ALTIGÜLLÜG
ALUC
OBASTAN VİKİ
Alu Alxanov
Alu Alxanov (çeç. Ӏали Дадашевич Алханов; rus. Алу Дадашевич Алханов; 20 yanvar 1957, Balpık[d], Taldı-Kurqan vilayəti) — Rusiya siyasətçisi, Çeçenistan respublikasının keçmiş prezidenti.
Xesus Alu
Xesus Alu (24 mart 1942, Bajos de Xayna[d] – 10 mart 2023, Bajos de Xayna[d]) — Dominikan beysbolçusu. == Həyatı və karyerası == Alu 24 mart 1942-ci ildə Dominikan Respublikasının Bajos de Xayna şəhərində anadan olmuşdur. 1963–1979-cu illər arasında Milli Amerika Beysbol Liqasında kənar oyunçu kimi iştirak etmişdir. O, San Fransisko Cayents (1963–1968), Xyuston Astros (1969–1973; 1978–1979), Oklend Atletiks (1973–1974) və Nyu York Mets-də (1975) davam etdi. Qardaşları Felipe və Metti Aloy da keçmiş beysbol oyunçuları idi. Aktiv idman karyerasından sonra bəzi beysbol klublarında müşahidəçi kimi çalışmışdır. Xidmətlərinə görə o, 23 sentyabr 2008-ci ildə İspan Beysbol Şöhrət Zalı Pioner Mükafatını aldı. == Şəxsi həyatı və vəfatı == Ancela Xenli ilə ailə həyatı qurmuşdu. Övladlarının sayı beşdir. Alu 10 mart 2023-cü ildə doğulduğu Dominikan Respublikasında 80 yaşında vəfat etdi.
Aluank
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Aluen kilsə məclisi
Aquen kilsə məclisi, Aquen məclisi, Aluen məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi. == Aquen kilsə məclisinin kecirildiyi tarixi şərait == Aquen qanunları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapmışdır. Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada və indiki Gürcüstan ərazisində kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi. Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı. Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis — böyük məhkəmə qurmaq istədi".
Aluiziu Azevedu
Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu (port. Aluísio Tancredo Belo Gonçalves de Azevedo; 14 aprel 1857[…], San-Luis[d] – 21 yanvar 1913[…], Buenos-Ayres) — Braziliya yazıçısı, karikaturaçısı, diplomatı, dramaturqy və hekayə yazıçısı. O, Artur Azevedunun qardaşıdır. Azevedunun "Mulat", "Xarabalıq", "Pansion", "Kişi" romanları XIX əsrin sonlarında Braziliyadakı sosial həyatın geniş panoramasını təşkil edir. == Həyatı == Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu 14 avqust 1857-ci ildə Braziliyanın San-Luis şəhərində anadan olmuşdur. Gəncliyində səyyar satıcı işləmiş Azevedu uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərirdi. O, 1876-cı ildə universitetdə rəssamlıq təhsili almaq üçün Rio-de-Janeyroya getmiş və oranı bitirdikdən sonra "O Figaro", "O Mequetrefe", "Zig-Zag" və "A Semana Ilustrada" kimi bir sıra qəzet və jurnallarda karikaturaçı kimi çalışmışdır. Azevedu 1887-ci ildə atasının ölümündən sonra ailəsinin qayğısına qalmaq üçün San-Luis şəhərinə qayıtmağa məcbur qalmışdır. Təxminən eyni vaxtda o, 1880-ci ildə ilk romanı "Uma Lágrima de Mulher"i nəşr etdirərək yazıçılıq karyerasına başlamışdır. Əslində romantik olan Azevedu sonralar naturalizm hərəkatına qoşulmuşdur.
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Мала гірнича енциклопедія : у 3 т. / за ред. В. С. Білецького. — Д. : Донбас, 2004. — Т. 1 : А — К. — 640 с. — ISBN 966-7804-14-3.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Alunitdağ
Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında alin/alun və it — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.
Alunogen
Alunogen — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrialunogen – tektitsit. == Xassələri == Rəng – ağ, qatışıqlardan asılı olaraq – sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəfi; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 1,77-1,78; Sərtlik – 1-2; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – kəskin turş dadlıdır; suda həll olur; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; kiçik ölçülü prizmatik, lövhəvari; Mineral aqreqatları: incəlifli, böyrək-, salxım- və pulcuqvarı, sıx dənəvər, tozaox-şar kütlələr, qabıqlar, nazik qaysaqlar. == Mənşəyi və yayılması == Sulfat turşusu məhlullarının alüminium saxlayan minerallara təsiri nəticəsində kömürlü çöküntülərdə, gil şistlərində, argillitlərdə əmələ gəlir. Çox vaxt sulfid yataqlarının oksidləşmə zonasında rast gəlir. Vulkan fəaliyyətinin təzahür etdiyi rayonlarda fumarol və solfatar çöküntülərində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, markazit, melanterit, epsomit, halotrixit, qoslarit və b. Mineralın tapıldığı yerlər: Vezuvi vulkanı, Possuoli solfatarları (İtaliya); Kollosoruk (Çexiya); Ekvador; Cənubi Avstraliya şt. (Avstraliya).
Alupka
Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir. == Coğrafiyası == === İqlim === Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C). == Tarix == Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi.
Alutiklər
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Adlandırma == Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bugünkü Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Aluşta
Aluşta (rus. Алу́шта, ukr. Алу́шта, krımtat. Aluşta) — Ukraynada, Krımın Cənub sahilində şəhər, Aluşta rayonunun mərkəzi. == Əhali == 1805-ci ildə — 208 nəfər (ümumi Krım tatarları) 1849-cu ildə — 429 nəf. 1864-cü ildə — 763 nəf. 1887-ci ildə — 1172 nəf. 1897-ci ildə — 2182 nəf. (1 568 Krım tatarı) 1926-cı ildə — 4800 nəf. (2 070 Krım tatarı, 1 450 rus, 480 ukraynalı, 270 yəhudi, 250 yunan, 30 alman, 20 erməni, 10 bolqar) 1939-cu ildə — 9689 nəf.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Neoseiulus alustoni
Neoseiulus alustoni (lat. Neoseiulus alustoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Strix aluco
Adi yapalaqca (lat. Strix aluco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Alutaquze Milli Parkı
Alutaquze Milli Parkı — Estoniyada milli park. Ölkənin ən gənc milli parkı. Estoniyanın şərqində, İda-Viruma qraflığında yerləşir. == Yaradılış tarixi və məqsədləri == Alutaquze Milli Parkı 2018-ci il noyabrın 24-də yaradılıb. Estoniyadakı altı milli parkdan ən gəncidir. Estoniyada ilk milli park 1971-ci ildə Lahemaada, sonuncudan əvvəlki milli park isə 2004-cü ildə Matsaluda yaradılmışdır. Alutaquzda milli parkın yaradılması ideyası ilk dəfə 1920-ci illərdə estoniyalı botanik Qustav Vilbaste tərəfindən irəli sürülüb. Lakin onun planı yalnız təxminən 100 il sonra həyata keçirildi. Alutaquze Milli Parkının məqsədi Peipsi gölünün bataqlıq, meşə, çəmən, göl, çay və sahil təbii icmalarını, bölgə üçün xarakterik olan landşaft və relyef formalarını, bioloji müxtəlifliyi, qorunan heyvan və bitkiləri, mühüm miqrasiyanı qorumaq və bərpa etməkdir. == Ərazi == Alutaquze Milli Parkı Alutaquz ovalığının böyük hissəsini tutur.
Smartfon aludəçiliyi
Alum
Alumlar ikiqat duz qrupuna aid olan kimyəvi birləşmələrdirlər. Onların ümumi düsturu [ Me +1 Me +3 (SO 4 )<substrat>2.12H 2 O ] formasındadır. Burada Me +1 = K +, NH 4 +, Rb +, Cs +, TI + ; Me +3 = Al +3, Fe +3, Ga +3, In +3, Cr +3, V +3 kimi ifadə edilə bilər. İplik və ya parça rəngləmədə və yaxud da suyun təmizlənməsində müntəzəm olaraq istifadə olunan alum hal-hazırda aluminium sulfatla əvəz edilmişdir. Alumlar suda asanlıqla həll oluna bilirlər və onların şirin dadları olur. Türkiyənin Gediz-Şaphane ərazisində onlara çox rast gəlinir.
Aluminium sulfat
Aluminium sulfat Al2 (SO4)3 formuluna malik olan kimyəvi birləşmədir. Suda həll olunur və ilk növbədə içməli suyun və çirkab suları təmizləmə qurğularının təmizlənməsində, eləcə də kağız istehsalında qatılaşdırıcı agent kimi istifadə olunur.
Alunia
Dittrichia (lat. Dittrichia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cupularia Godr. & Gren. === Heterotipik sinonimləri === Alunia Lindl. Myriadenus Cass.

Значение слова в других словарях