Ardeş çayı

coğ. Ardèche (le fleuve)

Arden
ardıc
OBASTAN VİKİ
Ardeş (departament)
Ardeş (fr. Ardèche, oks. Ardecha) — Fransa cənubunun mərkəz hissəsindəki departament. Overn—Rona—Alp bölgəsinin bir hissəsi. İdarəetmə Mərkəzi - Priva. Sahəsi - 5529 km². Departament Ronanın qərbindəki dağlıq ərazidə yerləşir. Ardeş, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Vivari əyalətinin ərazisində yerləşir.
Cəhri çayı
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2 Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Cəlaloğlu çayı
Cəlaloğlu çayı (erm. Ձորագետ գետի (Dzoraqet qeti)) — Ermənistanda, hazırkı Loru vilayətində (erm. Լոռու մարզ (Lorru marz)) çay, Tona çayının (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) sol qolu.
Davaradibi çayı
Davaradibi — Lerik rayonu ərazisində çay. Lənkəran çayının sağ qoludur. Başlıca olaraq yağış sularından qidalanır. Aşağı axarında qismən suvarmada istifadə edilir. Davardibi, Davardiş variantlarında da qeydə alınmışdır. Davaradibi kəndinin ərazisindən axdığı üçün kəndin adını daşıyır. Azərbaycan dilində davar "qoyun, keçi", "mal-qara", həmçinin "qoyunçuluqla, maldarlıqla məşğul olan adam" mənasında işlənir. Dilimizdə bu sözün Tavra variantına da təsadüf edilir.
Demini çayı
Demini çayı — Braziliyanın Amazonas ştatının Amazon cəngəlliklərindən axan çaydır. Çay Rio Neqro çayının qolunu əmələ gətirir. Demini çayı həmçinin Serra de Araka Dövlət Parkının ərazisindən axır. 1990-cı ildə Demini çayının mühafizəsi ilə bağlı olaraq 1,818,700 hektarlıq (4,494,000 akrlıq) ərazi salınmışdır. Çay parkın cənub-qərb axınları vasitəsilə Cənubi Rio Neqro çayının axınlarına qoşulur. Toototobi çayının sərhədi yaxınlığında, Venesuelanın Orinoko çayının yuxarılarına yaxın Demini-nin səviyyəsi artır. Yanomani indios bu ərazilərin yerli sakinləridir.
Demyanka çayı
Demyanka — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay. Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol). Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır.
Desna çayı
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həmdə onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir. Adının mənası q.slav. дєснъ — "sağ" deməkdir.
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.
Dibni Çayı
Dibni çayı — Türkiyədə bir çay. Dəclə çayının mənbələrindən biridir. Köhnə adları: Subnat, Səbbənə-Su, Zəbənnə-su Diyarbakır vilayətinin Lice rayonunda məşhur Dəclə Tunelini (Bırkleyn Mağaralarını) yaradır. Bu çayın adı Assuriya kitabələrində Subnat olaraq çəkilir.
Don çayı
Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır. Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1] Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər. Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.
Drava çayı
Drava çayı— Mərkəzi Avropada Dunay çayının qoludur. Çayın uzunluğu 710 km, mənbəyini İtaliya sərhədlərində olan dağlardan götürür və ardıcıl olaraq Avstriya, şimali Sloveniya və Xorvatiya ərazilərindən axır. Uzunluğuna görə Tisza, Sava, Prut, Mureş və ola bilər ki, Siret çaylarından sonra Dunay çayının beşinci və ya altıncı çayıdır. Çayın mənbəyi İtaliyada Cənubi Tyrol əyalətinin Puster vadisində bazar şəhəri olan İnniçen (San Kandido) şəhərinin yaxınlığında yerləşir. Drava çayı şərqə Avstriyada Şərqi Tirol və Karintiadan Sloveniyanın Stryria regionuna doğru axır. Daha sonra cənub-şərqə doğru dönərək Xorvatiyaya keçir və əsas qolu olan Mur çayı ilə birləşdikdən sonra Dunay çayına qovuşmadan Osijek yaxınlığında Xorvatiya və Macarıstan sərhədinin böyük hissəsini yaradır (95 km).
Dunay çayı
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Dyoma çayı
Dyoma (başq. Dim dinlə; həmcinin başq. Күгиҙел) —Başqırdıstan və Orenburq vilayəti ilə axaraq Ağidel çayına tökülən çay. А. А. Kamalovun fərziyyəsinə görə Dyoma sözü başqısdcada Dim sözündən götürülmüş, «çayın dərin yeri» mənasını verir. Çayın digər adı Kuk-idel (başq. Күгиҙел) olaraq adı çəkilir. Mənası «göy çay» mənasını verir. Bu isə «rəng + çay» sistemi üzrə müşahidə edilən digər adlardan fərqlənir. Belə ki, Başqısdıstan ərazisində Ağ çay və Qara çay çay adı ilə çaylar olsa da, səma rənginə uyğun digərinə rast gəlinmir. Bununla belə digər türk ölkələrinin ərazisində o cümlədən vətənimizdə bu adlı çay vardır Çay başlanğıcını Obşiy Sırt yüksəkliyindən, Başqırdstanın Fyodorov rayonu Alyomşkin kəndinin 2 km şimal-şərqindən başlayır.
Dzirula çayı
Dzirula çayı (gürc. ძირულა) - Qərbi Gürcüstanda çay. Sacxer, Xaraqaulsk və Senak bələdiyyələrinin ərazisindən axır. Kvirila çayının sol qoludur. Uzunluğu-83 km olub, hövzəsinin sahəsi isə 1270 кm²-dir. Qərbi Lix dağlarından 1252 m dəniz səviyyəsindən başlanğıcını götürür. İllik su sərfi Çeva kəndi yaxınlığında -26,6 m³/s-dir. Qidalanmasında qar, yağış və yeraltı sular əsas rol oynayırlar. Suyun səviyyəsi qış aylarında yüksək, yay aylarında aşağı olur. Suvarmada istifadə olunur.
Dərk çayı
Dərk- Quba rayonu ərazisində çay. Dərk kəndinin şimalı ilə axaraq Babaçaya tökülülür. Onun sol qolunu təşkil edir. Dərk Vəlvələ çayının sol qoludur.1. Quba r-nunda çay. Azərbaycan dilinin dialektlərində dər "dar keçid", dərgə "çay üzərində ağacdan düzəldilmiş keçid, körpü", İran dillərində dərğ "bənd, barı" mənalarında işlənir. Hidronim "bənd, körpü" mənasındadır; 2. Quba r-nunun Dərk kəndinin c.-q. hissəsində min. bulaq.
Emajogi çayı
Emajogi (est. Emajõgi, alm. Embach‎, rus. Омо́вжа; latış. Mētra‎) — Estoniyada çay. Narva çay hövzəsinə daxildir. Eston dilində Emojogi sözü Ana-çay mənasını verir. Çayın aşağı axaraları gəmiçilik üçün yararlıdır. Çayın sahilində Tartu şəhəri yerləşir. Çayın uzunluğu — 99,3 km, hövzəsinin sahəsi— 9628,1 km²-dir.
Emba çayı
Emba çayı (qaz. Жем, Ембі) — Qazaxıstanın Aktobe və Atyrau vilayətlərindən axır. çay həmdə iki qitə, Avropa və Asiya arasında sərhəd rolunu oynayır. Uzunluğu 712 km (seldə), hövzəsinin sahəsi 40.400 km²-dir. Başlanğıcını Muqojar dağının qərb yamaclarından götürür. Podural yaylası və Xəzər ovalığı boyunca axır. Duzlu sahil bataqlıqları arasında itir, tam axan illərdə Xəzər dənizinə çatır. Qidalanmasının əsasını qar suları təşkil edir. Əsas axını aprel-may aylarında baş verir. İlin qalan ərzində tez-tez quruyur.
Essekibo çayı
Essekibo (ing. Essequibo) — Qayana ərazisindən axan çay. Uzunluğu 1000 km təkil edir. Sipu və Çokidor çaylarının birləşməsindən əmələ gəlir. Mənbə ölkənin cənubunda Akaray silsiləsində yerləşir. Şimala doğru rütubətli meşə və savannadan axır. Axarı boyunca orta və aşağı hissələrdə adalar əmələ gətirir. Corctaundan 21 km şimalda Atlantik okeana tökülür. mənsəbində eni 20 km olan estuari əmələ gətirir (Xoq, Lequan). Estuariyə Kyuni və Mazarubi çayları tökülür.
Fars çayı
Fars (adıq Фарз) — Adıge Respublikasında və Krasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir. Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir. Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir. Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir.
Fındıqlı çayı
Fındıqlı — Gədəbəy rayonu ərazisində çay. Babacan (Becan, Bacanka da adlanır) çayının qoludur. Ruslar tərəfindən qeydə alınarkən Funduqlu, Fundullu kimi də yazılmışdır. Çay həmin rayonun ərazisindəki fındıqlı yeri adlı sahədən (Novosaratovka kəndi yaxınlığındadır) axdığı üçün belə adlandırılmışdır. XIX əsrdə çayın sahilində salınmış Novosaratovka yaşayış məntəqəsi də bir müddət Fındıqlı adı ilə tanınmışdır. Kəndin rus əhalisi bu yerə Orexovaya qora da deyir.
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Hallavar çayı
Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Qaraçoban çayıdır. Mənsəbindən sol qolu Qaraçoban çayı ilə birləşdiyi məntəqəyədək Hallavar çayının sahilində Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri, Qaraçoban çayı birləşdikdən sonra isə Pəmbək çayına az qalmış Hacı Qara kəndi yerləşir. 1988-ci ildə azərbaycanlıların qovulması: 1988-ci ilədək Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri monoetnik azərbaycanlı kəndləri idi. 1988-ci ilin dekabr ayında Mollaqışlaq kəndindən 200 nəfərdən çox, Aşağı Kilsə kəndindən 120 nəfər, Yuxarı Kilsə kəndindən 575 nəfər, Hallavar kəndindən 2.760 nəfərdən çox və Heydərli kəndindən 1.240 nəfər etnik azərbaycanlı zorla qovulmuşdur. Azərbaycanlıların çıxarılmasından sonra Heydərli və Hallavar kəndlərinə az sayda ermənilər yerləşsələr də sonradan onlar Heydərlini də tərk etmiş və yalnız az sayda Hallavar kəndində qalmışdır. 1990-cı illərin əvvəllərində xaraba qalmış Aşağı Kilsə kəndi ləğv edilmiş və ərazisi Mollaqışlaq kəndinə verilmişdir.
Hind çayı
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hocaz çayı
Hocazsu, Hocazsuçay, Hoçaz çayı — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır. Uzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir.