ACİR
AÇ GÖZLÜ
OBASTAN VİKİ
Dəniz sirlərini açır (film, 1968)
== Məzmun == Bu Azərbaycan EA Zoologiya İnstitutu əməkdaşlarının — planktonun həyatını öyrənən hidrobioloqların, ixtioloqların xeyirxah əməyi haqqında hekayədir. Filmdə əsas diqqət nərə balığının artırılmasına yönəldilmişdir. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə Riqada "İnsan və dəniz" devizi altında keçirilən kinofestival. Film diplom almışdır.
Dəyişdirici, açar
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Geniş açılmış gözlərlə (film, 2009)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Gevork Açemyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
HacıBayramlı Qurban Açıqsöz
Hacıbayramlı Qurban Açıqsöz (1894, Kosalı, Qarayazı rayonu – 1973, İzmit) — Qarayazı Müsavat Partiya təşkilatının rəhbəri sonrakı dövrlərdə Müsavatçı, Qarayazı gizli antisovet təşkilatının rəhbəri siyasi mühacir. == Sosial mənşəyi == Hacıbayramlı Qurban Mustafa oğlu 1894-cü ildə Tiflis quberniyası, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində, mülkədar ailəsində anadan olmuşdur. Hacıbayramlı Qurban Tiflis şəhərində rus dilində gimnaziyada və Cənubi Qafqaz Müəllimlər Seminariyasında təhsil almışdır. Vahid Ömərli Hacıbayramlı Qurban haqqında apardığı araşdırmalar əsasında yazaraq göstərir ki, o rusca gözəl bilən, böyük natiqlik qabiliyyətinə malik, demokratik düşüncəli şəxsiyyət olmuşdur. O, Qarayazıda Musavat partiyasının ideyalarının əsas təbliğatçısı və təşkilatçılarından olmuşdur. == 1921–1930-cu illərdə antisovet fəaliyyəti == Hacıbayramlı Qurban ağa Qarayazı gizli antisovet təşkilatına rəhbərlik etmişdir. Nağı Bayramlı imzası ilə 1936-cı ildə Varşavada dərc etdirdiyi məqalədə Nağı Hacıbayramlı Bayramgil göstərdi ki Qafqazda gizli təşkilatlar, partizanlar bolşeviklər tərəfindən Qafqaz respublikaları işğal edildikləri ilk günlərdən yaranmağa başlamışdır. O yazır, 1924-cü ildə Ümum Gürcüstan üzrə üsyan uğursuz başa çatdıqdan sonra Keyxosro Çolokaşvilnin polku Qarayazı gizli təşkilatının köməyi ilə mən də daxil olmaqla Türkiyəyə çıxa bildi. Dövlət Siyasi İdarəsi tərəfindən edilən bütün təklifləri Hacıbayramlı Qurban qəbul etməmiş kommunistlərə hər hansı bir ünsiyyətin qurulmasını doğru saymamışdır. Apardığı antisovet təbliğatına görə o bir neçə dəfə istintaqa cəlb edilmiş lakin rus dilində verdiyi aydın hüquqi tutumlu ifadələri ilə nəin ki günahkar olmadığını qarşı tərəfin ittihamlarını böhtandan və iftiradan başqa bir şey olmadığını göstərmişdir.
Hadisə Açıqgöz
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. == Məzmun == Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır.
Kütləvi Açıq Onlayn Kurs
Kütləvi açıq onlayn kurs (ing. Massive open online course) və ya açıq onlayn kurs dedikdə internet vasitəsilə təşkil olunan kurslar nəzərdə tutulur. Adətən videomühazirələr, fərqli yazılı dərs materialları və tapşırıqlar kimi ənənəvi kurs elementlərindən ibarət olur. Lakin zamanımızda bir çox kütləvi açıq onlayn kurslar tələbələr, professorlar və müəllim köməkçiləri (TA) arasında qarşılıqlı əlaqəni təmin etməkdən ötəri virtual forumlar və ya sosial media müzakirələri ilə müzakirələr, təcrübə mübadilələri də təşkil edirlər. Kütləvi açıq onlayn kurs distant təhsilin bir formasıdır. Qısa olaraq MOOC kəliməi ingilis dilində "massive open online course" yəni "kütləvi açıq onlayn kurs" deməkdir. Termin 2008-ci ildə ABŞ-də pulsuz, asanlıqla əldə edilə bilən, tamamilə onlayn kurslar üçün istifadə edilməyə başlamışdır. Hazırda Coursera, edX, FutureLearn və s. Kimi kütləvi açıq onlayn kursları dünyanın ən yaxşı universitetlərindən təhsil almaq imkanı yaradır. Kütləvi açıq onlayn kurslarda adətən qəbul kriteriyaları olmur.
Kəbənin açarları
Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[mənbə göstərin] Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir. Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb. Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Loreto Açaerandio
Loreto Açaerandio (13 sentyabr 1991, Madrid) — İspaniyanı təmsil edən bədii gimnast. Loreto Açaerandio, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Loreto Açaerandio, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sandra Aguilar Navarro, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Lidiya Redondo ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Milad bayramında açılan atəş (roman)
Mkrtiç Açemyan
Mkrtiç Açemyan (erm. Մկրտիչ Աճէմեան; 10 noyabr 1838, Konstantinopol – 28 avqust 1917, Konstantinopol) — erməni şairi, tərcüməçi, dramaturq və teatr xadimi. İstanbulun Ortköy rayonunda anadan olmuşdur və ibtidai təhsilini erli erməni məktəbində almışdır. Daha sonra Venesiyada, Murad Rafaelyanın erməni məktəbində oxudu və Gevond Alişanın rəhbərliyi altında öz ədəbi istedadını inkişaf etdirdi. 1858-ci ildə İstanbula qayıtdı və orada 1860-cı illərin sonundan mədəni, xüsusilə teatr sahəsində aktiv iştirak edirdi, pyesa və şeirlər yazırdı. Onun "Təbəssüm və göz yaşları" (erm. Ժպիտք և արտասունք) adlı poeziyasının birinci toplusu 1871-ci ildə dərc edilmişdi. Açemyanın yaradıcılığının əsas mahiyyəti sosial haqsızlığa qarşı etirazdan ibarətdir. Onun böyük şəhərdə çalışan ermənilərin ağır həyatını təsvir edən şeirləri məşhurluq qazanmışdılar. Açemyanın şeirləri dövri nəşrlərdə dərc edilirdilər və debütdən savayı daha sonra "İşıq və kölgələr" (erm.
Məlumatların açıqlanması
Məlumatların açıqlanması (ing. Information disclosure) — qiymətli kağızlar bazarında səhmdarlara, dövlət qurumlarına və qiymətli kağızlar bazarının digər iştirakçılarına maliyyə və iqtisadi vəziyyəti, görülən tədbirlər və digər məlumatları qanunvericiliyi və səhmdar cəmiyyətləri, qiymətli kağızlar bazarı haqqında qaydalar və qiymətli kağızların emissiyası. Səhmdar cəmiyyətləri iqtisadi təbiətinə görə nizamnamə kapitalı onsuz da şirkətin qurulduğu mərhələdə yerləşdirdikləri qiymətli kağızların - səhmlərin ödənilməsi yolu ilə formalaşan qiymətli kağızlar bazarının iştirakçılarıdır. Bütün səhmdar cəmiyyətlərindən uzaq səhmlər açıq qiymətli kağızlar bazarında (fond birjasında) sərbəst satıla bilsə də, qanuni mahiyyəti, özgəninkiləşdirmə proseduru, verdikləri hüquqlar, emitentlərin normal fəaliyyəti və qiymətli kağızlar bazarının digər iştirakçıları ilə normal münasibətlər qurması üçün zəruri şərtdir. məlumat verən şəffaflıq və açıqlıqdır. Bu məqsədlə, qanunla (və üstəlik, müqavilə və könüllü olaraq), emitentlər öz fəaliyyətləri barədə mütəmadi və tam məlumat verməyə borcludurlar; eyni zamanda, emitent fond bazarındakı fəaliyyətlərə nə qədər aktiv cəlb edərsə, verilən məlumatların sırası və həcmi o qədər yüksək olur. Məlumatların açıqlanması üçün ən böyük yük açıq bir abunə yolu ilə açıq kapital bazarında əlavə qiymətli kağızlar buraxan və birjaların kotirovka siyahısına daxil edilmiş səhmdar cəmiyyətlər tərəfindən götürülür. Məlumatların açıqlanması aşağıdakılar vasitəsilə həyata keçirilə bilər. Xəbər lentində, İnternetdə, mediada məlumatların yayımlanması Müvafiq dövlət orqanlarına məlumat göndərilməsi Emitentin səhmdarlarına, qiymətli kağızlar bazarı iştirakçılarına məlumat göndərilməsi Emitentin yerində və ya digər ünvanda saxlanılan məlumatlara girişin təmin edilməsi Məlumatların açıqlanması aşağıdakı formada aparılır: Şirkətin illik hesabatı Şirkətin illik / rüblük maliyyə hesabatları Rüblük hesabat Filialların siyahısı Ərizə və / və ya dövlət antiinhisar orqanının bildirişinə əlavə edilmiş məlumatlar Qiymətli kağızların buraxılması barədə qərar / hesabat Qiymətli kağızların prospekti (buraxılışı) Maddi fakt mesajları Qiymətli kağızların dəyərinə təsir göstərə biləcək məlumatlar haqqında mesajlar Emitentin öhdəliyi nöqteyi-nəzərindən məlumatların açıqlanması o tərəfindən həyata keçirilir: İmicini yaxşılaşdırmaq, səhmdarların, investorların və qiymətli kağızlar bazarındakı digər iştirakçıların inamını artırmaq və s. Müəyyən bir dairənin istəyi ilə könüllü olaraq Müəyyən korporativ hərəkətləri yerinə yetirərkən, müəyyən şərtlərin meydana gəlməsi məcburidir Mütəmadi (dövri) əsasda məcburidir Səhmdarların, dövlət qurumlarının, şirkətin auditorunun və s.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Naxçıvanbank Açıq Səhmdar Cəmiyyəti
Naxçıvanbank — "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF), 2010-cu ildən milli ödəniş sistemi "AZİPS"-in, 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in, 2012-ci ildən "Mastercard" beynəlxalq ödəniş sisteminin, 2015-ci ildən "VİSA" beynəlxalq ödəniş sisteminin üzvüdür. Bununla yanaşı "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2013-cü ildən "MONEX", 2018-ci ildən "UPT" və "Western Union" sürətli pul köçürmə sisteminə qoşulmuşdur. Naxçıvanbank Baş ofis, 7 filial, 3 mübadilə şöbəsi olmaqla ümumilikdə Naxçıvan MR və paytaxt Bakı şəhərində yerləşən 10 xidmət nöqtəsində öz müştərilərinə müxtəlif bank və maliyyə xidmətləri təqdim edir. Müşahidə şurasının sədri — Binnət Novruzov Müşahidə şurasının üzvü — Əsədulla İsgəndərov Müşahidə şurasının üzvü — Rüfət Məmmədov İdarə Heyətinin sədri v.m.i.e.
Nor Açin
Nor Açin — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.
Pulsuz və açıq mənbə proqram təminatı
Pulsuz və açıq mənbə proqram təminatı — (qısaca PAMPT) həm pulsuz proqram təminatı, həm də açıq mənbə proqram təminatı kompüter proqramı kimi təsnif edilə bilər.Beləliklə, əsər hər kəsin sərbəst surətdə köçürə, işində istifadə edə və istənilən şəkildə dəyişdirə biləcəyi lisenziyaya çevrilir; insanlar könüllü proqram qruplarını inkişaf etdirməyə təşviq edilir və mənbə kodu açıq şəkildə paylaşılır. PAMPT-ın istifadəsi; O, istifadəçilərə aparatları üzərində daha çox nəzarət, eləcə də artan təhlükəsizlik və sabitlik (xüsusilə zərərli proqram baxımından), məxfiliyin qorunması, o cümlədən proqram təminatı xərclərinin azaldılmasını təmin edir. Linux və OpenBSD kimi pulsuz və açıq mənbəli əməliyyat sistemləri bu gün milyonlarla serverdə, stolüstü kompüterlərdə, smartfonlarda (Google Android kimi) və digər cihazlarda geniş şəkildə istifadə olunur. Bundan əlavə, Pulsuz proqram lisenziyaları və açıq mənbə lisenziyaları bir çox proqram paketləri tərəfindən istifadə olunur. 1950, 1960 və 1970-ci illərdə pulsuz proqram təminatının verdiyi azadlıqlar kompüter istifadəçiləri üçün daha çox yayılmışdı. Proqram təminatı, o cümlədən mənbə kodu kompüter istifadəçiləri arasında geniş şəkildə paylaşıldı. Əksər şirkətlər pulsuz proqram təminatını təmin edən aparat əsaslı biznes modeli var idi. Daha sonra bu təşkilatların proqram mübadiləsini asanlaşdırmaq üçün bəzi təchizatçılar yaradılmışdır; nümunələr üçün SHARE və DECUS-a baxın. 1960-cı illərin sonlarında proqram təminatı ətrafında dominant biznes modeli indi dəyişirdi. Böyüməkdə olan və inkişaf etməkdə olan proqram təminatı sənayesində bu yeni şirkətlər aparat istehsalçısının qablaşdırılmış proqram məhsulları ilə rəqabət aparmaq əvəzinə, proqram təminatı hazırlayır və onu birbaşa satır, avadanlıq gəlirlərinin maliyyələşdirilməsindən daha çox gəlir əldə edirdi.
Qacaranın açarı
"Qacaranın açarı" abidəsi (yerli azərbaycanlılar tərəfindən: Ayı heykəli; erm. Քաջարանի բանալի) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin Qafan və Qacaran şəhərlərini birləşdirən avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində yerləşən abidə. 1966-cı ildə Qafan-Qacaran avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində ucaldılan abidənin müəllifi heykəltaraş Marat Nuricanyandır. Abidə respublika əhəmiyyətli olub, Qafanın tarixi-mədəni daşınmaz abidələri siyahısındadır. Oxçuçayın sahilində qaya üzərində yerləşmiş ağzında açar tutan ayı heykəli bərəkətli Zəngəzur torpaqlarını və onun uğrunda döyüşmüş zəngəzurluları simvolizə edir. Azərbaycanlı yerli sakinlər tərəfindən də "Ayı heykəli" adıyla tanınan abidə Qafan şəhərinin əsas simvollarından biridir.
Roma - açıq şəhər (film, 1945)
Roma — açıq şəhər (it. Roma città aperta) — 1945-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş neorealizm dramatik filmdir. Filmin mövzusunu İkinci dünya müharibəsinin sonlarına yaxın, 1944-cü ildə Nasist Almaniyası hakimiyyəti altında Roma şəhərində yaşayan bir qrup insanların hekayəsi təşkil edir. Gestapo Nasist Almanlara qarşı hərəkatın başçısı Corcio Manfredi olur.Bu səbəbdən hərəkatı yatırtmaq üçün Gestapo Corcionun axtarışına çıxır.Yaxın dostları olan Françesko, Françeskonun dul nişanlısı Pina və onları evləndirməyə hazırlaşan rahib Don Pietro onun Roma şəhərindən qaçması üçün köməklik göstərirlər.Lakin bu plan baş tutmur. Gestapo artıq onları tutmağa hazırlaşır. Corcio Manfredi və Françesko Corcionun sevgilisi Marinanın binasından qalırlar.Marina isə narkotik əvəzində onları Gestapoya təslim edir. Corcio və onun dostları həbsə düşür. Gestapo Corcioya çox ağır cəzalar verməyə başlayır. Corcio cəzalara dözməyərək ölür. Rahib Don Petro isə uşaqlarının qabağında güllələnir.
Sabah açılacaq, yoxsa yox? (film, 2003)
Sabah açılacaq yoxsa yox? (orijinal adı «Kal Ho Naa Ho»),hind dilində : कल हो ना हो,urdu dilində :کل ہو نہ ہو) adı belədir. Hind kinosudur 2003-cü ildə ABŞ-nin böyük şəhərlərindən biri olan Nyu-Yorkda çəkilmişdir. Neyna Katrina Kapur(Priti Zinta) qəmgin,qaraqabaq qızdır amma onun belə olmağına səbəbdə var. Onun atasına ehtiyacı olan vaxtlarda atası özünü öldürmüşdü. Atası öz həyat yoldaşı Ceneferi (Caya Baççan) uşaqlarını tək böyütmək məcburiyyətində qoymuşdu. Ceneferin bir restoranı var idi,demek olarki o restoran heç işləmirdi. Bundan başqa Neynanın nənəsidə Ceneferi ərinin ölümündə günahlandırır. Neyna hər gün evdə ancaq dava-dalaş görürdü,onun yeganə sevinci MBA kursları idi, hansıki o burda ən yaxın dostu Ruhitlə (Saif Ali Xan) tanış olacaq. Elə bu aralarda onların qonşuluğuna Aman Mathur ( Şahruk Xan ) köçür və hər şey dəyişir.
Simon Açıqgözyan
Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməniəsilli hərbi komandir. Azərbaycanda terrorçu, Ermənistanda milli qəhrəman hesab olunur. Xidmətlərinə görə Ermənistanda Qəhrəman medalı ilə təltif olunmuşdur. Açıqgözyan 1939-cu ilin 6 fevral tarixində Rumıniyanın Qalati şəhərində anadan olmuşdur. Valideynləri Hovannes və Siranuş əslən Osmanlı imperiyasından idi. 1946-cı ildə Açikgyozyan ailəsi Ermənistan Sovet Sosialist Respublikasına mühaciət edir. Simon 1960-cı ildə İrəvan Dövlət Universitetində mühəndis-geoloq ixtisası üzrə məzun olur. 1961–1990-cı illər ərzində Ermənistan Milli Elmlər Akademiyasının Geologiya institutunda işləmişdir. Ermənistanın mineral ehtiyatlı ilə bağlı bir necə əsərin müəllifidir.