Limodorum abortivum
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur.