ALMALI-ARMUDLU

прил. с фруктовыми деревьями (садами). Alma-armudlu kənd село с (фруктовыми) садами
ALMALI
ALMALIQ
OBASTAN VİKİ
Armudlu
Armudlu (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Armudlu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Armudlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Armudlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Armudlu (Başkeçid) — Gürcüstan Respublikasının Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Armudlu (Sərdarabad) — Qərbi Azərbaycanın Sərdarabad mahalında kənd. Armudlu (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında qışlaq. Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunun ərazisində kənd Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay.
Almalı
Yaşayış məntəqələri AzərbaycandaAlmalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd.ErmənistandaAlmalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd.
Armudlu (Başkeçid)
Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd adını ətrafındakı kol armudu ağaclarının çoxluğuna görə almışdır. Armudlu kəndi Dmanisidən 7 km məsafədə, Maşavera çayı ətrafında yerləşir. Kəndin ətrafı həmişəyaşıl iynəyarpaqlı meşə ilə örtülmüşdür. Armudlu kəndi içməli suyu ilə də məşhurdur. Dmanisi ərazisində ən dadlı su mənbəsini məhz Armudlu kəndindən götürür. Armudlu kəndində "Cacıqlı" adlanan ərazidə şəlalələrdən süzülən su xüsusi kanallarla Armudlu kəndinə və oradan da başqa kəndlərə ötürülür. Başqa su mənbələrinə də "Göy Bulaq", "Qırmızı Bulaq" və s. nümunələri göstərmək olar.
Armudlu (Kəlbəcər)
Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sol sahilində yerləşir. === Yaylaqları === Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd. === Bulaqları === Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Armudlu (Qax)
Armudlu — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. Bu kəndin ərazisi keçmişdə qaraqoyunlu tayfasına mənsub yaylaq yeri olmuşdur. Sonralar həmin tayfa üzvləri orada məskunlaşmışdır. Kənd sakinləri Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin nəslindən gəlir. == Coğrafiyası və iqlimi == Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var.Armudlu dağlarla əhatə olunmuş kənddir. == Əhalisi == 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşamaqdadır.
Armudlu (Qubadlı)
Armudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Armudlu kəndi Əliyanlı tayfasına mənsub ailələr tərəfindən salınmışdır. 1948-ci ilədək kəndin adı Amuduq olmuş, Amuduq dağının adı ilə adlandırılmışdır. Sonralar Amuduq kimi təhrif olunmuş və kəndin adı da belə qeydə alınmışdır.Toponimi qrammatik xüsusiyyətlərinə görə yozanlar da var. Bu, mənası aydın olan düzəltmə sözdür. Armudlu toponimi armud sözünə -lu şəkilçisi artırılaraq armud ağacının həmin ərazidə çox olduğunu bildirir. Müasir Azərbaycan dilində -lu şəkilçisi əsasən sifət düzəldən formant kimi fəaliyyət göstərir, başqa sözlə, atributiv sözlər əmələ gətirir. Belə şəkilçili sözlər asanlıqla substansivləşir, yəni, təyinsiz işlənir. Armudlu sözündəki -lu şəkilçisi meyvə ağacı adı bildirən isimə birləşərək, topluluq, yəni orada həmin ağacın çoxluğunu ifadə edir. Yaşayış məntəqəsi armud ağacları bol olan sahədə salındığı üçün belə adlanmışdır.
Armudlu (Sərdarabad)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == === Böyük Armudlu === Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur. === Kiçik Armudlu === Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi.
Armudlu (Yalova)
Armudlu ilçəsi — Yalova ilinin ilçəsi. Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var. == Etimologiya == Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur: 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir.
Armudlu (İcrud)
Armudlu (fars. ارموتلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (19 ailə).
Armudlu (Şuşa)
Armudlu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Armudlu (Şörəyel)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim armud bitki adına çoxluq mənası bildirən "-lu" şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi) qoyulmuşdur.
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Almalı (Bostanabad)
Almalı (fars. المالو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 305 nəfər yaşayır (64 ailə).
Almalı (Daşkəsən)
Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Almalı (Dərələyəz)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14–16 km qərbdə, Elpin kəndinin şimalında yerləşir. Toponim almalı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914- cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922- ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939-cu ildə kənd ləğv edilmişdir.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Almalı (Qax)
Almalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşamaqdadır. Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir. == Toponimikası == Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Almalı (Xoy)
Almalı (fars. المالو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 930 nəfər. yaşayır (203 ailə).
Almalı (İşembay)
Almalı (başq. Алмалы, rus. Алмалы) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Petrovski kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 45 km, kənd sovetliyindən (Vasilevka): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km.
Almalı (Əcəbşir)
Almalı (fars. المالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,386 nəfər yaşayır (308 ailə).
Almalı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Almalı Şarlotka
Şarlotka — Rusiyanın məşhur piroqlarından biridi. == Tarixi == Piroqun əsl kökü Fransaya gedib çıxır. Fransız aşbazlarının icad etdiyi Şarlotka sonralar Rusiya mətbəxi tərəfindən bəyənilib mənimsənmişdir. Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür. Piroqun sobada bişməsi hardasa 1 saat çəkməsinə baxmayaraq, hazırlanması 10 dəqiqə çəkir. == Tərkibi == 5 ədəd turşməzə alma (1 kg) 1 xörək qaşığı çörək qırıntısı (suxarik) bir-iki çimdik darçın (zəruri deyil) 4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın) 1 stəkan şəkər tozu 1 stəkan un bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı şəkər kirşanı (pudrası), üstü üçün == Hazırlanma qaydası == Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz.
Almalı Şizər
Almalı Şizər (fars. شیزر‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 362 nəfər yaşayır (133 ailə).