Adria

die, -adriatik dənizi
adrett
Advent
OBASTAN VİKİ
Adrian
Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76 – 10 iyul 138) — eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmperatoru. == Həyatı ilə bağlı == Adrian əslən Piçenumlu (İtaliya) olan, sonralar İspaniyaya köçüb gəlmiş Roma senatorunun ailəsində dünyaya gəlmişdir. On yaşında atasını itirən Adrian İmperator Trayanın xalası oğlunun himayəsində tərbiyə alaraq sonralar 100-cü ildə onun nəvəsinə evlənərək sarayda mühüm dövlət vəzifəsinə irəli çəkilmişdir. Lakin Trayan onu heç vaxt rəsmi olaraq sələfi elan etməmişdir. Lakin Trayanın ölümündən sonra 117-ci ildə Dakların çarı Deçebalusa qarşı müharibədə qazandığı zəfərə görə Suriyanın və Antioxiyanın valisi təyin edildikdən sonra, Trayanın arvadı Plotinanın dəstəyi ilə 118-ci ildə Roma imperatoru elan edilmişdir. Məhz Plotinanın xahişi ilə 100-cü ildə Vibia Sabina ilə evlənmişdir. Bəzi fərziyələrə görə biseksual olan Adrian eyni zamanda Bitiniyalı Antinus adlı bir gənclə intim həyat sürmüşdür. Müəmmalı şəkildə Nil çayında boğulan Antinusun ölümünə çox sarsılan Adrian onun boğulduğu yerdə Antinopolis şəhərini saldırır və saray rəssam və heykəltaraşlarına onun çoxlu heykəl və büstlərini sifariş verdirir. Övladı olmayan Adrian Eli Sezarı oğulluğa götürmüşdü.
Adrian (Moskva patriarxı)
Adrian (rus. Адриа́н) və ya Andrey (rus. Андрей; 1638, Moskva – 16 (27) oktyabr 1700[…], Perervinsk monastrı[d]) — 1690-cı ildən Moskva və bütün Rusun patriarxı. 1678–1686-cı illərdə Çudov monastırının arximandriti, 1686-cı ildən Kazan və Sviyajsk mitropoliti olmuşdur. O, saqqal kəsməyin, ətirli tüstü almaq üçün yandırılan maddələrdən istifadə, I Pyotrun rus milli geyimlərinin ləğvini pisləmişdir. Kilsə yazılarının müəllifi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == '[Скворцов, Григорий Афанасьевич. Патриарх Адриан, его жизнь и труды в связи с состоянием русской церкви в последнее десятилетие XVII века. — Казань : Центр. тип., 1913.
Adrian (ad)
Adrian — ad. Adrian — 117-138-ci illərdə hakimiyyətdə olmuş XIV Roma İmperatoru. Adrian Frutiger — şrift dizaynerlərindən biri.
Adrian Frutiger
Adrian Frutiger (Adrian Frutiger) – XX əsrin ikinci yarısı və XIX əsrin əvvəlində çalışan ən möhtəşəm şrift dizaynerlərindən biridir. Tanınmış və geniş istifadə olunan bir çox şriftlərin müəllifidir. Onun karyerası mətbəəçiliyin metal şrift tökmə, fotoyığım və rəqəmsal səhifələmə dövrlərini əhatə edir. Onun ən tanınmış işlərindən Univers, Frutiger və Avenir şrift ailələridir, hansı ki dırnaqsız (sans-serif) şriftlərinin üç əsas janrlarını əhatə edir – neo-qrotesk, humanist və həndəsi. == Həyatı == Adrian Frutiger 24 may 1928-ci il tarixində İsveçrənin Bern kantonunda yerləşən Unterzen komunnasında toxucu ailəsində anadan olub. 16 yaşındaykən o heykəltaraş peşəsini öyrənmək istəyirdi, lakin atası buna razı olmadı və Adrian İnterlaken şəhərində yerləşən Otto Schaeffli mətbəəsində mürəttib köməkçisi vəzifəsində işləməyə başlayır. 1944–1948 illərində Sürixdə Kunstgewerbeschule məktəbində (tətbiqi incəsənət məktəbi) oxuyub və sonralar mürəttib kimi işləyib. 1949-cu ildə Kunstgewerbeschule məktəbinə qayıdır və 1951-ci ilə kimi təhsilini davam etdirir. Peşəkar həyatının əsas dövrünü Fransada, Parisdə yaşayıb. Həyatının son illərini isə Bremqarten-Bern komunnasında keçirib.
Adrian Krişan
Adrian Krişan (7 may 1980) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Krişan Rumıniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Adrian Lulqyuray
Adrian Lulqyuray (Monteneqroca: Adrijan Ljuljđuraj, Адријан Љуљђурај) — Monteneqro-Alban əsilli müğənni. Adrian Lulqyuray Bledar Seyko ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Himantoglossum adriaticum
Himantoglossum adriaticum (lat. Himantoglossum adriaticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Himantoglossum adriaticum f. albiflorum
Himantoglossum adriaticum (lat. Himantoglossum adriaticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Himantoglossum hircinum ssp. adriaticum
Himantoglossum adriaticum (lat. Himantoglossum adriaticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
II Adrian
II Adrian (lat. Hadrianus II; 792, Roma, Frank dövləti – 14 dekabr 872, Roma, Müqəddəs Roma imperiyası) — 867–872-ci illərdə Roma Papası. Onun papalığı dövründə Qərb və Şərq kilsələri tərəfindən tanınan Ekumenik məclislərin sonuncusu baş tutmuşdur. == Həyatı == II Adrian 792-ci ildə Roma şəhərində anadan olmuşdur. O, Papa IV Stefan və II Serginin də üzvü olduğu zadəgan və nüfuzlu ailənin nümayəndəsi olmuşdur. Gəncliyində ailə qurmuş, hətta Müqəddəs Pyotr kafedrasına seçildikdən sonra da həyat yoldaşı və qızı ilə ayrılmamışdır. I Nikolayın (858–867) varisi olan II Adrianın pontifikatı Şərq və Qərb kilsələri arasında münaqişə illərinə düşmüşdür. 867-ci ildə Papa tərəfindən Konstantinopolda Foti və I Nikolayın tərəfdarları və davamçıları arasında kompromis tapmaq üçün Ekumenik məclis çağırılmışdır. Bu məclis Şərqdə Roma tərəfindən tanınan Ekumenik məclislərin sonuncusudur. 10 ildən sonra 383 yepiskop papa legatlarının iştirakı ilə onun qərarlarını ləğv etmişdir.
IV Adrian
IV Adrian (lat. Hadrianus IV) və ya Nikolas Breykspir (ing. Nicholas Breakspeare; ən tezi 1100 və ən geci 1120, Sant Albans, İngiltərə krallığı və ya Abbosts-Lanqli[d], İngiltərə krallığı – 1 sentyabr 1159, Anani[d], Papa dövləti, Müqəddəs Roma imperiyası) — 1154-cü ildən Roma Papası. O, yeganə ingilis Roma papası olmuşdur. IV Adrian Avinyon yaxınlığındakı Müqəddəs Ruf Avqustin monastırının rahibi, sonra abbatı, nəhayət 1150-ci ildə kardinalı olmuşdur. O, 1152-ci ildə Skandinaviyada Papa legatı olmuş və burada kilsəni Qriqorian islahatı prinsipləri əsasında yenidən təşkil etmişdir. IV Adrian Romada Breşiyalı Arnoldun başçılıq etdiyi respublikaçı hərəkatına qarşı mübarizə aparmışdır. 1155-ci ildə o, imperator I Fridrix Barbarossanı taclandırmışdır.
I Adrian
I Adrian (lat. Hadrianus I; 700, Roma – 25 dekabr 795, Roma) — 772-ci ildən Roma Papası. O, Böyük Karl ilə sıx ittifaq siyasəti yürütmüş, papalıq mülklərini genişləndirməyə çalışmışdır. I Adrian adopsionizm bidətinə qarşı mübarizə aparmışdır. O, Nikeyadakı 7-ci Ekumenik məclisinə legatlar göndərmiş, orada ikonoborçuluğu pisləmiş, bundan sonra Şərq və Qərb kilsələri arasında münasibətlər yaxşılaşdırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Barton, Simon. Conquerors, Brides, and Concubines: Interfaith Relations and Social Power in Medieval Iberia. University of Pennsylvania Press. 2015. Cavadini, John C. The Last Christology of the West: Adoptionism in Spain and in Gaul, AD 785–817 (Doctoral thesis).
Kampimodromus adrianae
Kampimodromus adrianae (lat. Kampimodromus adrianae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Klod Adrian Helvetsi
Klod Adrian Helvetsi (26 yanvar 1715[…] – 26 dekabr 1771[…], Paris) — Fransa filosofu. == Fəlsəfəsi == O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir. Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik). Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar.
Nikomediyalı Adrian
Nikomediyalı Adrian (yun. Ἁδριανὸς Νικομηδείας, Adrianos Nikomedeyas; təq. 278, Konstantinopol – 4 mart 306, Nikomediya, Yalova ili) — xristianlıqda şəhid, pretor. Roma imperatoru Qay Qaleri Valeri Maksimianın təqiblərindən əziyyət çəkmişdir. Nikomediyadan olan Müqəddəs Natalyanın əri olmuşdur. Onun xatirəsi 26 avqustda pravoslav kilsəsində, 8 sentyabrda katolik kilsəsində yad edilir. Həyat yoldaşı Müqəddəs Natalyanın xatirəsi pravoslav kilsəsində 26 avqustda (8 sentyabr), katolik kilsəsində isə 1 dekabrda yad edilir. Attwater, Donald and Catherine Rachel John. The Penguin Dictionary of Saints (3rd). New York: Penguin Books.
Ondrusovlu Adrian
Ondrusovlu Adrian (rus. Адриа́н Ондру́совский) və ya Andrey Nikiforoviç Zavalişin (rus. Андрей Никифорович Завалишин; XV əsr, Moskva – 15 may 1550) — xristianlıqda şəhid, rahib Svirli Aleksandrın şagirdi. O, Ladoqa gölünün şərq sahilindəki Müqəddəs Nikolay monastırının qurucusu olmuşdur. Ondrusovlu Adrian quldurlar tərəfindən öldürülmüşdür. Onun xatirəsi 26 avqust (8 sentyabr) və 17 may (30) tarixlərində Şərqi Ortodoks Kilsəsində yad edilir. Голубинский Е. История канонизации святых в русской церкви. — М., 1903 Олонецкий патерик. — Петрозаводск, 1910 Православная энциклопедия. — М., 2000, Т. 1.
Poşexonyeli Adrian
Poşexonyeli Adrian (rus. Адриан Пошехонский; XV əsr, Rostov – 5 mart 1550) — Rus Pravoslav Kilsəsinin hegumeni, şəhidi, Poşexonye ecazkarı, Adrianov Uspeniye monastırının qurucusu. Onun xatirəsi 19 noyabrda – qalıqların tapıldığı gündə, 5 martda, həmçinin 23 mayda Rostov-Yaroslavl Müqəddəslər Kafedralında yad edilir.
Samuel Adrian
Samuel Adrian (2 mart 1998-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. Adrian Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Adrian öz peşəkar karyerasında debütünü 22 iyul 2017-ci ildə Yönköpinqs klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Kinqsli Sarfonu əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Senecio adrianicus
Senecio adrianicus (lat. Senecio adrianicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Adrian (futbolçu)
Adrian (3 yanvar 1987, Sevilya) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun ispan əsilli qapıçısı.
Adriatik plitəsi
Adriatik plitəsi — Təbaşir dövründə transformasiya qırılması ilə Afrika plitəsindən qopan kiçik tektonik mikroplitədir. Kontinental qabığasahibdir. Avrasiya plitəsi ilə toqquşma zamanı lövhənin şimal hissəsi Alp qırışıqlığı zamanı deformasiyaya məruz qalmışdır. Adətən Avrasiya lövhəsinin bir hissəsi hesab olunur. Adriatik plitəsi hələ də Avrasiya plitəsinə doğru irəliləyir, bununla belə ikincisi birincinin altına enir. Alp dağlarından keçən periadriatik qırılma bu lövhələri ayırır. Afrika plitəsinin okean qabığının bir hissəsi Adriatik plitəsinin cənub sərhəddində aşağı enərək İtaliyanın cənubundakı vulkanları əmələ gətirir. Apennin yarımadasının şərqi və Adriatik dənizi Adriatik plitəsinin bir hissəsidir. Mezozoy çöküntüləri plitə introduksiyasıdır, əhəngdaşıdan ibarətdir və Cənubi Əhəngdaşı Alplarını təşkil edir.
Trans-Adriatik boru xətti
Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb. Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır.
Adrian Minune
Adrian Minune (əsl adı: Adrian Kopilul Simionesku; ing. Adrian Copilul Simionescu) — romaəsilli Rumıniya manele müğənnisi və skripkaçısı. == Həyatı == Adrian Kopilul Simionesku 24 sentyabr 1974-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə anadan olmuşdur. Adrianın valideynləri əslən romanidir. Rumıniyada Adrian Minunaya populyarlıq gətirən ilk hit Kosti İonitse ilə birlikdə ifa olunan "Of! Mea Viaţa …" ("Oy! Mənim həyatım …") mahnısı idi. Adriano tezliklə "manele" mahnılarının ən populyar ifaçılarından birinə çevrilmişdir. O, "Manele imperatoru" tituluna malikdir. == Diskoqrafiyası == == Filmoqrafiyası == Aşağıdakı filmlərdə rol alıb: Dəli özgə (1997) — "L'Enfant Prodige" rolunda Adrian Copilul Minune (1999) — özü kimi.
Adriana Çeçik
Dezara Kristina Çarlz (ing. Dezarae Kristiana Charles; 4 noyabr 1991, Dauninqtaun[d], Pensilvaniya, ABŞ), səhnə adı ilə Adriana Çeçik (ing. Adriana Chechik) — ABŞ fotomodeli və pornoaktrisası.
Adriana
Adriana — ad. Adriana Lima — Braziliyalı model. Adriana Martin — İspaniyalı oxatan. Adriana Çeçik — ABŞ fotomodeli və pornoaktrisası. Adriana Lopez — Campo Grande şəhərinin meri olan braziliyalı hüquqşünas.