ANTİSİKLON

yun. anti – əks + yun. kyklon – fırlanan

ANTİREKLAM
ANTRASİT
OBASTAN VİKİ
Antisiklon
Antisiklon (yunanca anti — "əks" və kyklon — "fırlanan") — atmosferin maksimum təzyiqin mərkəzdə olduğu yüksək təzyiq sahəsi. Antisiklonda küləklər zəif, mərkəz hissədə isə tam sakit (şəlekət) olur. Antisiklonda külək şimal yarımkürəsində saat əqrəbinin istiqaməti üzrə, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Antisiklonda havanın yuxarıdan aşağıya doğru güclü hərəkəti var. Ona görə də hava quru, açıq və buludsuz olur. Antisiklonlar Şərqi Arktikanın, Antarktidanın soyuq, buz səthi üzərində, qışda isə həm də Şərqi Sibir üzərində yaranaraq, dayanıqlı olurlar. Arktika hava kütlələri qışda şimaldan mülayim qurşağa doğru hərəkət etdikdə bütün Şərqi Avropa üzərində antisiklon əmələ gəlir və bəzən Qərbi və Cənubi Avropanı, o cümlədən Azərbaycan ərazisini də əhatə edir. Antisiklonda atmosfer təzyiqi yüksək olduğundan hava yuxarıdan aşağı enir, sıxlaşır, rütubətlə doyma nöqtəsindən uzaqlaşır. Bununla əlaqədar antisiklonda hava aydın, buludsuz və yağıntısız olur. Antisiklonlar daxilində küləklərin zəif olması və üfüqi təzyiq qradiyentinin azlığı ilə fərqlənir.
Asiya qış antisiklonu
Asiya qış antisiklonu, (Mərkəzi Asiya antisiklonu, Monqolustan antisiklonu, Sibir maksimumu, Sibir antisiklonu) – qış aylarında Asiya üzərində materikin güclü soyuması nəticəsində yaranan yüksək təzyiq sahəsi. Materikdaxili rayonlarda qış uzunmüddətli, soyuq və, demək olar ki, qarsızdır. Yanvar ayında Asiya qış antisiklonunun mərkəzində atmosfer təzyiqi 1070 millibardan çox olur (Yer kürəsində ən yüksək göstərici). Yayda Asiya qış antisiklonunu Asiya depressiyası əvəz edir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 120.
Azor antisiklonu
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Oroqrafiyanın siklon və antisiklonlara təsiri
İlk dəfə dağların təzyiqin lokal dəyişməsinə təsirini Kibel vermişdir. Daha sonra bu sahəd Petrenkonun araşdırmaları olmuşdur. == Oroqrafik siklogenez və antisiklogenez == Oroqrafik siklogenezə tez-tez cəbhə xəttinin dağ yamacında deformasiyasını misal gətirirlər. Dağların siklonların yaranmasına təsiri ilə yanaşı siklogenez üçün əlverişli tarmobarik sahə olmalıdır. Oroqrafik sikonlar: Skaqerraks siklonu Genua siklonu Karpat siklonu Qara dəniz siklonu Oroqrafik siklonlar Orta və Mərkəzi Asiya, Sibir və Uzaq Şərq üçün xarakterikdir. Oroqrafiyanın təsiri ilə siklonlarda seqmentləşmə müşahidə olunur. Burda 2 variant mümkündür: I variant – siklon yamaca perpendikulyar istiqamətdə hərəkət edir. Küləkdöyən yamacda yeni siklonik mərkəz yaranır. Bu zaman köhnə siklon mərkəz əks yamacda saxlanır. Küləkdöyən yamacda təzyiq qalxır və siklon zamanla dolur.
Şimali Amerika antisiklonu
Şimali Amerika antisiklonu — İqlim xəritəsində Şimali Amerikanın qərb hissəsində qışda materikin soyuması və Arktika hava kütləsinin irəliləməsi ilə əlaqədar olaraq əmələ gələn antisiklondur.

Digər lüğətlərdə