Hamının hamıya qarşı müharibəsi
Hamının hamıya qarşı müharibəsi (lat. Bellum omnium contra omnes) — Tomas Hobbsun sosial fəlsəfəsində cəmiyyətin “ictimai müqavilə”nin bağlanmasından və dövlətin formalaşmasından əvvəlki təbii vəziyyətini təsvir edən konsepsiya.
Dövlət haqqında fikirlərini əsaslandırmaq üçün Hobbs “təbii vəziyyəti” təsvir etmək üçün artıq sübut edilmiş texnikaya müraciət edir. Burada bütün insanlar bərabərdir və hər kəs öz ehtiyac və maraqlarını rəhbər tutur. İnsan eqoistdir, bu ona güclü ehtiraslar verir və insan hakimiyyət, sərvət, ləzzətlər arzulayır. Onun davranış prinsipi son dərəcə sadədir: insan mümkün qədər çox fayda əldə etməyə, əziyyətdən isə qaçmağa çalışır. İnsan azaddır: hər kəsin hər şeyə, hətta başqa bir insanın həyatına belə haqqı var. Bu, daimi münaqişələrə, ictimai rifahı təmin edə və özümüzü şərdən qoruya bilməməyə gətirib çıxarır. Beləcə, hamının hamıya qarşı müharibəsi yaranır.
Bu ideya ilk dəfə “Leviafan” traktatında təqdim edilmişdir: Birincisi, sübut edirəm ki, vətəndaş cəmiyyətinə malik olmayan insanların vəziyyəti (bu vəziyyətə biz düzgün şəkildə təbii vəziyyət deyə bilərik) hamının hamıya qarşı sadə müharibəsindən başqa bir şey deyildir; və bu müharibədə bütün insanlar hər şeyə bərabər hüquqa malikdirlər.Belə bir fikir var ki, Hobbs üçün bu konsepsiyanın mənbəyi İngiltərədəki vətəndaş müharibəsi təcrübəsidir.