Abs.

Abk. für 1. Absender, der; -s; göndərən; 2. Absatz, der;-es;-¨e paraqraf, bənd
Abrüstungsverhandlungen
absacken
OBASTAN VİKİ
ABS
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu. Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtmobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir.
ABS-CBN
ABS-CBN — televiziya kanalı. ABS-CBN — şirkət.
Denni Abs
Denni Abs (ing. Dannie Abse; 22 sentyabr 1923, Kardiff – 28 sentyabr 2014, London) — uelsli ingilis şair, romançı, dramaturq. Denni Abs Uelsin Kardiff şəhərində anadan olmuşdu. Atası Rudolf Abs Cənubi Uelsdəki bir neçə kinoteatrın sahibi idi. Həmçinin Denni Abs siyasətçi Leo Abs və tanınmış, peşəkar psixoanalist Uilfred Absın kiçik qardaşıdır. Denni Abs tibb təhsilini əvvəlcə Uels Kollecində, daha sonra London Kral Kollecində almışdı. Uşaqlıqdan "Cardiff City" futbol klubunun pərəstişkarı olan Denni Abs gələcəkdə ədəbi işində də bunu əks etdirmiş, həmçinin özü də idmanla fəal məşğul olmuşdu. Denni Abs 30 ildən çox bir müddətdə şeir yaradıcılığını tibb təcrübəsi ilə birləşdirmişdi. İlk nəşri olan "After Every Green Thing" 1949-cu ildə çap olunmuşdu. Habelə onun 1954-cü ildə "Ash on a Young Man's Sleeve" adlı avtobioqrafik əsəri nəşr olunmuşdu.
ABS-CBN (televiziya kanalı)
ABS-CBN – mənzil-qərargahı Quezon City-də yerləşən ABS-CBN Corporation şirkətinə məxsus bir Filippin ticarət televiziya kanalıdır. Kanal 23 oktyabr 1953-cü ildə istifadəyə verildi. Kapamilya Network olaraq da bilinir.
ABS-CBN (şirkət)
ABS-CBN Corporation (ümumi olaraq ABS-CBN kimi tanınır) — Keson şəhərində yerləşən bir Filipin media və əyləncə qrupudur. Gəlir, əməliyyat gəliri, xalis gəlir, varlıq, kapital, bazar kapitallaşması və işçi sayı baxımından Filippinlərin ən böyük əyləncə və media birliyidir. ABS-CBN, Alto Broadcasting System (ABS) və Chronicle Broadcasting Network (CBN) birləşməsi ilə quruldu.
Echinops abstersibilis
Echinops abstersibilis (lat. Echinops abstersibilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
In absentia
In absentia — hüquqi termin olub Latın dilində mənası iştirakı olmadan deməkdir.
JW Marriott Absheron
"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır. Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.
Lirik abstraksiya
Lirik abstraksiya müharibədən öncəki modernist üslublu rəssamlıqda iki əlaqəli, lakin fərqli tendensiyalardan biridir. Avropa Lirik Abstraksiyası Paris şəhərində təşəkkül tapmışdır. Bu ad ilk dəfə 1947-ci ildə Jan Joze Merşand tərəfindən işlənmişdir. Abstrakt Ekspresionizm ilə əlaqəli mücərrəd boyama növünü xarakterizə edən təsviri termin 1940-cı ildən bəri istifadə olunur. Arxeil Qorki kimi tanınmış çoxsaylı ekspresyonist rəssamlar kontekstdə göründüyü kimi lirik abstraktlıqdan istifadə etmişdir.
Pelma absconditum
Bulbophyllum absconditum (lat. Bulbophyllum absconditum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Sumatradan Sakit okeanın cənub-qərb sahillərinə qədər ərazilərində yayılmışdır. Bulbophyllum absconditum subsp. hastula J.J.Verm. (1993) Bulbophyllum neocaledonicum Schltr. (1906) Bulbophyllum ochrochlamys Schltr.
Saypulla Absaidov
Saypulla Absaidov (14 iyul 1958, Tərki[d]) — Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Saypulla Absaidov 68 kq çəki dərəcəsində 2 dəfə (1980, 1981) SSRİ çempionu, bundan 1 il əvvəl isə gümüş mükafatçı olub. 1980-ci ildə olimpiya və Avropa, növbəti il dünya çempionatında qızıl medal qazanıb. 2009-cu ildə Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Tanacetum absinthium
Zosima absinthifolia
Absorbsiya xərcləri
Absorbsiya xərcləri (ümumi məsrəflərin mənimsənilməsi üsulu, ing. absorption costing) — maya dəyərinin tam bölüşdürülməsi ilə hazır məhsul və ehtiyatların maya dəyərinin uçotu metodu və maya dəyərinin hesablanması sistemi. İngilis professoru Kolin Druri udma maya dəyərini tam xərclərin bölüşdürülməsi ilə məsrəf hesablama sistemi kimi müəyyən edir. Bütün istehsal məsrəfləri istehsal olunmuş məhsullara aid edilir və satılmamış məhsulların ehtiyatları onların istehsalının ümumi maya dəyəri ilə qiymətləndirilir. Qeyri-istehsal məsrəfləri məhsullara aid edilmir, lakin birbaşa dövrün maliyyə nəticəsi ilə bağlıdır və ehtiyatların qiymətləndirilməsindən kənarlaşdırılır. Birbaşa maya dəyərinin tətbiqi məhsulların qiymətini yalnız dəyişən məsrəflər əsasında müəyyənləşdirərkən qərar qəbul etməyə imkan vermir, çünki bu halda marjinal gəlirin ümumi səviyyəsi müəssisənin sabit xərclərini ödəməyə bilər. Bununla belə, udma maya dəyəri metodu ilə belə, bütün xərclər bölüşdürüldükdə, qaimə xərclərin faktiki paylanma dərəcəsi ilə təxmin etmək çox vaxt mümkün deyil (faktiki satış həcmi çox vaxt planlaşdırılan göstəricilərdən aşağı olur). Top menecerlərin məhsulların qiymətini təyin edərkən öz sabit məsrəf səviyyəsinə məhəl qoymamaq meyli məsrəf uçotu sistemindən kənarda baş verir. İstehsalın maya dəyərini hesablamaq üçün udma maya dəyəri metodundan istifadə müəssisəyə, öz məhsullarının satışında açıq-aşkar mövsümilik olduqda, azalma (ehtiyatların yığılması dövründə) və artan mənfəət zamanı itkiləri qeyd etməyə imkan vermir. artım zamanı (aktiv satış zamanı) birbaşa maya dəyərinin hesablanması metodunda olduğu kimi (bütün sabit xərclər dövr ərzində silindikdə və balansda yalnız dəyişən xərclər qeydə alındıqda).
Absurdistan (film)
Asiya və Avropa arasında olan bir yerdə sehrli "Absurdistan" kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir. Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə gələn su şırnağı lap nazilir. İndi kənddə suyu ancaq içmək üçün istifadə edirlər. Kənd və adamlar isə kirə batıb.
Absolut Vodka
Absolut Vodka — İsveçin cənubundakı Oxus şəhəri yaxınlığında istehsal olunan araq brendi. Absolut Fransanın Pernod Ricard qrupunun bir hissəsidir. Pernod Richard Absolutu 2008-ci ildə İsveç dövlətindən 5,63 milyard avroya satın alıb. Absolut Vodka dünyanın ən böyük spirtli içki brendlərindən biridir və 126 ölkədə satılır. Absolut brendinin əsası 1879-cu ildə Lars Ulsson-Smit tərəfindən qoyulub və məhsulun ilkin adı "Absolut Rent Brännvin" olub. Smit öz arağı ilə Stokholm şəhərinin spirtli içki bazarındakı monopoliyaya meydan oxuyub: o arağı şəhərdən kənarda, Reimersholme adasında satır və adaya pulsuz qayıq gəzintisi təklif edirdi. 1917-ci ildə İsveç hökuməti ölkənin alkoqol sənayesini inhisar altına aldı. Araq daha sonra "Absolut Rent Brännvin" adı ilə ölkə daxilində satıldı. Məhsul 1979-cu ildə Absolut Vodka adı ilə dünya bazarına çıxarılıb. Bu gün Absolut hər il 100 milyon litrdən çox araq satır (2018).
Heracleum absinthiifolium
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.
Pastinaca absinthiifolia
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.
Qaraciyər absesi
Qaraciyər absesi — Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir. Yüksək hərarət, üşütmə, qarında ağrı və intoksikasiya əlamətləri irinli abseslərdə rast gəlir. Zəif xəstələrdə və amöb abseslərində hərarət çox yüksək olmur. Xəstələrdə plevral maye, assit, qarında şişkinlik, gərginlik əlamətləri də ortaya çıxa bilir. Yerli və ümumi sepsis əlamətləri ilə yanaşı USM və ya tomoqrafiyada qaraciyərdə abses boşluğun görünməsi abses diaqnozunu kəskinləşdirir. Kistlərdən fərqli olaraq abseslərin sərhədi kəskin olmur, möhtəviyyatının sıxlığı yüksək, hətta nekrotik toxumalar olarsa, heterogen görünür. Absesdə qaztörədən bakteriyalar olduqda və ya bağırsağa açılarsa içərisində qaz görünür.
Tordylium absinthiifolium
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.
Zosima absinthiifolia
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.
Zosima absinthiifolia var. microcarpa
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.
Reductio ad absurdum
Reductio ad absurdum (azərb. Cəfəngiyyata endirilmə‎), həmçinin argumentum ad absurdum (azərb. Cəfəngiyyat haqqında arqument‎) və ya apaqogik arqument — əks ssenarinin cəfəngiyyata və ya ziddiyyətə səbəb olacağını göstərməklə iddia yaratmağa çalışan arqument forması. Bu arqument formasının mənşəyi Qədim Yunanıstan fəlsəfəsinə gedib çıxı. Tarix boyu həm formal riyazi və fəlsəfi mülahizələrdə, həm də mübahisələrdə istifadə edilmişdir. Ekvivalent formal qayda inkarın təqdim edilməsi kimi tanınır. Əlaqədar riyazi sübut texnikası ziddiyyətlə sübut adlanır. "Reductio ad absurdum" arqumentinin "cəfəng" nəticəsi bu nümunələrdən göründüyü kimi müxtəlif formalarda ola bilər: Yer düz ola bilməz; əks halda, Yer kürəsinin sonlu olduğu fərz edildiyi üçün biz insanların kənardan yıxıldığını görərdik. Ən kiçik müsbət rasional ədəd yoxdur, çünki əgər olsaydı, daha kiçiyini almaq üçün onu ikiyə bölmək olardı. Birinci misal iddia edir ki, mühakimənin inkarı hislərimizin dəlillərinə zidd olaraq gülünc nəticə ilə nəticələnəcək.
Persicaria abscissa
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Polygonum abscissum
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Nərgiz Absalamova
Nərgiz Absalamova (17 iyul 1998, Bakı) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus; Mikroskop Media, Toplum TV və AbzasMedia da daxil olmaqla bir sıra müstəqil və tənqidçi medialarda çalışıb. Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanmalarla üzləşən Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da "AbzasMedia işi" üzrə şahid qismində ifadəsi alınması üçün getdiyi Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. == Həyatı və təhsili == Nərgiz Absalamova 1998-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. 2004-2015-ci illərdə Sabunçu rayonu 170 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 2019-cu ildə orada məzun olub. 2019-cu ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) jurnalistika təlimlərinə qoşulub və təlimləri uğurla bitirib. 2019-cu ildən başlayaraq, bir neçə müstəqil və tənqidçi media orqanlarında — Mikroskop Media, Toplum TV və AbzasMediada jurnalist olaraq fəaliyyət göstərib. Fəaliyyəti boyunca o, Fem-Utopia platforması və Minority Azerbaijan portalı üçün videomateriallar, şəhər sorğuları hazırlayıb.