Adaptasiya

iqtisadi sistemin və onun ayrı-ayrı subyektlərinin, işçilərinin dəyişkən xarici mühitin şəraitinə, istehsal, əmək, mübadilə və həyat şəraitinə uyğunlaşması.
Adambaşı Vergi
Adaptiv Gözləmə
OBASTAN VİKİ
Adaptasiya
Adaptasiya (lat. adaptatio) — uyğunlaşma, adapto – uyğunlaşdırıram deməkdir. Adaptasiya (sosiologiya) — latınca uyğunlaşma mənasını verən adaptatio sözü Adaptasiya (biologiya) — orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşması.
Adaptasiya (biologiya)
Adaptasiya — orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır. Bir çox nəsillərin ömrü boyu dəyişilən yeni mühit şəraitinə uyğunlaşmasıdır. (məs. soyuğun təsiri ilə heyvanlarda tük, yaxud yunun uzanması). Mühitin dəyişilməsi ilə əlaqədar yeni keyfiyyət dəyişikliyi kimi meydana çıxan adaptasiya ali bitki və heyvan orqanizmləri arasında geniş yayılmışdır. Adaptasiyaya aid bir sıra misallar göstərmək olar. Gözün həssaslığının işıqlanma şəraitinə uyğunlaşması adaptasiyaya aid nümunələrdən biridir. Parlaq işıqdan qaranlığa keçdikdə gözün həssaslığı artır (qaranlıq adaptasiyası), qaranlıqdan işığa keçidi zamanı həssaslıq azalır (işıq adaptasiyası). İşıqlanmanın rəngi dəyişəndə gözün spektral həssaslığı da dəyişir. Bu fiziki yanaşmadır.
Adaptasiya (sosiologiya)
Adaptasiya (uyğunlaşmaq) (latınca uyğunlaşma mənasını verən adaptatio sözündən) – insanların, iqtisadi sistemin və onun ayrı-ayrı subyektlərinin, işçilərinin dəyişkən xarici mühitin şəraitinə, istehsal, əmək, mübadilə və həyat şəraitində uyğunlaşması. Məsələn, mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə müəssisələr və onların işçiləri bazar mühitinə və bazar münasibətlərinə adaptasiya etməlidirlər. Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Sosial adaptasiya
Sosializasiya - insan ehtiyatlarının inkişafı mühüm məsələrdən biridir. İnsan ehtiyatlarının inkişaf səviyyəsi cəmiyyətin sosial-iqtisadi inkişafının əsas faktorlarından biridir. İnsanın əmək potensialından daha səmərəli istifadə olunması ilə yanaşı keyffiyyətli işçi qüvvəsinin yaradılması məqsədilə, işaxtaranların və eləcədə işçilərin peşə hazırlığı və yenidən hazırlığı və ixtisaslarının artırılması yüksək səviyyədə təşkil olunmalıdır. İnsan ehtiyatlarının inkişafı və səmərəli istifadə olunması üçün sosial-peşə adaptasiya sisteminin yaradılması və inkişafı zəruridir. İnsanların sosial adaptasiyası-onların cəmiyyətdə yeni iqtisadi şəraitə uyğunlaşması prosesidir. Sosial adaptasiyanın əsasını insanın mövcud sosial mühitlə qarşılıqlı əlaqəsi, eləcə də onun şəxsiyyətinin keyfiyyətcə dəyişdirilməsi təşkil edir. Sosial adaptasiya prosesini insanların dəyişən sosial mühitə qısa bir zamanda alışması, uyğunlaşması kimi də başa düşmək olar. Bu prosesin müsbət nəticəsi birinci növbədə insanların psixoloji keyfiyyətlərindən, şətinlikləri üstələyə bilməsi qabiliyyətindən asılıdır. Sosial adaptasiya problemlərinin həlli dövlətin sosial siyasətində əsas istiqamətlərdən biri olmalı, sosial-iqtisadi çətinliklərlə üzləşən insanların sosial müdafiəsinin təşkil edilməsi üçün dövlət tərəfindən xüsusi tədbirlər hazırlanıb həyatakeçirilməlidir. İşsiz və işaxtaranların cəmiyyətə adaptasiya olunması onların, xüsusilə gənclərin düzgün peşə və ixtisas seçimindən, insanların peşə və ixtisaslara meyllərin formalaşmasından, istiqamətləndirilməsindən asılıdır.
Adaptasiya (film, 2002)
Adaptasiya filmi rejissor Spayk Cons tərəfindən 2002-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Nikolas Keyc, Meril Strip və Kris Kuper ifa edirlər. Syuzan Orlean adlı jurnalistin "Orxideya oğrusu" adlı kitabını film üçün ssenari formasına adaptasiya etməyə qalxışan ssenarist Çarli Kaufman mənəvi və yaradıcıllıq böhranına düçar olur. Onu əhatələyən qəribə hisslər işləməyə imkan vermir. Daha sonra Çarli qərara gəlir ki, ssenariyə onunla reallıqda baş verən hadisələri də əlavə etməlidir. Reallıqla uydurma bir-biri ilə çox qəribə və özünəməxsus tərzdə qarışmağa başlayır.
İ.İlf və Y.Petrovun əsərlərininin film adaptasiyalarının siyahısı
1933 - On iki stul (Çexoslovakiya-Polşa). Avropa realisinə uyğunlaşdırılıb; 1936 - Zəhmət olmasa oturun! (İngiltərə); 1938 - 13 stul (Almaniya). Ssenari alman realisinə uyğunlaşdırılıb; 1939 - Vərəsəlik arxasınca qaçışda (İtaliya); 1945 - İş kisələrdədir (ABŞ); 1945 - On üç stul (İsveç); 1954 - Yeddi qara büstqalter (İsveç). Axtarış obyekti büstqalterlərdən birinə tikilmiş brilyantdır; 1957 - On üç stul (Braziliya); 1957 - Xoşbəxtlik küçədə yerləşir (Almaniya); 1962 - On iki stul (Kuba). Süjet Kuba məkanına köçürülüb; 1966 - 12 stul, televiziya tamaşası. Bender rolunda - İqor Qorbaçov, rej. Aleksandr Belinski; 1969 - On üç nəfərdən biri (İtaliya-Fransa); 1970 - On iki stul (The Twelve Chairs) (ABŞ). Bender rolunda Frank Langella, rej. Mel Brooks; 1971 - On iki stul.

Digər lüğətlərdə