Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə.[2]
Alunitdağ | |
---|---|
40°31′44″ şm. e. 46°03′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında alin/alun və it — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir.[3]
Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 635 | 331 | 304 |
2009[5] | ↗684 | ↗353 | ↗331 |
Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir.[6]
Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.[7]
Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qəsəbədə Alunitdağ qəsəbə tibb məntəqəsi yerləşir.[8]