Aqrokimya
Aqrokimya (yun. agros – tarla) – bitkilərdə və torpaqda baş verən kimyəvi və biokimyəvi proseslərin təsiri üsullarını öyrənən elm. Aqrokimya bitkilərin qidalanmasından başlamış gübrələrin torpağa təsiri, eləcə də bitkilərin kimyəvi üsullarla qorunmasınadək geniş suallar dairəsini öyrənir. Aqrokimyəvi tədqiqatların əksəriyyətinin son məqsədi kənd təsərrüfatlarında məhsuldarlğıın artırılmasıdır.
== Tarixi ==
Qədim zamanlardan insanlar tarladan əksər qida məhsullarını almışlar. XIX əsrdə insanların torpaq üzərində fəaliyyətləri nəticəsində maddələrin dövranı tam öyrənildikdən sonra aqrokimya kimya elminin sərbəst şaxəsi kimi inkişaf etməyə başladı. 1840-cı ildə alman kimyaçısı Y. Libix ilk dəfə olaraq sübut etdi ki, bitkilərin qidalanması üçün tərkibində azot, fosfor, kalium və bir çox digər elementlər olan mineral duzlar lazımdır. O, bitkilərin qidalanmasının yeni nəzəriyyəsini işlədi. Azot və kaliumla yanaşı, fosfor da bitkilər üçün əsas qida elementidir. Aqrokimya sahəsində çalışan alimlər tərkibində mikroelementlər – bor, mis, manqan, molibden, kobalt, sink və s.