ALĞI-SATQI
ALIB-SATMA
OBASTAN VİKİ
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Alı (Ərdəbil)
Alı - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkinşəhrdən 6 km şərqdə, Ərədbil avtomobil yolunun üstündədir.
Alı Alıyev
Alı Alıyev — Füzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014) və "Tərəqqi" medalı laureatı (2009). == Həyatı == Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. == Təltif və mükafatları == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. == Ailəsi == Ailəlidir.
Alı Həsənli
Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı — 21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. == Hərbi xidməti == Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Alı Mustafayev
Alı Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax rayonu – 20 noyabr 1991, Dağlıq Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. == Həyatı == === Erkən illəri === Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971–1976-cı illərdə Bakı elektrik maşınqayırma zavodunda tornaçı işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. === Jurnalist fəaliyyəti === O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. (2012-2023) == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.
Alı Əliyev
Alı Allahverən oğlu Əliyev (1922, İkinci Şıxlı, Qazax qəzası – 1998, Bakı) — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. == Həyatı və elmi fəaliyyəti == Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov.
Alı Xəlifə ocağı
Alı Xəlifə ocağı - Laçının Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. == Tarixi == Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu yerlərdəki müqəddəs məkanlara gəlincə isə Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdabə tikilmişdir. Ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Həmçinin bax == Laçın Laçın abidələrinin siyahısı Laçın rayonu Seyidlər kəndi == İstinadlar == == Xarici keçidlər == "Ziyarətgahlar diyarı - Laçın". ahlibeyt.az. İstifadə tarixi: 10 avqust 2021. "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri".
Aşıq Alı
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri. == Həyatı == Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir. O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Alı (ad)
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
"Budapeştin alınmasına görə" medalı
"Budapeştin alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
"Köniqsberqin alınmasına görə" medalı
"Köniqsberqin alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
"Vyananın alınmasına görə" medalı
"Vyananın alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Alıbəyli
Alıbəyli (Ağdam) Alıbəyli (Kəlbəcər) Birinci Alıbəyli Birinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə. İkinci Alıbəyli İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Alışanlı
Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 924 nəfərdir. == Din == Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir. === Tanınmış şəxsləri === Məhərrəm Seyidov — Azərbaycanın Milli Qəhrəmanı Rəhim Arazi — Dissident şair Səyyad Əzizoğlu — şair Saleh Məhərrəmov — Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Alışarlı
Alışarlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi adlandırılmışdır.
Alışarlılar
Alışarlılar — azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfasının bir qolu == Həyatı == Əsasən, Şərur rayonunun Alışar kəndində yaşayırlar. Kəndin adı da Alışarlılarla əlaqədardır;həmin tayfanın burada məskunlaşması ilə yaşayış məntəqəsi yaranmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 105-21. ISBN 5-8066-1468-9.
Alışdım-yandım
Alışdım-yandım — Azərbaycanın qədim xalq rəqslərindən biri. Rəqsin ilk adı "fason" olmuşdur. Bu söz "fors", "əda", "dəb" mənalarında işlədilmişdir. Rəqsə sonradan verilmiş "alışdım-yandım" adı isə o dövrdə tanınmış bahalı parça adından götürülmüşdür. Belə ki, hələ XVIII əsrdə Azərbaycan milli geyimlərində istifadə olunan bir çox parçalar xalq arasında "gecə-gündüz", "sürüşdüm-düşdüm", "küçə mənə dar gəlir", "indiko", "gendə dur", "alışdım-yandım" və s. adlanırdı.
Alışdım (albom)
Alışdım – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun yeddinci studiya albomu. == Albom haqqında == Albomda sırf Nadir Əzimovun bəstələri yer almışdır. Aranjimanların müəllifi Nadir Əzimov və Eldar Məmmədovdur.
Alışdırma şamları
Alışdırma şamları — Yanma şamları hava ilə yanacağın qarışığının alışdırılması üçün istifadə olunur. Şamların qığılcım, qızma, yarım keçiriçi, katalik və s. növləri var. Benzin ilə işləyən mühəriklərdə qığılcım şamlardan istifadə edilir. Yanma kamerasında hava ilə yanacağın qarışmasına minlərlə vəya on minlərlə voltun qığılcımı nəticəsində alışma baş verir. Şamlar hər silindirdə idarə etmə blokundan vəya "traplordan" gələn informasiya əsasında qığılcım verir. Bunlar mühərrikin t/o vəziyətinə uyğun hesablanılıb qoyulur. Raket mühərriklərində şamlar yalnız işə salma zamanı istifadə edilir və ikinci dəfə istifadə edilməsi mümkün olmur, amma avtomobil mühərriklərində yanacaqdan asılı olaraq şamlar bir neçə min km istifadə edilə bilir. Dizel mühərriklərində yanma şamları sadəcə mühərrik işə salan zaman ilk növbədə qızır və yanmanı verir. Bundan sonra növbəti partlayış üçün sönür və alışma özü özündən daxili baş verir.
Alışeevski rayonu
Əlşəy rayonu (başq. Әлшәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Raevski kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir. == Tarix == Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir. == Əhali == Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %.
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.

Digər lüğətlərdə