləsi isə hər apsisin əyri xarici divarlarını üç hissəyə ayırır. Hər kəmər fərqli hörgü üsuluna sahibdir və kəmərlərin arası yarpaqlı naxışlarla doldurulmuşdur.
Fasadın bəzədilməsində daş oymalarla yanaşı boyalardan da istifadə edilmişdir. Daşlarda tünd qırmızı və açıq qəhvəyi rəngli boya izləri qalmışdır. Boyalar daşlara yüngül rənglilik vermək məqsədiylə çox incə bir şəkildə istifadə edilmişdir.
Kilsənin daxilində ortadakı kiçik dairəvi boşluğu altı apsis əhatə edir. Boşluğun yuxarı hissəsində isə üstü qübbə ilə tamamlanan uzun silindrik bir alın hissə vardır. Alın hissədə dörd, Şərq trəfdəki apsisdə isə bir pəncərə vardır. İçi sadədir və heç bir freska yoxdur. Kilsənin girişi isə Qərb tərəfdəki apsisdədir. Kilsəyə Cənubdan birləşən kiçik, düzbucaqlı şəklində, birnefli şapel də olmuşdur.
Erməni memarlığında mərkəzi planlı, kiçik, çoxapsisli kilsələrə çox təsadüf olunsa da onların hamısı daha erkən dövrə aiddir. XIII əsr erməni memarlığında isə bu nadir halda rastlanan bir abidədir. Ona görə də bir çox tədqiqatçılar kilsənin müsəlman türbə memarlığının təsiri altında inşa edildiyini düşünürlər.