ARKTİK PRERİYA

(yun. arktikos-şimali) Kanadanın tundra düzənliklərinin şimal kənar hissəsi. aрктическая прерия arctic priarie
ARKOGENETİK TEKTONİK HƏRƏKƏTLƏR (ARKOGENEZ)
ARTEZİAN HÖVZƏSİ
OBASTAN VİKİ
Arktik səhralar
Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür. Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır.
Arktik zona
ARKTİK ZONA (yun. arktos - şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83 - 80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S - yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2 - 3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Böyük Arktik qoruğu
""Böyük Arktik" dövlət təbiət qoruğu" — federal əhəmiyyətli elmi-araşdırma, təbiəti qoruma, ekoloji xüsisiyyətləri özündə birləşdirən qoruqdur. Qoruğun yaradılmasına səbəb təbii şəraitdə ətraf mühütin sərbəst inkişaf xüsusiyyətlərini araşdırmaq, bu zaman ardıcıl baş verən proseləri dəqiq müşahidə etmək və canlılar aləminin mühafizəsini təşkil etmək olmuşdur. Qoruq sahəsinə görə Avrasiyanın ən böyük qoruğudur. == Tarixi == "Böyük Arktik" qoruğu Rusiya Federasiyası hökumətinin Nazirlər Sovetinin 11 may 1993 il № 431 əmri ilə yaradılmışdır. Qoruq Dikson rayonunun qərbində 4 169 222 ha ərazidə təşkil edilir. Üstəlik Qoruğun sərhədləri xaricində muxtar dairənin ərazisindən Böyük Arktik qoruğu üçün 2 007 069 ha ərazi ayrılır. 20 mart 2013 il tarixində qoruq "Taymır qoruqları" qrupuna daxil edilmişdir. Bununla da qoruq müstəqil qoruq olmasını hüququnu itirmişdir. Taymır və Putoranski qoruqları ilə birlikdə vahid qoruqda birləşdirilmişdir. == Qoruğun ərazisi == "Böyük Arktik" qoruğu 7 sahədən ibarətdir: Diksoon-Sibiryakov "Kara dənizinin adaları" Piyasinski "Middendorf körfəzi" "Nordenşeld arxipelaqı" "Aşağı Taymır" "Çelyuskin yarımadası" == Ərazisinin təbii xüsusiyyətləri == Qoruğun ərasinə nəzər saldıqda əsasən Artik tundra və Arktik səhralardan ibarətlərdən ibarətdir.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).