Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kim Possibl: Bitirmə
Kim Possibl: Bitirmə (ing. Kim Possible: Graduation) - 2007-ci ildə çəkilmiş qısametrajı iki hissəli animasiyadır. Bu animasiya bütün seriyaların bitirir. == Məzmun == Birinci hissədə Həkim Drakken bitki qatillərinin köməyi ilə dünyanı ələ keçirmək istəyir. Bunun üçün Drakken xüsusi maddə hazırlayır. Bu müddətdə Kim onun planlarını yox etmək niyyətindədir. Onların mübarizəsindən sonra əvvəlki mübarizələrdən fərqli olaraq Drakkenin laboratoriyası dağılmır və gül bağına çevrilir. Amma bir müddətdən sonra Kim və Drakken ayrı-ayrılıqda özgəplanetlilər tərəfindən qaçırılır... İkinci hissədə dostlarını xilas etmək üçün Ron və Şiqo kosmosa yola düşürlər. Kim və Drakken xilas olan zaman dördlük dünyanı xilas etmək istəyirlər.
Bişirmə banan
Bişirmə banan (lat. Musa ×paradisiaca), Plantin və ya Plantan- Meyvələri ümumiyyətlə yemək bişirmədə istifadə olunan banan cinsindəki banan becəriciləridir. Bişirmə bananları Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada və Cənubi Amerikanın şimalında əsas qida maddəsidir.
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. == Süjet xətti == Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Batırbek Tuqanov
Batırbek Tuqanov (oset. Батырбег Тугъанты, 4 (16) iyul 1866 – 19 iyun 1921) — Osetiya ictimai inqilabi xadim, yazıçı, tərcüməçi, dramaturq və hüquqşünas. == Bioqrafiyası == 4 iyul 1866-cı ildə hazır ki Şimali Osetiya Respublikası Diqora rayonu Dur-Dur kəndində bir osetin torpaq sahibinin ailəsində anadan olmuşdur. 1880-ci ildə Vladiqafqaz kişi gimnaziyasına daxil olur, sonra 1884-cü ildən Stavropol gimnaziyasında təhsiliyi davam etdirir. 1886-cı ildə təhsilini tərk edərək doğma kəndinə qayıtdır. Bir müddət sonra Vladiqafqaza köçür və burada Kosta Xetaqurovla tanış olur. Vladiqafqazda hüquq təhsili alır. Mülki işlər üzrə xüsusi vəkil adını aldıqdan sonra vəkillik etməyə başlayır. Bir hüquqşünas olaraq ilk əsərini, "Hənifə" hekayəsini yazır. İnqilabi hərəkatda iştirak edir.