a.D.

= Abk. für außer Dienst pensiyaçı
a.a.O.
à la
OBASTAN VİKİ
A.D.Hawkes
Aleks Dram Houks (ing. Alex Drum Hawkes; 1927 – 1977, Kinqston) — ABŞ botaniki. Editor of The Horticulture Publications, Coconut Grove, Florida Editor of COOKERY NOTES (1960s-70s) Coconut Grove, Florida (FL.) Recipes by Alex D. Hawkes South Florida Cookery: Unique Recipes from the Tropics and Elsewhere (1964) Wake-Brook House, Coral Gables, Florida Tropical Cookery (1960s) The Shrimp Cookbook: 140 Wonderful Ways To Serve Shrimp (1966) Culinary Arts Institute, Chicago, Illinois A World of Vegetable Cookery: An encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (1968) Simon & Schuster, New York [Rev. ed. 1984] illustrations by Bill Goldsmith Cooking with vegetables : an encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (REVISED) Eating Out in Jamaica: A Unique Guide to Good Eating (1971) DMP Publications Ltd., Kingston, Jamaica The Rum Cookbook (1972) William Collins & Sangster, Jamaica Photography by Maria La Yacona The Flavors of The Caribbean & Latin America: a personal collection of recipes (1977) Viking, New York illustrations by Lynda West Compiled & Foreword by Elisabeth Lambert Ortiz Qəzet, televiziya, radio Garden Club of the Air (1960) WTHS-TV, Miami, Florida The Miami Herald (1960s) Miami News (1960s) The Tropical Gardener (1961) WTHS-TV, Miami, Florida Tropical Gardener (1962) Radio — WFFG, Marathon, Florida Keys (World's Finest Fishing Grounds) St.
A.D.Slavin
Artur Daniel Slavin (ing. Arthur Daniel Slavin; 1903 – 1973) — ABŞ botaniki. Arthur D. Slavin. 1948. Soil conservation in action J. A. Xievwland, Arthur D. Slavin. 1928. Preservation of Monotropa and similar plants without discoloration. Proc. Indiana Acad. Sci.
D.A.Webb
Devid Allardis Uebb (ing. David Allardice Webb; 1912[…], Dublin, İrlandiya – 26 sentyabr 1994, Oksford, İngiltərə, Birləşmiş Krallıq) — İrlandiya botaniki. Devid Allardis Uebb toxumlu bitkilər sahəsində ixtisaslaşıb. 1948. Notes Preliminary to a Revision of the Irish Dactyloid Saxifrages. Proc. Royal Irish Academy 51 (B): 16. Webb, DA; MJP Scannell. 1983. Flora of Connemara and the Burren.
Lazarus A.D.
Lazarus A. D. — Amerikan Thrash metal qrupu,2005-ci ildə yaradılmışdır. Qrupun ilk debüt albomu "The Onslaught" 2007-ci ildə " Earache Records" albom şikətilə birgə çıxarılmışdır. Bu albomdan sonra qrup Avropa turunda Almaniya, Avstriya, İsveçrə və İtaliyada konsertlərdə çıxış etməyə başladı."The Onslaught" albomu 2009-cu ildə yenidən "Metal Blade" albom şirkəti ilə çıxardaraq,Amon Amarth,Goatwhore və Testament kimi qruplarla konsertlər də çıxış edərək tanınmağa başlandılar. Onların ikinci studiya albomları "Black Rivers Flow" 2011-ci ildə işıq üzü görmüşdür. Bu albomdan sonra qrup Şimali Amerika ölkələrin də çıxış etmişdir.
Good Kid, M.A.A.D City
Good Kid, M.A.A.D City (orijinal adı: good kid, m.A.A.d city.) — ABŞ repçisi Kendrik Lamarın ikinci studiya albomu. 22 oktyabr 2012-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.
A. D. Neçaevin xəstəxanası (Novoçerkassk)
A. D. Neçaevin xəstəxanası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən xeyriyyə məqsədli istifadə edilən bina. Bina Komitetskaya, ev 64 ünvanında yerləşir. Regional əhəmiyyətli ümumdünya irsi siyahısına daxildir. Üstəlik bir tarixi abidədir. Komitetskaya küçəsi, ev 64 ünvanında yerləşən bina iki hissədən ibarət olmuşdur. Bəlkə də elə bu səbəbdən binanın dəqiq tikilmə tarixi bilinmir. Bəzi mənbələrdə onun XIX əsrin ortalarında, digərində isə binanın 1912-ci ildə inşa edilməsi barədə məlumatlar vardır. Binalardan biri həyətyani dahənin daxilində yerləşir. Digəri isə küçənin qırağına yaxın ərazidədir. Hazırda bu binada fizioterapiya bölməsi yerləşir.
D
Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf, 23 samitdən biri. D cingiltili samitdir və kar qarşılığı t samitidir.
A
A yaxud a — çağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi. Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır. Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır. Α α : yunan hərfi olan Alfa А а : kirill əlifbasının A hərfi Ɑ ɑ : latın hərfi olan Alfa və yaxudda əlyazma hərfi A (yada ki: A a) ɐ : kiçik A hərfinin çevrilmiş forması , hansıki Beynəlxalq fonetika əlifbasında açığ mərkəzi sait kimi istifadə olunur ∀ : çevrilmiş A, "Birinci qaydanın məntiqində" (ing. First-order logic) ümumiliy kvantorunu təsvir etmək üçündü. ª : Sıra indikatoru Æ æ : Æ latın liqaturası (hərf birləşməsi) Hərfin yazılması misir heroqlif yazısının öküz başını xatırladan simvolla əlaqələndirilər. İddia edilir ki, eramzidan əvvəl 1600-cü ildə Finikiya əlifbasında A hərfin xətti yazılışı forması yarandı.
A. D. Duvokinin xüsusi qızlar gimnaziyası
Dukmasovanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində təhsil mərkəzi. A. D. Duvokinin xüsusi qızlar gimnaziyaaı 1880-ci illərdə təsis edilmişdir. Binası isə Novoçekassk şəhəri Atamanakaya küçəsi, ev 42 ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bir çox mənbələrdə Alekseevka uşqaq qızlar yetimxanası olaraq gösyərilir. A. D. Duvokinin xüsusi qızlar gimnaziyasının fəaliyyəti 1880- 1889illərə təsadüf edir. Gimnaziya açıq tipli bir təhsil mərkəzi olmumdur. Burada əsasən orta təbəqənin övladları təhsil alsalarda digər təbəqələrin övladlarına belə rast gəlinirdi. 1921-ci ildə gimnaziya ikinci açıq tipli birinci və ikinci dərəcəli sovet məktəbinə çevrilmişdir.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.
A.A.Fisch.Waldh.
Aleksandr Aleksandroviç Fişer fon Valdgeym (rus. Алекса́ндр Алекса́ндрович Фи́шер фон Ва́льдгейм; 20 aprel 1839, Moskva – 28 fevral 1920, Soçi) — Rus botaniki, İmperator Sankt-Peterburq Botanika Bağının direktoru.
A Bao A Ku
A Bao A Ku — Mevar bölgəsinin folklorunda uydurma fövqəltəbii varlıq. Nirvanaya mənəvi yüksəlişi simvolizə edir. Ənənəyə görə, A Bao A Ku Çittorqarhdakı Qələbə qülləsinin spiral pilləkənində yaşayır. Bu varlıq adətən qüllənin aşağı pilləsində yatır, lakin insan ruhunun varlığına reaksiya verərək qüllənin girişində oyanır. Bundan sonra onun içində enerji parlamağa və bədəni hərəkət etməyə başlayır. A Bao A Kunun şüuru yalnız bir insan spiral pilləkəni qalxanda oyanır. Bu varlıq zəvvarların ən çox ayaq basdığı pilləkənlərin kənarlarında addımlayaraq onu izləyir. İnsan pilləkənləri qalxdıqca A Bao A Kunun forması, rəngi və parlaq işığı daha çox görünür. Buna baxmayaraq, onun zahiri yalnız yuxarı pillədə təzahür edir, çünki ona yalnız nirvana vəziyyətində olan və əməllərində pak olan insan çata bilər. Əks halda, A Bao A Kunun bədəni natamam qalır, mavi rəngi solur.
D-20
D-20 — Sovet (SSRİ) istehsalı olan 152 mm-lik yedəklənən haubiça-topu . İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 24000m-dir. Haubiça-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlamış və 1955-ci ildə ordu sıralarında görünmüşdür. D-20 topu ilk olaraq vertikal işləyən yarımavtomatik pazlı çaxmaq sistemi ilə təhciz olunmuş haubiçadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lülə ucu əyləcdən (tormoz) ibarətdir. Top bir oxlu lafet üzərinə quraşdırılmış və yedəklənəndir. Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır. Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür: Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi. Atış məsafəsi 17400m-dir .
D-30
122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir. Variantları: 2A18 2A18M 2A18M1 2A31 2A32 Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir. Düşmənin açıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək; Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək; Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək; Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq; Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq. Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır.
D-8
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 (ing. D-8 Organization for Economic Cooperation, also known as Developing-8) — 8 müsəlman dövlətindən ibarət təşkilat. D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur. D8 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanmışdır. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilmişdir. Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri: Münaqişələr əvəzinə sülh Mübahisələr əvəzinə dialoq İstismar əvəzinə kooperasiyalar İkili standartlar əvəzinə hüquq Zülm əvəzinə demokratiya Diskriminasiya əvəzinə hüquqi bərabərlik. İslam Əməkdaşlıq Təşkilatı Müsəlman dünyası Rəsmi saytı (ing.) Facebookda D8 (ing.) Twitterdə D8 (ing.) Youtubeda D8 (ing.) D8 jurnalının 2014 buraxılışı D8 türkcə rəsmi bloqu (türk.) Necmettin ERBAKAN. "NO:103 Prof. Dr. NECMETTİN ERBAKAN, (D--8) Çırağan Buluşması. 2005" ( (türk.)).
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
D (dəqiqləşdirmə)
D — Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf. D (çay) — çay D (videooyun) — videooyun D (proqramlaşdırma dili) — obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biri.
D vitamini
D vitamini (кalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. D vitamini antiraхit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit хəstəliyi əmələ gəlir. Gündəliк tələbat 400 beynəlхalq vahidə və ya 10 mкq-a bərabərdir. Beynəlхalq vahid (BV) olaraq erqoкalsiferolun 0,025 miкroqramı qəbul edilmişdir.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Kanal D
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Smile! :D
Smile! :D (böyük hərflərlə) — ABŞ elektronika musiqisi prodüseri Porter Robinsonun üçüncü studiya albomu. 26 iyul 2024-cü ildə Mom + Pop Music tərəfindən buraxılıb.
Hemofiliya A
Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan polipeptiddir. Bu faktorun sintezinə X xromosomunda yerləşən X q 26 — q 28 geni tərəfindən nəzarət olunur. Hemofiliya A-nın geni 1984-cü ildə aşkarlanıb. Müəyyənləşdirilib ki, bu gen 25 intronlara bölünmüş 26 ekzondan ibarətdir.
Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi. Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır. Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
Jozeit A
Jozeit A — Sulfid sinfinə aid mineral. Mineral Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən təsdiq edilsə də, zəif müəyyən edilmiş növ olduğu üçün şübhəlidir. Rəngi gümüşü-ağ, hərdən əlvan dəyişkən rəngli, parıltısı metallikdir. Əyilgən mineral olan Jozeit A-nın Sərtliyi 2, xüsusi çəkisi isə 7,66–8,6-dır. Qızıl yataqlarında, qalayın qreyzen yatağında rast gəlir.