General-kvartirmeyster idarəsi
General-kvartirmeyster idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri.
Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. 1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi:
Səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanmas
hərbi qeydiyyatın aparılması
səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi
hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması
könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması,
qoşun hissələrinin təşkili, onların idarə edilməsi
qoşunların döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi
General-kvartirmeyster idarəsinin əməliyyat bölməsinin qarşısında ümumqoşun hazırlığı, müdafiə xarakterli işlərin planlaşdırılması, əməliyyatların hazırlanması və həyata keçirilməsi kimi vəzifələr dururdu. Qoşun hissələrindən döyüş rayonları haqqında məlumatlar toplanması, agentura şəbəkəsinin yaradılması və inkişafı, əks-kəşfiyyatın təşkili, hərbi attaşelərlə yazışmaların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul olurdu. General-kvartirmeyster idarəsinin tərkibində nizami bölmə və rabitə xidməti bölməsi də var idi. Hərbi nazirin 17 avqust 1919-cu il tarixli əmrinə əsasən, təşkili başa çatdırılmış 1-ci və 2-ci zirehli qatarlar da Ümumi qərargahın tərkibindən çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliyinə verilmişdi. 1920-ci ilin martında aparılan geniş islahatdan sonra yaradılmış Azərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun tərkibinə əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkovnik Maqrubov), hərbi əlaqələr-daşınmalar bölməsi (rəisi rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə komandası daxil idi.