Access type

Giriş növü − müəyyən qurğuya, proqrama, fayla və s. giriş hüququnun mahiyyəti (adətən, oxumaq, yazmaq, yerinə yetirmək, əlavə etmək, modifikasiya etmək, silmək).
Access right
Account harvesting
OBASTAN VİKİ
Microsoft Access
Microsoft Access — verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənlər bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur. Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir: Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
Type 10
Type 10 Yaponiya istehsalı olan əsas döyüş tankıdır. Hal-hazırda Yaponiya ordusunda istifadə edilən Type 74 və Type 90 tanklarının yerinə yaradılmışdır. İlk dəfə olaraq ictimaiyyətə 13 fevral 2008-ci ildə təqdim edilmişdir. Dördüncü nəsil tankdır. Digər tanklar ilə müqayisə olunduğunda hər tərəfdən onlardan çox üstün olduğu görünür. İstehsalçı ölkə: Yaponiya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Mitsubishi Heavy Industries İstehsal tarixi: 2010 – davam edir Xidmətə giriş ili: 2010 – günümüzə İstehsal sayı: 80 ədəd Ekipaj: 3 nəfər (sürücü-mexanik, tuşlayıcı-operator, tank komandiri) Ağırlığı: 44 – 48 ton Lülə daxil olmaqla: 9.43 m Lülənin uzunluğu: 5.28 m Eni: 3.24 m Hündürlüyü: 2.3 m Klirens: 0.45 m Zireh: Nano-kristal polad (normal üçlü bərkimiş polad), modulyar keramik kompozit zireh Sis bombaları Zəminə təzyiq: 0,96 kq/sm ² Dalış dərinliyi: 2 m Xəndək keçmə: 2.7 m Divar dağıtmaq: 1 m Motor: 4-cyl V8 dizel At gücü: 1200 Maksimal sürət: 70 km/saat Tank 70 km/s sürət ilə geriyə doğruda hərəkət edə bilir. Mənzili: 480 km Dayandırılması: aktiv hidropnevmatik Əsas silahı: 120 mm-lik “L44” yivsiz topu Kalibr: 120 mm Lülənin qalxma bucağı: –12º...
Type 61
Type 61 (yaponca: 61式戦車 Romanizasiya: Roku-ichi Shiki sensha), Mitsubishi Heavy Industries tərəfindən istehsal edilmiş olan Yaponiya əsas döyüş tankıdır. Tank 1950-ci illərdə yeni qurulmuş Yaponiya Quru Özünümüdafiə Qüvvələri üçün əvvəllər Müttəfiq Qoşunları Ali Hərbi Rəhbərliyi tərəfindən verilmiş olan M4A3E8 Sherman və M24 Chaffee tanklarının yerini alması məqsədiylə yaradılmışdır. 1961-1975-ci illər arasında cəmi 560 ədəd istehsal edilmişdir və yerini Type 74 tanklarına vermişdir.
Type 74
Type 74 (yaponca: 74式戦車 Romanizasiya: nana-yon-shiki-sensha), Mitsubishi Heavy Industries tərəfindən istehsal olunan Yaponiyaya məxsus əsas döyüş tankıdır. Tank, Yapon Quru Özünümüdafiə Qüvvələri üçün köhnəlmiş Type 61 tanklarının yerini alması məqsədilə yaradılmış olub, bir sıra müasir texnologiyaların ən yaxşı xüsusiyyətlərini özündə birləşdirərək, ABŞ istehsalı olan M60 və ya Almaniya istehsalı olan Leopard 1 tankları ilə eyni sinifdə öz yerini almışdır. Hal-hazırda öz yerini Type 90 tanklarına vermişdir.
Type 90
Mitsubishi Type 90 (yaponca: 90式戦車 Romanizasiya: Kyu-maru-Shiki-sensha) Yaponiya mənşəli əsas döyüş tankı olun, Mitsubishi şirkəti tərəfindən istehsal edilir və Type 61 tanklarını əvəz etmişdir. Ayrıca olaraq bəzi Type 74 tankları da, bu tankla dəyişdirilmişdir. SSRİ T-72 tanklarını istifadəyə verdikdən sonra, yaponlar əllərində olan tankların müdafiəyə yetmədiyini düşünmüşlər və beləliklə, yeni bir tank layihəsi üzərində çalışmağa başlamışdırlar. Sonda Leopard 2A4 modelinə oxşayan Mitsubishi Type 90 tankları ortaya çıxmışdır. Tank digər Qərb tankları ilə müqayisədə yüngül sayıla biləcək bir ağırlığa malikdir (50 ton). 1982-ci ildə testlərinə başlanılmış tank ancaq 1989-cu ildə xidmətə qəbul edilmişdir. Tank, Leopard 2 və M1 Abrams tanklarında olduğu kimi Almaniya istehsalı Rheinmetall L44 adlı 120 mm-lik topdan istifadə edir.
Type 99
Type 99 — Çin Xalq Respublikasının Əsas döyüş tankı.Çin tankı özündə rus və Qərb texnologiyalarının qarışığını əks etdirir. Rus tankları kimi sərrast deyil, amma düşmən tanklarına qarşı effektiv ola bilər. Avtomatik yüklənmə sistemi ruslardan kopiyalanıb. Aktiv lazer qorunma mexanizminə malikdir. Type 99-un güclü mühərriki və yaxşı sürəti var. 2001-ci ildən Çin ordusunda xidmətə qəbul olunub. 90-cı illərin əvvəllərində Çin özünün 2-ci nəsil dizaynı olan Type 90-II prototipini hazırladı. Type 90-II tankı Sovet istehsalı T-72 tankının oxşarı idi. Bu tank Çin Xalq Respublikası ordusunda xidmətə qəbul olunmasa da, Pakistana ixrac olundu və burada lisenziya altında "Al-Khalid" adı ilə istehsal olundu. Type 98 və ya WZ-123 digər Çin istehsalı olan Type 90-II tankından hazırlanmışdır.
Hybrid Access Networks
Hibrid Giriş Şəbəkələri, lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. == İstifadə halları == Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G.Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. == Texnologiya == Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Random Access Memories
Random Access Memories — fransız elektron musiqi dueti Daft Punkun 2013-cü ilin mayında buraxılmış dördüncü studiya albomu.
Type O Negative
Type O Negative — Amerikalı gothic metal qrupu. Musiqi və ifaləri tamamən qaranlıq dünyadan ibarətdir. Qara yumor, depressiyadan, ölüm və məhəbbət mövzusunun yazılmış musiqiləri ilə seçilirdilər. Ona görə də kollektivi "The Drab Four" ("darıxdırıcı dördlük") adlandırırdılar. 1989-cu ildə Piter Stil (bas, vokallar), Kenni Hiki (gitara, vokallar), Coş Silver (sintezator), və Sal Abruskato (baraban) tərəfindən Bruklin, Nyu-York, Amerika yaradılmışdır. Qrupun ilk debüt "Slow, Deep and Hard" albomu 1991-ci ildə Roadracer Records ilə birgə nəşr edilmişdir. 1992-ci ildə isə qrup yenidən "The Origin of the Feces (Not Live at Brighton Beach)" adlı ikinci albom nəşr etdi. 1993-cü ildə onlar "Bloody Kisses" adlı üçüncü albomlarını Roadracer Records ilə birgə nəşr etdilər. Bu albom onlar üçün böyük uğurlar qazandırdı, və onlara Amerikada Platinum statusunu qazandılar. Bu albomun trekləri MTV və VH1 telekanalların da gündə yayımlanırdı.
Integrated access device
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Media Access Control
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
MAC (Media Access Control)
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Type 92 Jyu-Sokosha
Type 92 Jyu-Sokosha (yap. 九二式重装甲車; Rom: Kyū-ni-shiki Jyū-sōkōsha), Yaponiya istehsalı olan tanketkadır. Tanketka, yapon istehsalı olan birinci tanketka olub, kəşfiyyat və piyadalara dəstək məqsədləri üçün istifadə edilmişdir. Tanketkanın asqı sistemi dirsəkli kran olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 45 km/saat təşkil etmişdir.
Type 94 Te-Ke
Type 94 Te-Ke (yap. 九四式軽装甲車; Rom: Kyūyon-shiki keisōkōsha) — Yaponiya tanketkasıdır. Tanketka Yaponiya İmperator Ordusu tərəfindən İkinci Çin-Yapon müharibəsinin hərbi əməliyyatları zamanı, Nomonhanda Sovet İttifaqına qarşı və İkinci Dünya müharibəsi dövründə geniş bir formada istifadə edilmişdir. Onlar əsasən sursat daşımaq və ümumi olaraq piyadalara dəstək məqsədləri üçün istifadə olunsalar da, birbaşa döyüşdən çox kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulmuşdurlar. Asqı sistemi iki təkərli boji olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 40 km/saat təşkil etmişdir. Tankın istehsal xərci 1939-cu ilin avqust ayına görə silahlanması istisna olmaqla 25,300 Yaponiya yeni ($6,798 USD) olmuşdur.