Svetlana Adırxayeva
Svetlana Adırxayeva (12 may 1938 – 27 avqust 2023, Moskva) — SSRİ və Rusiya balerinası, baleymester, xoreoqraf, müəllim. SSRİ xalq artisti (1984).
Svetlana Adırxayeva 12 may 1938-ci ildə Xumalaq kəndində (indiki Rusiya, Şimali Osetiyanın Pravoberejnı rayonu) anadan olub.
1946-cı ildə milli qrupun üzvü olaraq Leninqrad Xoreoqrafiya Məktəbində (indiki Vaqanova adına Rus Balet Akademiyasına daxil olur.) Varvara Mey və Yelena Şiripinanın sinfində təhsil alır.
1955-ci ildə məzun olduqdan sonra Çelyabinsk Opera və Balet Teatrının truppasına qəbul edilir. 1958–1960-cı illərdə Odessa Opera və Balet Teatrında işləyir. 1960-cı ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Ədəbiyyat və İncəsənət Onilliyi çərçivəsində Moskvada çıxış edir, sonra Dövlət Akademik Böyük Teatrında "Qu gölü" baletində Odette-Odile rolunu ifa etmək üçün dəvət edilir.
1988-ci ilə qədər Böyük Teatrının solisti olur. Asaf Messererin sinfində oxuyur. Şəkilləri "Klassik rəqs dərsləri" dərsliyinin fotoşəkilləri üçün çəkilir.