Adel

der; -s alicənablar, aristokratlar, zadəqanlar, əşrafiyyət pl.
ade
adelig
OBASTAN VİKİ
Adel
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adel Ekzarkopulos
Adel Ekzarkopulos (fr. Adèle Exarchopoulos; 22 noyabr 1993, Paris) — Fransa aktrisası, Kann kinofestivalının "Qızıl Palma Budağı" mükafatının ən gənc sahibi. O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb. == Həyatı və karyerası == Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub. Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib.
Adel Hüqo
Adel Hüqo (24 avqust 1830[…], Paris – 21 aprel 1915, Süren) — fransız yazıçısı Viktor Hüqonun 5 övladından ən kiçiyi. Gənc qadın olarkən şizofreniyaya düçar olur, Britaniya ordusunda xidmət edən zabitin onun sevgisini rədd etməsi onda bu zabitə qarşı romantik asılılıq yaradır. "Sevgi fobiası" adlandırılan Adel sindromu onun adı ilə bağlıdır. 1975-ci ildə fransız rejissor François Truffaut tərəfindən çəkilən "Adel H.-nin hekayəsi" adlı film Adel Hüqonun gündəliklərində yazdıqlarına əsaslanır. == Uşaqlığı == Adel Fuşe və Viktor Hüqonun son övladı olan Adel Hüqo maddi vəziyyəti yaxşı olan bir ailədə və mədəni mühitdə böyüyür. Piano çalmağı çox sevən Adel gözəlliyi və uzun qara saçları ilə məşhur idi. Bir sıra məşhur Parisli rəssamlar onun portretini çəkmişdi. Viktor Hüqonun siyasi səbəblərə görə sürgün edilməsindən sonra ailə 1851-ci ildə Cörsi adasına köçdü və 1870-ci ilə qədər orada qaldı. Adel sevgi asılılığının səbəbi olan Albert Pinsonla da məhz burada tanış oldu. == Xəstəliyi və Pinsonu təqib etməsi == 1856-cı ildə Adelin ruhi xəstəliyinin əlamətləri açıq-aydın sezilməyə başladı.
Adel Kutuy
Adel Kutuy (tatar. Гадел Кутуй; 28 noyabr 1903 – 15 iyun 1945) — Sovet tatar elmi fantastika yazıçısı, şair və dramaturq, jurnalist, müharibə müxbiri. == Bioqrafiya == Adel Kutuy Tatarski Kanadey kəndində (indiki Penza vilayətinin Kuznetsk rayonunda) anadan olub. 1922-ci ildə Kazana köçür və 5 ildən sonra tatarların ən görkəmli beş yazıçısından biri kimi tanınır. 1927-ci ildə Şamil Osmanovun dəvəti ilə oktyabr inqilabının 10 illik yubileyində birinci Kazan yayım stansiyasında diktor işləyir. Vladimir Mayakovskidən təsirlənərək LEF, SULF, yəni Sul Cəbhəsi — Sol Cəbhə tatar yaradıcılıq birliyini qurur. 1930-cu ildən sonra ən məşhur romanlarını yazır. 1942-ci il mayın 25-də könüllü olaraq Qırmızı Ordu sıralarına yollanır. Qərb və Don cəbhələrində 75-ci Əlahiddə Qvardiya minaatan diviziyasının tərkibində döyüşür. Stalinqrad döyüşündə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilir.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
21 (Adel albomu)
«21» — Britaniyalı müğənni Adelin ikinci studiya albomu .Albom 2011 -ci ildə buraxılmışdır. Albom 25 milyon nüsxədən çox satılaraq, UK Album Chart 23 həftə (rekord) və Billboard 200 də 24 həftə bir nömrədə yer tutaraq , ilin ən çox satılan albomu oldu. 12 fevral 2012- ci ildə Grammy mükafatlandırılmasında albom "ilin ən yaxşı albomu" nominasiyasının qalibi oldu .
Adel Əl-Fakir
Məhəmməd Bassem Adel
Məhəmməd Bassem Adel (ərəb. بسام العدل‎) - Suriya Hərbi Hava Qüvvələrinin mayor rütbəli pilotu. Suriya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-23 qırıcı təyyarəsini 1989-cu ildə İsrailə qaçırmışdır.
Adel Blox – Bauerin portreti
Adel Blox – Bauerin portreti I (ing. Portrait of Adele Bloch-Bauer I)) 1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib "Adel Blox – Bauerin portreti I" rəsmi həm də "Qızıl Adel", yaxud "Avstriyanın Mona Lizası" kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir. Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Lankaşir[d] – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.
Adelaid adası
Adelaid adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 48 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində, Sars boğazı sularında yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. 3,5 km şimal-şərqdə Yeva-Liv adası, 3,3 km cənubda isə Freden adası yerləşir. == Təsviri == Dairəvi formaya malikdir. Diametri 2 km-dir. Üzəri buzla örtülüdür. Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.
Adelaida
Adelaida (ing. Adelaide) — Avstraliya İttifaqında şəhər. Cənubi Avstraliyanın paytaxtı və ən böyük şəhəri. == Tarixi == Adelaida (Adelaide) – 1836-cı ildə britaniyalılar tərəfindən ilk Avropa yaşayış yeri olaraq qurulmadan əvvəl ərazidə Avstraliya aborigenləri yaşayırdı. Müstəmləkə dövründə ilk xəritə çıxarma işlərini başlayan general William Light tərəfindən məskunlaşma sahəsi olaraq seçilmişdir. Şəhər İngiltərə kralı IV Uilyamın arvadı Adelaidanın şərəfinə adlandırılmışdır. 1840-cı ildə Avstraliyanın ilk bələdiyyəsi olaraq hüquqi vəsiqə qazanmış, 1919-cu ildə böyük şəhər bələdiyyəsi statusuna yüksəlmişdir. == İqtisadiyyatı == Adelaida iri maşınqayırma sənayesi mərkəzidir. Sent- Vinsent körfəzi sahilində liman şəhəridir. Mühüm nəqliyyat qovşağı və aeroportu, neft emalı, kimya, metallurgiya, toxuculuq, yeyinti sənayesi müəssisələri var.
Adelaida Məmmədova
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Adelaida Universiteti
Adelaida Universiteti (ing. University of Adelaide) — Avstraliyanın Cənubi Avstraliya ştatının Adelaida şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1872-ci ildə Cənubi Avstraliya Baptist, Konqreqasional və Presviterian kilsələri orta məktəbi bitirmiş gənclərə ali təhsil vermək üçün Kollec İttifaqı yaradırlar. Həmin il zəngin maldar və mis mədəni sahibi Valter Uotson Hyuz universitet yaradılması məqsədilə o dövr üçün böyük məbləğ hesab edilən 20000 funt-sterlinq yardım edir. Adelaida Universitetinin rəsmi açılışı 1874-cü il noyabrın 6-da baş tutur. Universitetin ilk kansleri hüquqşünas Riçard Hanson, vitse-kansleri isə yepiskop Avqust Şort seçilir. Adelaida Universitetində ilk bakalavr dərəcəsi 1876-cı ildən verilməyə başlanır. Bu universitet 1881-ci ildə Avstraliyada ilk dəfə qız tələbələri qəbul edən ali məktəb olur. Universitetin ilk məzunu da qız olub. Onu adı Edit Emili Dornvell idi.
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Adeleinlər
Adeleinlər (lat. Adeleina) — Sporlular və ya Apikompleksa lat. Apicomplexa tipinə aid olan yarımdəstəsidir. 3 fəsiləsi, 8 cinsi məlumdur. Onlardan Azərbaycanda Haemogregarinidae fəsiləsinin Haemogregarina, Hepatozoon, Karyolysus cinslərinin nümayəndələri tapılmışdır. == Xarakterik əlamətləri == Balıqların və sürünənlərin qan parazitləridir. Adeleid koksidiləri üçün belə bir xüsusiyyət xarakterikdir ki, makro və mikroqamontların inkişafı bilavasitə bir-biri ilə əlaqədə baş verir. Mikroqametosit 1–4 mikroqamet formalaşdırır. Qametlərin kopulyasiyası siziqiyanın ümumi qabığı altında baş verir. Əmələ gələn ziqota böyüyür, qabıqla örtülür və oosistaya çevrilir.
Adelin həyatı
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi.
Adelfat
Adelfat (q.yun. ἀδελφᾶτον) — monastır və adelfotariya arasındakı müqaviləyə əsasən monastıra əhəmiyyətli töhfə üçün alınan monastır əmlakını idarə etmək və monastır gəlirlərinə sərəncam vermək hüququ. Əsasən Bizansda geniş yayılmışdır. Adelfat hüququ həm də qrant, ianə və ya satış predmetinə çevrilə bilər. Feodor Prodrom Manqan monastırında verilən adelfata görə imperator I Manuilə təşəkkür etdiyi bütün poetik dövrü həsr etmişdir. Monastır əmlakına sərəncam verməklə adelfotari monastırın daxili həyatına müdaxilə etmək imkanı əldə etmişdir. Onların fəaliyyəti monastıra itkilər gətirə bilərdi. Buna görə də, bir sıra monastır tipikonları bu cür əlaqələri qadağan edir. Kanonist Feodor Balsamon adelfatı tamamilə məqbul hesab edirdi.
Adelina
Adelina — ad. Adelina Sotnikova — Rusiya fiqurçusu. Adelina Tahiri — alban müğənni. Adelina Adalis — Rusiya-sovet şairi.
Adelshofen (Bavariya)
Adelshofen — Almaniyanın Bavariya federal ştatının Fürstenfeldbrukk bölgəsində yerləşən bələdiyyə.
Adelantado
Adelantado (hərf. "qabaqcıl") — müstəmləkə İspaniyasında padşah tərəfindən İspaniya mülklərinin hüdudlarından kənarda torpaqları araşdırmaq və fəth etmək üçün göndərilən konkistadora verilən titul. İlk xaricdəki adelantadolar Kolumbun qardaşı Bartolomeo və oğlu Dieqonun qohumları idi. Bimini adelantadosu Ponse de Leon idi, cənub dənizlərində Nunyes de Balboa, Ədviyyat adalarında Magellan, Peruda Pisarro, Çilidə Dieqo de Almaqro, Ekvador, Nikaraqua və cənub-qərbi Kolumbiyada Sebastyan de Belalkasar, Mərkəzi Amerikada Pedro de Alvarado, Şimali Amerikada Ernando de Soto, Floridada Menendes de Aviles, Filippin adalarında isə Lopes de Leqaspi olmuşdur.
Orleanlı Luiza Adelayd
Orleanlı Luiza Adelayd (fr. Louise Adélaïde d'Orléans; 13 avqust 1698, Versal sarayı – 10 fevral 1743, Paris) — Orlean hersoqu II Filippin qızı, Abbatisa. 13 avqust 1698-ci ildə Versal sarayında dünyaya gəldi. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı Fransiska Mariyadır. Evlənməsi üçün bir neçə dəfə təklif alınsa da, Luiza Adelayd bu təklifləri geri çevirdi. Ailəsi üzvlərinin etirazlarına baxmayaraq, 31 mart 1717-ci ildə bütün ünvanlarından imtina edərək rahibə həyatı yaşamağa başladı. 6 iyun 1719-cu ildə Parisin Xelles kommunası üzrə abbatisa seçildi və ölümünədək bu vəzifədə qaldı. Qalan həyatını kilsədə qız uşaqlarının təhsili və xeyriyyəçiliklə keçirən Luiza Adelayd 10 fevral 1743-cü ildə Paris kilsələrindən birində çiçək xəstəliyindən vəfat etdi. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria.
Adelosa
Klerodendrum (lat. Clerodendrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.