Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abraham Hiatsint Anketil-Düperron
Abraham Hiatsint Anketil-Düperron (7 dekabr 1731[…], Paris – 17 yanvar 1805[…], Paris) — fransız alimi, şərqşünas, Avropa alimləri arasında Avestanın ilk tərcüməçisi. == Həyatı == Anketil-Düperron Parisdə, Okserdə və Amersfortda ilahiyyat təhsili almışdı. O, Parisdə bir neçə Şərq dilini öyrənmişdi. == Elmi fəaliyyəti == Anketil-Düperron 1755-ci ildə sanskrit və zənd dillərini öyrənmək məqsədilə hökumət tərəfindən Hindistana göndərilmişdi. Bu ölkəni 10 ay gəzdikdən sonra Sort şəhərində məskunlaşaraq 1760-cı ilə qədər bu şəhərdə yaşamışdır. 1755–61-ci illərdə Anketil-Düperron ölü dildə yazılmış Avestanın pars kahinləri tərəfindən (icmanın etirazına baxmayaraq) yeni pars ləhcəsində oxunmasına nail olmuşdu. O, hətta Avestanın əlyazmalarını əldə edə bilmişdi. 1762-ci ildə Parisə qayıdan Anketil-Düperron Kral kitabxanasına Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdu. 1771-ci ildə Avestanı şərhlərlə fransız dilində nəşr etmişdi. Anketil-Düperronun tərcüməsi o dövrün bir çox alimləri tərəfindən qəbul olunmamış, bu mətnlərin orijinal olduğuna şübhə ilə yanaşanlar və Avesta mətnlərinin saxtalaşdırıldığını düşünənlər də olmuşdur.
Lui Anketen
Lui Anketen (fr. Louis Anquetin, 26 yanvar 1861[…], Etrepanyi[d] – 19 avqust 1932[…], Paris) — fransız rəssam və sənətşünas, rəssamlıqda sintetizm sənətinin qurucularından biri. == Bioqrafiya == 1881-ci ildə Lui Anketen Parisə gəldi və Leon Bonnın sənət studiyasında oxudu. Burada Anri de Tuluz-Lotreklə tanış olub, daha sonra uzun illər dostlaq əlaqəsi qurdular. Bonn studiyası bağlandığından sonra dostlar Atelyer Kormonun sinfinə daxil oldular. Sinifdə Lui Anketen ən perspektivli tələbə sayılırdı. 1887-ci ildə Vinsent van Qoq, Anketen və Emil Benardın heyranlığına səbəb olan Parisdə Tamburin kafesində Yapon qrafika kolleksiyasını qurdu və sonra onları rəngkarlıqda yeni bir meyl inkişaf etdirməyə təşviq etdi və daha sonra kluazonizme çevrildi. 1894-cü ildə Anketen və Tuluz-Lotrek Hollandiya klassik rəsmini öyrənmək üçün Belçika və Hollandiyaya yola düşmüşdülər. == Ədəbiyyyat == Émile Bernard, "Louis Anquetin", L'Art et les Artistes, 1933. Frédéric Destrémau, Louis Anquetin le retour au métier, DEA de l'Université Paris I, 1990.
Albert Anker
Albert Samuel Anker (1 aprel 1831[…] – 16 iyul 1910[…]) ən çox uşaq portretləri ilə tanınmış İsveçrəli rəssamdır.
Robert Anker
Rengert Robert Anker (26 aprel 1946 – 20 yanvar 2017, Amsterdam) — Niderlandlı yazıçı. 1993-cü ildə yazdığı De terugkeer van kapitein Rob novellasına görə Anker Ferdinand Bordeviyk Mükafatına layiq görülmüşdür. 2002-ci ildə isə yazdığı Een soort Engeland əsərinə görə Libris Mükafatına layiq görülmüşdür.
Rozanna Arket
Rozanna Loren Arket (ing. Rosanna Lauren Arquette, 10 avqust 1959, Nyu-York) — amerikalı aktrisa, film rejissoru və prodüseri. 1977-ci ildə aktrisa kimi fəaliyyətə başlamışdır.
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Alget
Məscidli Görarxı (3 avqust 1959-cu ildən: gür.: g.ə. ალგეთი, l.ə. algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Meçidli Gorarxı" adlandırırlar. Meçidli Gorarxinda meçid olduğu üçün belə adlandırılar. Həmçinin "Qanlı Gorarxı" adı ilə də tanınmışdır. == Əhalisi == 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Anceti
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Anjen
Anjen (fr. Engins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 2007-ci il üçün əhalisi 481 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Ankerit
Ankerit – karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir.
Anoeta
Estadio Anoeta İspaniyanın Donostia şəhərində 1993-cü ildə çox məqsədli olaraq inşa edilən bir stadion Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Real Sosiedad komandasının matçlarını oynadığı stadion, 32.000 tamaşaçı tutuma malikdir.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Ansel
Ansel (fr. Ancelle, oks. Ancela) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05004. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 831 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (əsasən qoyunlara) əsaslanır. 1950-ci ildən bəri ailə turizmi inkişaf edir.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Antep
Qaziantep — Türkiyənin Qaziantep ilinin inzibati mərkəzi.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Anyen
Anyen (fr. Agnin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38003. Kommunanın 2007-cu il üçün əhalisi 789 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 167 ilə 331 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənubda, Liondan 75 km qərbdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Aykut
Aykut — ad. Aykut Kocaman — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Aykut Oray – Türk teatr, kino və serial aktyorudur. Aykut Erçetin — Türkiyə futbolçusu Aykut Barka — Türkiyəli geoloq.Soyadİmren Aykut — Türkiyə iqtisadçısı və dövlət xadimi.
Ankhe
Ankhe (vyet. An Khê) — Vyetnamın Zyalay vilayətində şəhər, birinci dərəcəli inzibati bölgü. Əhalisi 63,118 nəfərdir.Sahildəki Kuinyon və Mərkəzi dağlıqdakı Pleyku arasında mühüm QL-19 magistral yolu üzərində yerləşən Ankhe Vyetnam müharibəsi zamanı strateji əhəmiyyətə malik idi. == Tarixi == 1965-ci ilin avqustunda ABŞ-nin 1-ci süvari diviziyası Ankhe yaxınlığında Kemp Redkliff bazasını qurmuşdu. Həmin ilin sentyabrında şəhərdən 30 km aralıda Annin döyüşü baş vermişdi. Kemp Redkliff 1970-ci ilin sonuna qədər ABŞ ordusunun müxtəlif bölmələri tərəfindən istifadə edilmiş, sonra Vyetnam Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Annett adası
Annett adası (ing. Annette Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasından təxminən 1,2 km cənubda yerləşir. Təxminən 18 km uzunluğa və eyni enə malikdir. Adanın sahəsi 332,57 km²-dir. Ada 1879-cu ildə Amerika təbiətşünası və Alyaska araşdırmaçısı Vilyam Doll tərəfindən həyat yoldaşı Annett Vitney Dollun şərəfinə adlandırılmışdır.. 2000-ci il siyahıyaalınmasına görə, adanın əhalisi 1447 nəfərdir, onlardan 1375 nəfəri statistik cəhətdən təcrid olunmuş Metlakatla bölgəsində yaşayır. Əhalinin əksəriyyətini simşyanlar təskil edir. Bütün ada hindu rezervasiyasıdır (Alyaska ştatında yeganə). Annet adasında ərazinin ağac sənayesinin mirası olan torpaq yollar şəbəkəsi vardır.
Ansel Adams
Ansel Adams (20 fevral 1902[…], San-Fransisko, Kaliforniya – 22 aprel 1984[…]) — ABŞ fotoqrafı. == Həyatı == Ansel Adams 20 fevral 1902-ci ildə San-Fransiskoda anadan olmuşdur. Yalnız ağ-qara tonununda rəsm çəkmək üçün gur işıqdan istifadə etmişdir. == Albomları == My Camera in Yosemite Valley (Yosemite Vadisi'ni Görüntülerken, 1949) Portfolio Two: The National Parks (Albüm İki: Ulusal Parklar, 1950) This is the Amerikan Earth (İşte Amerikan Toprağı, 1960) Ansel Adams, Images (Ansel Adams, Görüntüler, 1923–1974) == Əsərləri == === Əsas fotoları === Monolith, The Face of Half Dome, 1927. Rose and Driftwood, 1932. Clearing Winter Storm, 1940. Moonrise over Hernandez, New Mexico, 1941. Ice on Ellery Lake, Sierra Nevada, 1941. Georgia O'Keeffe and Orville Cox at Canyon de Chelly Aspens, New Mexico, 1958. === Foto kitabları === Ansel Adams: The Spirit of Wild Places, 2005.
Anser albifrons
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Anser caerulescens
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Anser canagicus
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Bankə
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir. Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. == Tarixi == Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub. 1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.XIX əsr rus mənbələri içərisində Nikolay Kalaşevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində Bankənin də adı çəkilir.