ANKLAV

(fransız enclave, son latın inclavo-qıfıllayıram; latın clavis-açar) (enclav) - beynəlxalq hüququn institutu; dövlət ərazisinin bütövlükdə və ya onun hər hansısa bir hissəsinin digər dövlətin (dövlətlərin) əraziləri ilə əhatə olunması (misal: Naxçıvan). Əgər dövlət və ya onun hər hansısa bir hissəsi tam olaraq başqa dövlət(lər)in əraziləri ilə əhatə olunmursa, yəni açıq dənizə çıxışı vardırsa, belə ərazilərə yarımanklav deyilir (misal: Kalininqrad (Rusiya)). A.- lar tarixi proseslərin və coğrafi quruluşun nəticəsində əmələ gəlir və dövlətin paytaxtı ilə onun A. ərazilərini bağlayan mürəkkəb hüquqi əlaqələri vardır. Bir qayda olaraq dövlətin A. ərazilərində idarəçliyin asanlaşdırılması naminə A. ərazilərinə müəyyən muxtariyyət verilir.
ANDİÇMƏ
ANTAQONİZM
OBASTAN VİKİ
Anklav
Anklav (ing. Enclave) — Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir, lakin sahib olduğu dövlətə münasibətdə bu eksklav adlandırılır. Misal üçün Naxçıvan Muxtar Respublikası bir dövlətlə əhatə olunmadığı üçün onu heç bir dövlətin anklavı adlandırmaq olmaz . Buna görə də Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının eksklavıdır. Anqola — Kabinda Azərbaycan — Naxçıvan Muxtar Respublikası, Kərki, Yuxarı Əskipara və Barxudarlı, Sofulu Banqladeş — Kook Behar Belçika — Baarle-Hertog Bruney — Temburong Şərqi Timor — Oecussi-Ambeno Hindistan — Cooch Behar İtaliya — Campione d'Italia Almaniya — Büsingen am Hochrhein Qırğızıstan — Barak Malavi — Likoma Adası Oman — Musandam və Madha Rusiya — Kalininqrad İspaniya — Ceuta, Llivia və Melilla Tacikistan — Vorukh və Kayragach BƏƏ — Nahva ABŞ — Alyaska , Alburgh , Vermont , Minnesota Şimali Kipr Türk Respublikası — Ərənköy Özbəkistan — Shohimardon, Qal'acha və Khalmion Okeana çıxışı olan və dövlətin əsas ərazisindən kənarda yerləşən ərazilər poluanklav adlanır. Rusiyanın Kalininqrad vilayəti, Anqolanın Kabinda əyaləti poluanklav hesab olunur.
Azərbaycan anklavları (dəqiqləşdirmə)
Kərki. Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının tamamilə Ermənistan ilə əhatə edilmiş kəndi. Yuxarı Əskipara və Barxudarlı. Azərbaycan Respublikasının Qazax rayonunun tamamilə Ermənistan ilə əhatə edilmiş kəndləri. Dərəgəz və Lüftabad. Şimali Xorasanda 2 azərbaycandilli anklav. Gürcüstanda azərbaycandilli anklavlar. Azərbaycanlıların Kvemo-Kartlidə 6, Msxeta-Mtianetində 1, Kaxetiyada 2 etnik anklavı vardır.

Digər lüğətlərdə