ALFONS

сущ. альфонс (любовник, находящийся на содержании у женщины)
ALFAMETR
ALFRESKO
OBASTAN VİKİ
Alfons Dode
Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu. Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb. Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və... Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi.
Alfons Leqro
Alfons Leqro (fr. Alphonse Legros; 8 may 1837[…], Dijon, Kot-d’Or – 8 dekabr 1911[…], Uotford, Hartfordşir) — fransız rəssam və ofort peşəkarı; impressionizm cərəyanına bağlı idi. Verona şəhərində bir mühasibin ailəsində anadan olmuşdur. Onun məmləkətində rəsm çəkməyə başladı. Bir yeniyetmə kimi, dekorativ və sənətşünas Nikolado ilə oxuduğu Dijon Gözəl Sənətlər Məktəbinə daxil oldu. 1851-ci ildə Parisə getdi, lakin yolda Lyon şəhərindəki Müqəddəs Nik Nikki kilsəsinin şapelini çəkən rəssam Jean-Batista Baçot ilə oxuduğu Lyonda altı ay qaldı. İlk olaraq 1857-ci ildə Paris salonunda (Ata portreti) sərgiləndi. Bundan sonra, ciddi oyma ilə məşğul olmaq başladı. Parisdə Legros dekorativ sənətkar Çarles-Antoine Cambon ilə birlikdə təhsil aldı. 1855-ci ildə Gözəl Sənətlər Məktəbində axşam dərslərinə qatıldı.
Alfons Muxa
Alfons Muxa (çex. Alfons Maria Mucha; 24 iyul 1860, Moraviya, Avstriya-Macarıstan — 14 iyul 1939, Praqa) — Çexoslovakiyada Masonluğun əsasını qoymuş dahi rəssam.Çox uzun zaman boyunca öz şah əsəri olan Slavyan Dastanı (Slovanská epopej) üzərində çalışmışdır. Bu əsər Slavyan xalqlarının tarixini izah edən bir sıra geniş şəkillərdən ibarətdir. Sənətçi bu əsəri 1928-ci ildə Praqa şəhərinə hədiyyə etmişdir.
Alfons Rotşild
Alfons Rotşild — fransız bank sahibi. Alfons Rotşild Parisdə çox məşhur bankir Ceyms Mayer de Rotşildin (1792–1868) böyük oğlu idi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur. Bakı neft sənayesinin gur inkişafı xarici kapitalın diqqətini cəlb edirdi. Ən qısa müddətlərdə 1844-cü ildə Bakıda "Xəzər-Qaradəniz neft-mədən və ticarət cəmiyyəti" yaradılmışdır. Bu cəmiyyətin başında fransız bank sahibi Alfons Rotşild dururdu. Yeni cəmiyyətin planları böyük idi: neftin hasilatı, onun emalı və xüsusilə ixracı. Bakı quyularının neft fontanları, bu işgüzar adamı yeni satış bazarları tapmağa məcbur edirdi. 1901-ci ildə Rotşild Nobel ilə birləşərək, Bakı neftindən hazırlanan məhsulların - mazutun, kerosinin, texniki yağların və s. daşınması ilə məşğul olan "Nobel-Mazut" konsernini yaratdı.
Alfons Bertillon
Alfons Bertillon (22 aprel 1853, Keçmiş VII arondisman (Paris)[d], Paris – 13 fevral 1914[…], Paris) — fransız polis məmuru və biometrik tədqiqatçı. Hüquq-mühafizə qüvvələri antropometriyanın antropoloji texnikasını tətbiq etməklə fiziki ölçülərə əsaslanan identifikasiya sistemi yaratmışdır. Antropometriya cinayətkarları aşkar etmək üçün hüquq-mühafizə qüvvələri tərəfindən istifadə edilən ilk elmi sistem idi. Bundan əvvəl cinayətkarları yalnız ad və ya foto ilə müəyyən etmək mümkün idi. Bu üsul sonda barmaq izi ilə əvəz olundu. Bundan əlavə, "mugshot" olaraq adlandırılan fotoqrafiya ixtirası da ona aiddir. Cinayətkarların fotoşəkil çəkmə təcrübəsini fotoqrafiya ixtirasından cəmi bir neçə il sonra, 1840-cı illərə dayanır. Bununla belə, Bertillon 1888-ci ilə qədər bu təcrübə üçün standart bir proses yarada bilmədi. Bertillon Parisdə anadan olub. O, statistik Lui-Adolf Bertillonun oğlu və statistik və demoqraf Jak Bertillonun kiçik qardaşı idi.
Alfons de Kandol
Alfons de Kandol (fr. Alphonse Louis Pierre Pyramus de Candolle; 27 oktyabr 1806[…], Paris – 4 aprel 1893[…], Cenevrə) — İsveçrə botaniki. de Candolle, Alphonse. Géographie botanique raisonnée. Paris: V. Masson. 1855. OCLC 2156582. de Candolle, Alphonse. Origin of Cultivated Plants. New York: Appleton.
Fransua-Alfons Forel
Fransua-Alfons Forel (fr. François-Alphonse Forel; 2 fevral 1841[…], Morj[d], Vo kantonu – 8 avqust 1912, Morj[d], Vo kantonu) — İsveçrə təbiətşünası, tibb professoru, həkim, təbiətşünas. Limnologiyanın banisi. Cenevrə gölü sahilində anadan olub. Fiziologiya və anatomiya mövzusunda mühazirə oxuduğu Lozanna Universitetinin Tibb professoru. Bundan əlavə, özünü ehtirasa - göllərin, xüsusən Cenevrə gölünün öyrənilməsinə həsr etdi . Göllərdəki biologiya, kimyəvi xassələr, su dövranı və çöküntü və onların əlaqələri ilə bağlı tədqiqatlar aparmışdır. Elmin yeni bir sahəsinin - limnologiyanın əsasını qoydu. Kəşflərini 1892-1904-cü illərdə "Le Léman: Monographie limnologique" adlı üç cildlik bir əsərində yayımladı. F.Forel göllərdə sıxlığın dəyişməsi fenomenini kəşf etdi və bunun izahını tapdı.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Alfonso (Asturiya şahzadəsi)
Kastiliyalı Alfonso və ya Məsum Alfonso (isp. Alfonso de Castilla) (d. 17 noyabr 1453 - ö. 5 iyul 1468) – Kastiliya kralı II Conun kiçik oğlu və Asturiya şahzadəsi. Alfonso Kastiliya kralı II Conun və ikinci xanımı Portuqaliyalı İzabellanın oğlu olaraq 1453-cü ildə dünyaya gəldi. Dünyaya gəldiyi əsnada atasının səhhəti pis idi və hələ 1 yaşına gəlmədən atası vəfat etmişdi. Atasının vəfatından sonra taxta çıxan ögey qardaşı IV Henri onu, anası və bacısı İzabella ilə birlikdə sürgünə yolladı. Daha sonra özündən 3 yaş kiçik olan ögey anasını övladlarından ayıraraq ögey bacı-qardaşını Seqoviyaya göndərdi. Henri 7 yaşında ikən bacısı İzabella ilə birlikdə Madridə gətirildi və burada Kraliça Yuannanın himayəsinə verildi. Bu illər ərzində kraliça öz qızının taxt yolunu açmaq məqsədilə Alfonsonu bir neçə dəfə zəhərləməyə cəhd etmişdi.
Alfonso Deyvis
Alfonso Deyvis (2 noyabr 2000[…]) — Hazırda Kanada milli futbol komandası və Almaniya Bundesliqasında çıxış edən Bayern Münhen FKin futbolçusudur. Gənc yaşından dünyada tanınmağa başlamışdır. 2019/2020-ci il futbol mövsümündə Alfonso Deyvis Almaniyanın ən gənc və ən yaxşı oyunçusu seçilmişdir. 2020-ci ildə komandası ilə UEFA Çempionlar Liqası və Bundesliqa qalibi olmuşdur. Alfonso Deyvis 2017-ci ildə 17 yaşında Kanada milli komandasının heyətində tarix boyu meydana çıxan ən gənc oyunçu olmuşdur. 2017-ci ildə KONKAKAF final matçında 2 qol vuraraq Kanada millisinin heyətində qol vuran ən gənc oyunçu oldu. Deyvisin valideynləri əslən Liberiyadandır. Atası Debeah Deyvis və Viktoria Deyvis doğulduqları paytaxt Monroviada ikinci Liberiya vətəndaş müharibəsi zaman ölkədən qaçıblar. Alfonso Deyvis 5 yaşında olarkən ailəsi ilə birlikdə Kanadaya köçürlər. 6 iyun 2017-ci il tarixində Kanada vətəndaşlığı alır.
Duran Alfonso
IX Alfonso (Leon kralı)
IX Alfonso (isp. Alfonso IX de León) (15 avqust 1171, Samora[d], Kastiliya və Leon – 24 sentyabr 1230 və ya 23 sentyabr 1230) — Leon və Qalisiya kralı. Atası Leon kralı II Ferdinand, anası isə Portuqaliya kralı I Afonsonun qızı Urrakadır. Wright, Roger (2000). El tratado de Cabreros (1206): estudio sociofilológico de una reforma ortográfica. London: Queen Mary and Westfield College. ISBN 9780904188592 Túy, Lucas (2003). Rey, Emma Falque (ed.). Chronicon mundi. Turnhout: Brepols.
I Alfonso
I Alfonso (1122 - 10 oktyabr 1144) — II Rocerin oğlu, Kapua knyazı və Neapol hersoqu I Alfonso (10 avqust 1377 - 15 dekabr 1461) — ilk Braqanza hersoqu və Portuqaliyanın monarx ailələrindən Braqanza sülaləsinin banisi.
I Alfonso (Braqanza hersoqu)
I Alfonso (isp. Alfonso I de Braganza) (10 avqust 1377, Eştremoş[d], Portuqaliya krallığı – 15 dekabr 1461, Şaviş[d]) — ilk Braqanza hersoqu və Portuqaliyanın monarx ailələrindən Braqanza sülaləsinin banisi. Don Alfonso 1377-ci ildə Portuqaliya kralı I Conun İnes Peresdən olan nigahdan kənar övladı olaraq doğulmuşdur. Bəzi mənbələrdə anasının yəhudi əsilli bir ayaqqabı təmirçisinin qızı olduğu qeyd olunur. Don Alfonso 10 yaşında ikən atası Lankasterli Filipa ilə rəsmi şəkildə evləndi. Ancaq yeni kraliçanın saraya gəlişi olduqca səs-küylü oldu. Belə ki, o saraya gələndə kralın uzun müddətdir münasibət saxladığı İnes Peres dərhal saraydan qovuldu və daha sonra Filipanın əmriylə monastrda rahibə olaraq yaşamağa məcbur edildi. Don Alfonso və 5 yaşlı bacısı Beatris isə kraliçanın himayəsinə alındı. Nigahdan kənar doğulmasına baxmayaraq, atası tərəfindən çox sevilən Don Alfonso, kralın yaxın dostu və mühüm komandir Nuno Alvares Pereranın qızı Beatris Perera ilə evləndirildi. Bu evliliklə Portuqaliyanın aristokrat təbəqəsinə daxil olan Don Alfonso, qaynatasının ardından Barselos qraflığına yüksəldi.
I Alfonso (Kapua knyazı)
I Alfonso (təq. 1120, güm. Siciliya qraflığı – 10 oktyabr 1144) — II Rocerin oğlu, Kapua knyazı və Neapol hersoqu. Norman ailələrindən biri olan Drenqot sülaləsinin son üzvü II Robertin devrilməsindən sonra atası tərəfindən Kapua hakimi elan olunmuşdu. 1137-ci ildə VII Serjiusun ölümündən sonra Neapollular onu hersoq seçmişdi. Roma yaxınlarında III Rocerlə birlikdə yürüşdə olarkən vəfat etmişdi.
Kastiliya kralı Alfonso
Kastiliya kralı Alfonso (ing. Alfonso, King of Castile) — İngiltərə yazıçısı Metyu Lüis tərəfindən yazılmış tarixi faciə. 1801-ci ilin noyabrında nəşr olunmuş və ilk dəfə gələn il Kral teatrında səhnələşdirilmişdir. Əsərin hadisələri XIV əsrdə yaşamış Kastiliya kralı XI Alfonso dövründə cərəyan edir. Orijinal tamaşanın aktyor heyətinə Alfonso rolunda Çarlz Mürrey, Orsino rolunda Corc Frederik Kuk, Sezario rolunda Henri Conston, Amelroza rolunda Nanet Conston və Otilliya rolunda Harriyet Litçfild aid idi. Macdonald, David Lorne. Monk Lewis: A Critical Biography. University of Toronto Press, 2000. Nicoll, Allardyce. A History of Early Nineteenth Century Drama 1800-1850.
Loren Alfonso
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.
Loren Alfonso Dominqes
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.
V Alfonso
V Alicənab Alfonso
XIII Alfonso (İspaniya kralı)
XIII Alfonso (isp. Alfonso Francisco de Asís Fernando Pío Juan María de la Concepción Gregorio Pelayo) (17 may 1886 – 28 fevral 1941[…], Roma) — İspaniya kralı. Atası XII Alfonso, anası isə Avstriyalı Mariya Kristinadır. Atasının ölümü əsnasında anası ona hamilə idi və bu səbəblə uşağın doğulması gözlənildi. Nəticədə atasının ölümündən 6 ay sonra dünyaya gəldi və eyni gün XIII Alfonso adıyla İspaniya kralı elan edildi. 16 yaşına qədər isə anası Mariya Kristina kral naibəsi olaraq xidmət etdi. Tuñón de Lara, Manuel (2000) [1967]. La España del siglo XX. Vol. 1. La quiebra de una forma de Estado (1898–1931).
XII Alfonso (İspaniya kralı)
XII Alfonso (isp. Alfonso Francisco de Asís Fernando Pío Juan María de la Concepción Gregorio Pelayo) (28 noyabr 1857[…] – 25 noyabr 1885[…]) — İspaniya kralı. Anası İspaniya kraliçası II İzabella, atası isə kral-konsort Fransisko Asisdir. Anasının 1868-ci ildə taxtdan endirilməsindən sonra ailəsiylə birlikdə ölkədən qaçdı və ilk təhsilini də aldığı Avstriya və Fransada yaşadı. 1874-cü ildə Birinci İspaniya Respublikasına qarşı baş tutan silahlı çevrilişin ardından taxta dəvət edildi və İspaniyada monarxiya bərpa edildi. Buna baxmayaraq 1885-ci ildə hələ 27 yaşında ikən vəfat etdi. İspaniya tarixinin səltənətdə ikən vəfat edən son monarxı olaraq bilinir. Ölümü əsnasında xanımı Mariya Kristina hamilə idi və bu səbəblə uşağın doğulması gözlənildi. Nəticədə ölümündən 6 ay sonra dünyaya gələn oğlu XIII Alfonso adıyla İspaniya kralı elan edildi. M. Wattel, B. Wattel.
XI Alfonso (Kastiliya kralı)
XI Alfonso (isp. Alfonso XI) və ya İntiqamçı Alfonso (isp. Alfonso el Justiciero) (13 avqust 1311, Salamanka, Kastiliya və Leon – 27 mart 1350 və ya 26 mart 1350[…], Cəbəllüttariq, Britaniya dəniz əraziləri) — Kastiliya və Leon kralı. Atası Kastiliya kralı IV Ferdinand, anası isə Portuqaliya kralı I Denisin qızı Konstansadır. Atasının ani ölümünün ardından hələ 1 yaşında ikən kral elan edildi və ailə mənsublarının bir çoxunun naibliyi ilə səltənətdə qaldı. 1325-ci ildə hakimiyyəti ələ aldı və mərkəzi hakimiyyəti gücləndirən siyasət yürütdü. O'Callaghan, Joseph F. (2011). The Gibraltar Crusade: Castile and the Battle for the Strait. Philadelphia: University of Pennsylvania Press. p.
Alfonso de Zamora
Alfonso de Zamora (isp. Alfonso de Zamora; 1474, Samora[d], Kastiliya və Leon – 1531, Samora[d], Kastiliya və Leon) – yəhudiəsilli İspaniya alimi. Bibliya tərcüməçisi olmuşdur. Alfonsonun atası Xuan de Zamora 1492-ci ildə İspaniyadan sürgün olunmuş, lakin daha sonra İspaniyaya qayıtmış yəhudilərdən biri olmuşdur. Onlar 1506-cı ildə katolikliyə keçsələr də, gizli yəhudi olmağa davam etmişdirlər. Alfonso katolikliyə keçməmişdən sonra yəhudi təhsili almış və Salamanka Universitetində ivrit dili üzrə professor olmuşdur. Bu universitet Vyana Şurasının dekreti (1311–1312) əsasında ivrticə təhsil verən Avropa universitetlərindən biri idi. O, latın dilində ivrit dili qramatikası və lüğətləri yazmış, Bibliya araşdırmaları aparmış və Roma yəhudilərinə konversionist məktub (1526, Alkala-de-Enares) yazmışdır. Alfonso ilk poliqlot Bibliya olan Komplutensiya Poliqlotta üzərindəki işinə görə tanınır. O, bu Bibliya üzərində 15 il işləmişdir.
V Alicənab Alfonso
V Alfonso və ya Mərhəmətli Alfonso (isp. Alfons V; 24 fevral 1396 və ya 1396, Medina-del-Kampo[d], Kastiliya krallığı – 27 iyun 1458 və ya 1458) — Araqon və Neapol kralı. Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ən böyük oğlu idi. Atasının vəfatının ardından Araqon kralı seçildi. Ardından Neapol kralı Rene ilə girişdiyi taxt mübarizəsində qalib gəldi və Neapol kralı elan edildi. Armstrong, Edward (1964). "The Papacy and Naples in the Fifteenth Century". In Previte-Orton, C.W.; Brooke, Z.N. (eds.). The Cambridge Medieval History: The Close of the Middle Ages. VIII. Cambridge at the University Press.
Loren Alfonso Dominges
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.

Digər lüğətlərdə