Akonityarpaqlı ampelopsis
Ampelopsis aconitifolia (lat. Ampelopsis aconitifolia) — Şimali Çində yabanı halda bitən bitki.
== Botaniki təsviri ==
Hündürlüyü 3 m olan lianadır. Yarpaqları əlvari, növbəli, uzun saplaqlı, sadə və ya mürəkkəbdir, 3–5 hissəyə bölünmüşdür. Çiçəkləri düz, beş, bəzən dörd hissəli, xırda, yaşılımtıldır, uzun saplaqlı salxımlara yığılmışdır. Giləmeyvələri xırda, ağ, açıq- bənövşəyi, narıncı və ya qırmızıdır. Mayda çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. 2–3-cü il yavaş, sonralar isə tez böyüyür. Saçaqlı kök sistemi vardır. Dirəklərə bığcıqların köməkliyi ilə qalxır.