Bu rusca крыжовник sözünün bizdəki qarşılığıdır. “Rusca-azərbaycanca lüğət”in II cildi крыжовник sözünün tərcüməsini verə bilməmiş, yalnız onu şərh etmişdir. İndi qarağat sözünü işlədirik. Qabaqlar qızılğat (облепиха) və ağğat sözümüz də olub. -ğat “giləmeyvə” deməkdir. Anadolu türkləri ağğat əvəzinə, bəktaşi üzümü ifadəsini işlədirlər. Ağğat sözünün əsl mənası “ağ qarağat” deməkdir. Qara, ağ və qırmızı rəngdə olması ilə bağlı eyni fəsiləyə daxil olan giləmeyvə qarağat, ağğat və qızılğat şəklində adlandırılmışdır.