Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abriz (Bostanabad)
Əbriz (fars. ابريز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Bostanabad qəsəbəsindən 7 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.324 nəfər yaşayır (278 ailə).
Abrizəgan bayramı
Abrizəgan — Zərdüşt festivalı. Azərbaycanda da tarixən qeyd edilib. == Tarixi == Tarixi qaynaqlardan məlum olur ki, Azərbaycanda Abrizəgan bayramı adlı su bayramı olmuşdur. Bir sıra xalq bayramları kimi bu bayramın da tarixi çox-çox qədimlərə aid edilir. Əfsanəyə görə o, Yer üzündə suların yaranması və yeddi-illik quraqlıq illərindən sonra yağmış leysan yağışın şəninə keçirilirdi. Qədim "Avesta təqvimi"nə görə, bayram ilin dördüncü ayı olan tir ayının 30-da (17-18 iyul) qeyd olunurdu. == İcrası == Məlumdur ki, yay fəslinin başlanması ilə istilər get-gedə şiddətlənir, əkin sahələri daha çox su tələb edir. Məhz bu dövrdə ümidini yağışa bağlayan əkinçilər su bayramı Abrizəgan bayramı keçirirmişlər. Bu vaxt ilk növbədə yağışın süni əlamətlərini yaratmağa səy göstərirdilər. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi.
Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011) — Azərbaycan şairi. == Həyatı == Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb. Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Carolina Abril
Karolina Abril (isp. Carolina Abril; 19 iyul 1992, Santa-Krus-de-Tenerife) — İspaniya pornoaktrisası və internet yayımçısı. == Həyatı və fəaliyyəti == 19 iyul 1992-ci ildə Santa-Krus-de-Tenerifedə anadan olub. İlk dəfə pornoqrafiya sənayesinə 18 yaşında getdiyi kastinqlə başlayıb. O, həmçinin pornofilm prodüseri "Torbe"nin "Putalocura" veb-səhifəsində də çalışıb.
Karolina Abril
Karolina Abril (isp. Carolina Abril; 19 iyul 1992, Santa-Krus-de-Tenerife) — İspaniya pornoaktrisası və internet yayımçısı. == Həyatı və fəaliyyəti == 19 iyul 1992-ci ildə Santa-Krus-de-Tenerifedə anadan olub. İlk dəfə pornoqrafiya sənayesinə 18 yaşında getdiyi kastinqlə başlayıb. O, həmçinin pornofilm prodüseri "Torbe"nin "Putalocura" veb-səhifəsində də çalışıb.
Ariz Məhərrəmov
Cibal Bariz eli
Cibal Bariz eli və ya Bariz eli — İranın Kirman ostanının fars dilli ellərindəndir. == Tarxçəsi == İlk dəfə bu xalqın adı "Karnameye Ərdəşire Babəkan" adlı kitabda Barizan şəklində gəlibdir. İbni Əsir "Əlnəhayət Fi Qərib əl-Hədis vəl Əsər" kitabında Barizlərə görə deyib, Bariz Kirmanda dağlıq bir məntəqədir və Bariz xalqı ki bəzi rivayətlərə görə kürdlərdəndirlər, adların bu məntəqənin adından alıblar. Əfzələddin Əbuhamid Əhməd bin Əhməd Kirmani "Əqdüləla" kitabında Ciruft-Bəm arasında "Barican" adlı dağdan ad aparır, tarixçilərə görə Cibal Bariz əhalisinin əksəri kürd idilər və sonra digər yerlərədə mühacirət ediblər. Bir qismi İraqın şimalına mühacirət edib və Barizan adlanırlar.
Abrıx
Abrıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı kəndindən yaranmış yaşayış məntəqəsidir. IX əsr ərəb coğrafiyaşünaslarının yazdığına görə, Beyləqanda (bu şəhərin xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuşdur. Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları) dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər. Mənbələr Bizansda da Abrik adlı şəhərin mövcudluğundan xəbər verir. Azərbaycan dilinin dialekt və şivələrində avırıx/avruğ "çay qırağında olan qamışlıq, çubuq" deməkdir. Türk dilində avrık "hörülmüş, sarınmış, bağlanmış" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamışdan hörülmüş qala" kimi izah oluna bilər. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Aqrız
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Abram Abkin
Abram Davıdoviç Abkin (rus. Абрам Давыдович Абкин; 20 yanvar (2 fevral) 1903, Polotsk, Vitebsk quberniyası[d] – 19 fevral 1983, Moskva) — SSRİ fiziki kimyaçısı. == Bioqrafiya == Abram Davıdoviç Abkin 1928-ci ildə Kazan Universitetini bitirmiş, L. İ. Karpov adına Fiziki-Kimya İnstitutuna dəvət olunmuşdur O, ömrünün sonuna kimi burada çalışmışdır. Abkin 1952-ci ildə kimya elmləri doktoru, 1974-cü ildə Rusiyanın əməkdar elm xadimi olmuşdur. Onun əsas əsərləri polimerləşmə proseslərinin mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 1951-ci illdə kopolimerləşmənin kəmiyyət nəzəriyyəsini işləyib hazırlamış, sonra poliakrilamid əldə etmək üçün orijinal üsul yaratmışdır. Abkin 1980-ci ildə fotosensibilizasiya edilmiş polimerləşməni kəşf etmişdir. O, həmin il "Lenin" mükafatına layiq görülmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === под ред. В. И. Кузнецова, redaktorАбкин Абрам Давыдович // Выдающиеся химики мира: биографический справочник.
Aritz Aduriz
Artiz Aduliz Zubeya (11 fevral 1981[…], San-Sebastian, Basklar ölkəsi) — Son olaraq La Liqa klubu olan Atletik Bilbao klubunda çıxış edib . Burada Hücumçu kimi çıxış edib. Eyni Zamanda İspaniya milli futbol komandasının da hücumçusu kimi boy göstərib .
Abrıx bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abaris
Abaris və ya abarid (q.yun. Ἄβαρις Ὑπερβόρειος) — qədim yunan mifologiyasında Apollonun kahini. Skifiya və ya Hiperboreya ölkəsindəndir. Rəvayətə görə, o, yemək yemədən yaşamış və Apollonun ona verdiyi sehrli oxun üzərində uçmuşdur. O, bütün Yunanıstanı gəzmiş, bir sözlə xəstəlikləri sağaltmış, yemək yemədən yaşamış, Spartada tüğyan edən vəbanın qarşısını almışdır. Pifaqorçular Abarisə "Havada gəzən" deyirdilər. Bu mifik qəhrəmanın adını Herodot, Platon, Siciliyalı Diodor çəkir. == İstinadlar == == Xarici keçidlər == Ἄβαρις // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av — "ov" və çit — " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Aberia
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır. == Sinonimləri == === Heterotipik sinonimləri === Aberia Hochst. Ateleste Sond.
Abgəz
Abgəz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Toponimikası == Abgəz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. Toponim fars dilində "su" mənasında işlənən ab sözü ilə Azərbaycan dilində "aşırım", "dağ qılıcında nazik yer", "gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək" mənasında işlənən gəz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun Qaysa kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Abnik
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Abvil
Abvil — Fransanın şimalında şəhərdir. Somma departamentinin məxsusdur. Pont əyalətinin keçmiş mərkəzidir. O-de-Frans regionunda yerləşir. Somma çayı ilə La-Manş körfəzi arasında dəniz limanı bu şəhərdə yerləşir. Əhalisi 23559 nəfərdir (2014). == Coğrafiyası == Abvil Amyen şəhərindən 45 km, La-Manş körfəzindən isə 20 km aralıda yerləşir. Şəhərin şimalında Avropanın ən əsas magitral yolu A16 keçir. == Tarixi == Şəhər XIX əsrdə yaradılmışdır.Əvvəl Sen-Rike sonra isə Pont əyalətinə daxil olub. == İqtisadiyyatı == Əsas dəmir yolu mərkəzidir.
Afrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi..
Abrek
Abrek (ləzg. гъабрикI) — Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə aparan şəxs. Abreklər sadə insanların zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Əsasən dağlarda, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar. == Etimologiya == "Abrek" sözü iki hissəyə bölünür. Ab (ləzg. гъаб) yəni bir ovuc və ürək mənasında istifadə olunan rek (ləzg. рикI), bu söz ürəkli yənı cəsur kimi tərcümə edilə bilər. == Məşhur abreklər == == Qeydlər == == Ədəbiyyat == Малая Советская Энциклопедия. Том первый.
Afriq
Afriq (IV əsr – IV əsr) — Xarəzmin Afriqilər sülaləsinin qurucusu. Onun Katda paytaxtının yaxınlığında Fil və ya Fir kimi tanınan bir qala tikdiyi qeyd edilmişdir. Onun haqqında çox şey məlum deyil. Sonra onun yerinə oğlu Bəqrə keçmişdir. == İstinadlar == Bosworth, C. E. ĀL-E AFRĪḠ // Encyclopaedia Iranica, Vol. I, Fasc. 7. 1984. 743–745. İstifadə tarixi: 9 May 2021.
Acris
Sisəy ağacqurbağası (lat. Acris) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Abdır
Abdır — Olduqca duzlu göl. Şoranlıq Rusiyanın Həştərxan vilayəti, Hərimanov rayonunun şərqində, Volqa kənd sovetliyində yerləşir. Volqa çayının sahilində, Həştərxan şəhərindən şimalda təpəli çöllükdədir. == Adı == Həştərxan vilayətində ən çox yayılan toponimlər türk və monqollarla əlaqəlidir.Bu səbəbdən də abdıır termini monqol-türk sözü alacıqda istifadə olunana sandıqla əlaqədardır. == Fiziki-coğrafi xüsusiyyətləri == rusiya imperiyasının coğrafi-statistika lüğətinə görə gölün parametrləri: uzunluğu 135 sajen (təqribi 290 m), eni 40 sajen (təqribi 85 m), çevrəsi 430 sajen (təqribi 920 m), duz qatının qalınlığı yarım verşok (7 sm qədər). Əvvəllər buradan mirabilit çıxarılırdı ki, onuda şüşə və soda istehsalında istifadə edirdilər. Mirabilit ilin fəsillərindən asılı olaraq gölün suyunun 5 % - 20 % arasında dəyişirdi. 1855-ci ildə istehsal 386 t olmuşdur. əvvəllər olduqca duzlu göl olmuşdur. Göl yaxınlığından 1941-42-ci illərdə Həştərxan müdafiə xətti keçirdi.