Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boğaz
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Boğaz (Coğrafiya)
Boğaz – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi. Boğazlar okeanları (Magellan boğazı, Dreyk boğazı), dənizləri (Bosfor, Dardanel), dənizlə okeanı (La-Manş, Cəbəllütariq boğazı), okean və dənizlərin ayrı-ayrı hissələrini (Mozambik boğazı, Kattegat) birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyəti var. İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı). ASE, II cild, 1978, səh. 216.
Boğaz seksi
Boğaz seksi — cinsi əlaqənin bir növü. Oral olaraq edilir. Bu seks növü Fellationun bir versiyasıdır. Termin ereksiya halında olan penisin digər cinsi partnyorun ağız nahiyəsindən boğazına qədər məcburi bir formada salınması ilə baş tutan cinsi əlaqə növü üçün istifadə edilir. Bəzən oral və yaxud da anal əlaqə yerinə yalnız bu üsulla qarşı tərəfin orqazmına qədər bu proses davam etdirilir. Boğaz seksində ereksiya halında olan penisin boğazın arxasına çatması üçün kifayət qədər uzun olması vacibdir. Olduqca çətin seks növü olan dərin boğaz seksində (deep throat) bəzi insanlar öyümə refleksi verə bilir, bəziləri isə qarşısındakı cinsi partnyorunun orqazmına qədər penis başını əmərək bu formada bu seks növünü həyata keçirirlər . Əlaqə digər seks pozaları ilə davam etdirilə bilər. Boğaz seksi 69 seks pozasında da davam etdirilə bilər. Ümumiyyətlə, boğaz seksi üzərində edilən şəxs nəzarətdə olur və boğaz seksi etdirən şəxsi öz istəyi ilə istiqamətləndirir.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Boğaz (Qars)
Boğaz — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 253 nəfərdir (2022).
Boğaz (dəqiqləşdirmə)
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Bell-Ayl (boğaz)
Bell-Ayl boğazı (ing. Strait of Belle Isle, fr. détroit de Belle Isle) - Kanadanın şərqində Labrador yarımadasını Nyufaundlend adasından ayırır. Müqəddəs Lavrentiya körfəzini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu ortalama 125 km, eni 15–60 km, orta eni 18 km təşkil edir.
Ekvatorial keçidi (boğaz)
Ekvatorial keçidi — Maldiv adaları arasında yerləşən Suradiv və Addu atolları arasında yerləşir. Adı ekvator xətti üzərində yerləşməsi ilə əlaqədardır. Qədim fransız xəritələrində "Courant de Addoue" adlanır. Maldiv dilində isə Addu-Kandu adlandırılır. Eni 85 km, dərinliyi 2421 m təşkil edir. Boğaz ərazisində axınlar qışda qərbə, yayda isə şərqə istiqamətlənir. Axının sürəti 2 km/s təşkil edir. Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir. Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir.
Uels Şahzadəsi (boğaz)
Uels Şahzadəsi (boğaz) ing. Prince of Wales Strait - Kanada Arktik arxipelaqına daxil olan Banks adasını Viktoriya (ada)sından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Vaykaunt-Melvill boğazı, Barrou boğazı və Lankaster boğazı keçidin əsasını təşkil edir. Bofort dənizini Amudsen körfəzi (cənub qərb), şimal-qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşdirir. Uzunluğu 275 km, orta eni 16 km, ən dar yerdə 10,5 km, dərinliyi 160 m təşkil edir. Qütb dairəsi daxilində yerləşdiyindən ilin böyük qismi buzla örtülü olur. Boğazı ilk dəfə Robert Mak-Klur 1850-ci ildə keçmiş və onu Albert Eduardın şərəfinə Uels Şahzadəsi adlandırmışdır.
Babülməndəb boğazı
Babül-Məndəb boğazı (ərəb. باب المندب‎ Babül-məndəb — kədər, göz yaşı darvazası) — Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğaz. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, Ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.
Bali boğazı
Bali boğazı (ind. Selat Bali) — Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir. Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır. Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27–28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir.
Baltik boğazı
Baltik boğazı (rus. Валтийский пролив, alm. Pillauer-Tief‎) - Rusiyanın ucqar qərb qutaracağında yerləşən Kalininqrad vilayəti ərazisinə daxildir. Baltik dənizini Kalininqrad körfəzi ilə birləşdirir və Pillau yarımadasını Baltik burnundan ayırır. Baltiysk rayonu ərazisində daxildir. Eni 0,4 km, uzunluğu 2 km, dərinliyi 12 m təşkil edir. Ərazidə ilk boğaz 1337-ci ildə meydana gəlsə də bir müddət sonra qumla örtülür. 1497-ci ildə fırtına səbəbindən yeni boğaz əmələ gəlir. Ancaq boğaz yenidən qumla örtülür. 1510-cu ildə güclü fırtına nəticəsində boğaz formalaşır.
Blanc boğazı
Blanc boğazı (ing. Lengo Channel) — Solomon adalarının Qərb vilayyəti ərazisinə daxildir. Yeni Georgiya aid olan Şimaldan Vangunu və cənubdan isə Rendova və Teterpare adaları arasında yerləşir. Solomon dənizi akvatoriyasına aiddir.
Blaqoveşenski boğazı
Blaqoveşenski boğazı (rus. Пролив Благовещенский) -Şimal Buzlu okeanında yerləşən Şərqi Sibir dənizi akvatoriyasına daxil olan Faddeevski adasını Kotelnı adasından ayırır. Boğaz Yeni Sibir adalarına daxil adaları ayırır. 10 ay ərzində buzla örtülü olur və naviqasiyaya mane olur. Boğazı 1809 - 1811-ci illərdə Matvey Matveeviç Qedenştrom tətqiq etmişdir.
Bləkett boğazı
Bləkett boğazı (ing. Blackett Strait) - Kolonbanqora adasını şimaldan Arimdel və Qizo adalarını ayırır. Nyu-Corciya arxipelaqına daxil adaları ayırır. Qərbdə Belya körfəzi ilə, şərqdə isə Kula körfəzi ilə əhatələnir. Boğazın bəzi yerlərində rif adaları ilə əhatələnir. Şimal hissədə Arundel və Vonavona adaları yerləşir. Ən enli yeri, 5,5 km, ən dar yeri isə 0,9 km təşkil edir. İkinci Dünya Müharibəsində Yapon və ABŞ hərbi gəmilərinin əsas döyüş yerlərindən biri olmuşdur.
Bransfild boğazı
Bransfild boğazı Argentinalılar boğazı isp. Mar de la Flota adlandırılar. Boğazın uzunluğu 300 km (200 mil), eni isə 100 km (60 mil) təşkil edir. Boğaz Cənubi Şetland adalarını Antarktik yarımadasından ayırır. Bu adı bura 1825-ci ildə Ceyms Ueddell vermişdir. Belə ki Şetland adalarını 1820-ci ildə tətqiq etmiş Edvard Bransfildın şərəfinə vermişdir. O kral donanmasının kapitanı olmuşdur. Boğazın ortasında rif dərələri vardır. Onun uzunluğu 200 km, dərinliyi isə 2 km təşkil edir. Rif dərələrının yaranması 4 millyon il bundan öncə yaranmışdır.
Britaniya boğazı
Britaniya boğazı — Rusiyanın Arxangelsk vilayətinə daxil olan olan Frans-İosif Torpağı arxipelaqında, Barens dənizinin şimal-şərqində yerləşən boğaz. Şərqdən Quker, Kyoltiş və Luici adaları ilə qərbdən Qeorq Torpağını və cənubdan isə Bryus adasını ayırır. Cənubda De Bruyne boğazları (Quker və Bryus adaları arasında) və Naytinqeyl (Bryusvə və Qeorq adaları arasında) vasitəsilə Barens dənizinə qoşulur. Şimalda Şimal Buzlu okeanının açıq sahəsinə açılır. Boğazdakı ən böyük dərinlik Kyoltiş və Qeorq Torpağı adaları arasındakı ərazidə 522 m-dir. Boğaz Frans İosef Torpağı arxipelağının qərb və mərkəzi hissələri arasındakı su hövzəsidir.
Cakao boğazı
Cakao boğazı — Sakit okeanın Karonados və Ankud körfəzlərini birləşdirir. Ciloe adasını materikdən (Çili) ayırır. Parqua şəhəri və materik arasında bərə fəaliyyət göstərir. Boğazın uzunluğu 26 km-ə yaxındır, eni 1,852 (şərq), 4,65 km (qərb) təşkil edir. Sahilləri uca və sıldırımlıdır. Ölkənin 200 illiyi münasibət ilə əlaqədar körpü (2635) inşa edilməsi planlaşdırılır. Boğazın dərinliyi çox iri gəmilərin fəaliyyətinə imkan verir. Fevral-aprel ayları ərazidə güclü dumanlar müşahidə edilir. Güclü axınlarda naviqasiyaya müəyyən maneələr törədir. Boğaz daxilində Donya-Sebastyan, Korinos və Lakao adaları vardır.
Celliko boğazı
Celliko boğazı (ing. Jellicoe Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Kolvill boğazı və Kredok boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Celliko boğazı Okslend yarımadasını Little-Barrier adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 150 km, uzunluğu isə 30 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Cohor boğazı
Cohor boğazı — Cənub Şərqi Asiya bölgəsində Sinqapur adasını (cənub), Malayziyanın Cohor vilayətindən ayırır. Vilayəti Sinqapurla birləşdirən damba tipli körpü inşa edilmişdir. Bu da boğazı iki hissəyə ayırır. Üstəlik əlavə körpü də fəaliyyət göstərir. Gələcəkdə dambanın körpü ilə əvəzlənməsi planlaşdırılır. Cənubi Çin dənizini Hind okeanı ilə birləşdirir.
Conqar boğazı
Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Cons boğazı
Cons boğazı ing. Jones Sound, fr. Detroit de Jones- Kanadanın şimalında Nunavut əyalətinin ərazisində yerləşir. Boğaz Devon və Elsmir adaları arasında yerləşir. Baffin dənizi ilə Norveç körfəzini birləşdirir. Onu ilk dəfə keçən və öyrənən avropalı Vilyam Baffin olmuşdur. İlk dəfə 1616-cı ildə onun tərəfindən keçirilib. Boğazı keçən növbəti avropalı Cons Ross (1818-ci il) olur.
Dərin boğaz (film, 1972)
Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur. Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır. Cinsi problemləri olan qadın (Linda Lavleys, Linda personajını canlandırır) dostu Helendən (Dolly Sharp) kömək istəyir, o da öz növbəsində, Lindaya həkimə müraciət etməyi məsləhət görür. Həkim (Harri Reems) Lindanın klitorunun boğazında olduğunu görür. Daha sonra Linda evlənəcəyi kişini tapana qədər xüsusi oral seks (filmin adı da buradan götürülmüşdür) texnikasını tətbiq edir.
Ağ dənizinin boğazı
Ağ dənizin boğazı (rus. Горло Белого моря) - Şimal Buzlu okeanında Kola yarımadasını materikdən ayırır. Ağ dəniz ilə Barens dənizini birləşdirir. Uzunluğu 160 km, eni 46–93 km, dərinliyi 130 m təşkil edir. Boğazda Sosnoves adası yerləşir. Barens dənizinin girəcək hissəsində Morjovrs adası mövqe tutur. Sahillərində Krasnıy, Babıy Nos, Nikodinskiy (Kola yarımadası), Voronov, Olennıy Nos, Meqorskiy Nos, İnsi, Medvejıy burnuları vardır. Zimnıy sahilləri hündür və parçalıdır. Qışda müəyyən müddətə buzla örtülü olur. Ərazidə Qrenlandiya suitisi, dəniz balıqları vardır.
Babül-Məndəb boğazı
Babül-Məndəb boğazı (ərəb. باب المندب‎ Babül-məndəb — kədər, göz yaşı darvazası) — Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğaz. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, Ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.
Beşinci Kuril boğazı
Beşinci Kuril boğazı — Sakit okeanda yerləşən boğaz. Onekotan və Makanruşi adalarını ayırır. Boğazın eni 28 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Bəzən Yevreinov boğazı olaraq adlandırılır. Bu ad isə rus dəniz geodeziyaçısı və səyahətçisi İvan Mixayloviç Yevreinovun şərəfinə verilmişdir.
Boka-de-la-Serpe boğazı
Boka-de-la-Serpe boğaz — Trinidad və Tabaqonun cənub-qərbində yerləşən Hikakos burnu ilə Venesuellanın şimal sahillərini ayırır. Boğaz həm də Atlantik okeanı ilə Pariya köefəzini birləşdirir. Boğazın uzunluğu 14 km-dir (8,7 mil). Boğaz Xristofor Kolumbun üçüncü səfəri zamanı onun şərəfinə adlandırılmışdır.
D'Antrkasto boğazı
D'Antrkasto boğazı (ing. D'Entrecasteaux Channel) — Tasmaniya adasının cənub-şərqində, Bruni adası ilə Tasmaniya adaları arasında yerləşir. Bruni adası kimi boğazda fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkastonun şərəfinə adlandırılmışdır. Holladiyalı səyyah Abel Tasman özünün 1642-ci ildə həyata keçirdiyi ekspedisiyası zamanı boğaza daxil olsa da onu körfəz zənn etmişdir. Boğaz 1792-cı ildə fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkasto tərəfindən daha ətraflı araşdırılır. Boğazın şimalında Deruent və Storm çaylarının töküldüyü yerdə estuari əmələ gətirir. Cənub qurtaracağında Xuyon çayının estuarisi vardır və buradan isə Tasman dənizinə çıxır. Boğazın uzunluğu 55 km təşkil edir. D'Antrkasto boğazında bir çox adalar vardır: Partridj, Hyuon, Satellayt, Grin, Skeyk və s. Hyuon çayının estuarisində bir sıra yaşayış məntəqələri vardır.
Dampir boğazı
Dampir boğazı ing. Dampier Strait — Sakit okeanda yerləşən Umboy və Yeni Britaniya adalarını ayıran boğaz. Bismark dənizi və Solomon dənizini birləşdirir. Boğaza bu ad buradan üzüb keçən ilk avropalı Britaniya səyyahı Vilyam Dampirin şərəfinə verilmişdir. Bu hadisə 1700-cü ildə baş verib. Boğazın uzunluğu 50 km, eni isə 24 km təşkil edir. 1884-cü ildə Yeni Qvineya adasının 141 dərəcədə şərqdə yerləşən ərazilər Almaniya İmperiyasının nəzarətinə keçir. Şərqdəki holland koloniyası və Dampir boğazı sərhəd olur. Birinci Dünya müharibəsində 1914-cü ildə Avstraliya ordusu bölgəni işğal edir. Versal sülh müqaviləsinə əsasən ərazi Millətlər Liqasının mandatı altında Avstraliyanın tabeçiliyinə verilir.
Dampir boğazı (İndoneziya)
Dampier boğazı (ind. Selat Dampir) — İndoneziyanın Qərbi Papua vilayətində, Raja Ampat adaları, Vayqeo və Batanta adalarını ayırır. Boğazın eni 57 km-dir. Boğaz Britaniya səyyahı Uilyam Dampirin şərəfinə adlandırılmışdır.
Danimark boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Danimarka boğazları
Danimarka boğazları — Skandinaviya və Yutlandiya yarımadaları arasındakı boğazlar sistemi. Kəmərlər sisteminə daxildir: Kiçik Kəmər (ən dar yeri 0,5 km), Böyük Kəmər (3,7 km), Öresund (10,5 km), Kattegat (60 km) və Skagerrak (110 km). Danimarka Boğazlar Baltik dənizinin limanlarını Dünya okeanının limanları ilə birləşdirən əsas dəniz yoludur.
Danimarka boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Dis boğazı
Dis boğazı ing. Dease Strait -Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Viktoriya (ada)sını (şimal) Kend yarımadasını (cənub) ayırır. Kanadanın şimal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Qərbdə Kuin-Mod körfəzi ilə şərqdə Voroneysen körfəzini birləşdirir. Boğazın maksimum eni 62 km, ən dar yerdə eni isə 19 km təşkil edir. Uzunluğu 160 km-dir. Boğaz daxilində 4-5 kiçik adalar istisna olmaqla böyük adalar yoxdur. Qütb dairəsi daxilində yerləşməsi onun ilin böyük qismi buzla örtülü olmasına səbəb olur. Buzdan yalnız iyulun üçüncü həftəsi azad olur və avqustun əvvəllərinə kimi davam edir. Sentyabrın sonu oktyabrın əvvəlləri yenidən buzla örtülür.
Dmitri Laptev boğazı
Dmitri Laptev boğazı (rus. Дмитрий Лаптев ) -Böyük Lyaxovski adasını Avrasiya materikindən ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizi ilə Laptevlər dənizini birləşdirir. Boğazın uzunluğu 115 km, eni 50–61 km, dərinliyi 11–16 m təşkil edir. Sahilləri dayazdır. İlin böyük qismi buzla örtülü olur. Cənubunda (Svyatoy Nos burnu və Kondrateva çayı hövzəsi) bereq Oyoqos-Yar adlanır. Boğaz Dmitri Yakoviç Laptevin şərəfinə adlandırılmışdır. Boğaz 1740-cı ildə kəşf edilir. XIX əsrə qədər boğaz daxilində Diomid adası vardı.
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır. "Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.