ARTİLLERİYA

[fr.] артиллерия (1. тупар; 2. тупчийрин десте, кьушун; 3. тупчивилин илим).
ARTİKULYASİYA
ARTİST
OBASTAN VİKİ
Artilleriya
Artilleriya (fr. artillerie) — quru qoşunları növü; silah vasitələrinin məcmusu. == Quru qoşunlarında istifadəsi == Quru qoşunları növü kimi Artilleriya birləşmə, hissə və bölmələrdən ibarətdir. Quru qoşunlarının artilleriyası təşkilatı cəhətdən qoşun və Ali Baş Komandanlığın ehtiyatı Artilleriasına bölünür. Qoşun artilleriyası motoatıcı, tank, hava desantı bölmə, hissə birləşmələrinin, birliklərinin tərkibinə daxil olur və ordu, korpus, diviziya, alay və batalyon artilleriyasına bölünür. Artilleriyanın kəşfiyyat, rabitə, nəqliyyat vasitələri və atəşi idarə edən cihazları olur. Artilleriya atəş vasitələrini, döyüş texnikasını, canlı qüvvəni, müdafiə qurğularını və s. obyektləri məhv etmək, həmçinin döyüş zamanı ümumqoşun hissə və birləşmələrini atəşlə qorumaq və müşayiət etmək üçündür. Artilleriya təşkilatca birləşmə, hissə və bölmələrin tərkibində olduqda qoşun Artilleriyası adlanır. Bu tərkibə daxil olmayan Artilleriya isə Ali Baş Komandanlığın ehtiyat Artilleriyasını təşkil edir.
Reaktiv artilleriya
Reaktiv artilleriya, raket kompleksləri üçün təchiz edilmiş bir raket növüdür. Reaktiv artilleriya sistemlərinin növləri arasında Reaktiv yaylım atəş sistemləri də mövcuddur.
Özüyeriyən artilleriya
Özüyeriyən artilleriya qurğuları təkərli v yuə ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyilir. Əvvəllər özüyeriyən artilleriya qurğularının kateqoriyasına hücum topları və tank əleyhinə texnikalar da daxil edilirdi. Bu texnikalar əslində piyada qoşunlara atəş dəstəyi saxlamaq məqsədilə yaradılmış, lakin sonradan tank əleyhinə texnika kimi də istifadə olunmağa başlamışdır. Hal-hazırda özüyeriyən artilleriya sistemləri tanka xarici görünüş cəhətdən bənzəsə də, daha incə zirehə sahib olduğuna görə yaxın döyüşlərdə istifadə edilmirlər. Sahib olduqları zireh texnikanın ekipajını yalnız yüngül atıcı silahların təsirindən və ya qəlpələrdən qoruya bilir. Bu maşınların əksəriyyətində piyada atəşinə qarşılıq vermək məqsədilə pulemyotdan istifadə edilir. Bu silahların ən böyük üstünlüyü onları çəkən başqa bir maşına ehtiyac duymadan sürətli bir şəkildə döyüş yerinə gedə bilməsidir. Lakin topun atəş aça bilməsi üçün maşının dayanması və atəşə hazır vəziyyətə gətirilməsi lazımdır. Artilleriyanın genişmiqyaslı döyüşlərdə istifadəsi piyada və tanklara dəstək ehtiyacı ilə əlaqədardır. Belə bir dəstək düşmən hücumunun tempini aşağı salmağa, bəzən dayandırmağa, yenidən qruplaşma keçirməyə və düşmənin müdafiə olunan mövqelərinə hücumu asanlaşdırmağa imkan verir.
Artilleriya allahı (film, 2015)
Artilleriya allahı qısametrajlı sənədli televiziya filmi 2015-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film general Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi, artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar tərəfindən "Artilleriyanın allahı" ləqəbi verilən, Azərbaycan hərb tarixinə silinməz imzalar atmış görkəmli şəxsiyyət Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir.
M109 (özüyeriyən artilleriya qurğusu)
M109 — ABŞ istehsalı olan 155 mm-lik özüyeriyən haubitsadır. İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. M109 ailəsi Qərb yarımkürəsi ölkələrinin zirehli və mexanikləşdirilmiş piyada diviziyalarının manevr briqadalarının ən çox yayılmış dolayı atəş dəstəyi silahıdır. M109-un altı ekipaj üzvü mövcuddur: bölmə komandiri, sürücü, topçu, topçu köməkçisi və iki sursat yükləyicisi. Topçu topu sola və ya sağa hərəkət etdirir, topçu köməkçisi isə topu yuxarı və aşağıya doğru hərəkət etdirərək hədəfləri nişan alır. M109A6 Paladinin isə yalnız dörd ekipaj üzvü olur: komandir, sürücü, topçu və sursat yükləyicisi. == Ölçülər == Ağırlığı: 28.8 ton Uzunluğu: 6.8 m Lülə daxil olmaqla: 9.67 m Lülənin uzunluğu: 7.2 m Eni: 3.14 m Hündürlüyü: 3.62 m Klirens: 0.45 m == Performans == Zəminə təzyiq: 0,78 kq/sm ² Dalış dərinliyi: 1.1 m Xəndək keçmə: 1.8 m Divar dağıtmaq: 0.55 m Qalxma dərəcəsi: 30º Mənzili: 350 km Dayandırılması: fərdi burulma bar və hidravlik amartizatorlar == Silahlanma == Əsas silahın kalibri: 155 mm Lülənin qalxma bucağı: −3º… +75º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 827 metr/saniyə Atış tezliyi: 1–4 atış/dəqiqədə Atəş məsafəsi: 24 km Maksimal atəş məsafəsi: 30 km Mərmi sayı: 39 ədəd Köməkçi silahın kalibri: 12.7 mm Mərmi: 12,7×99 mm Atış tezliyi: 485–635 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.8 km Maksimal atəş məsafəsi: 6.7 km Mərmi sayı: 500 ədəd == İstifadə edən ölkələr == M109A6 "Paladin" özüyeriyən artilleriya qurğusu yalnız ABŞ ordusu tərəfindən istifadə olunur. Digər ölkələr isə — M109 özüyeriyən artilleriya qurğusunun M109A1, M109A2, M109A3, M109A4, M109A5 modellərindən istifadə edir. === Cari === ==== M109A1 ==== Cibuti − 2024-cü ildə 10 ədəd M109L İtaliyadan ikinci əl texnika kimi alınmışdır Yunanıstan − 2011-ci ildə 51 ədəd M109A1B var idi. 2024-cü ildə ümumilikdə 418 ədəd M109A1B/A2/A3GEA1/A5 versiyaları istifadə edilir İraq − 2024-cü ildə 6 ədəd M109A1 istifadə edilir İran − 2024-cü ildə 150-dən çox M109A1, həmçinin də, İran istehsalı olan Raad-2 modelləri istifadə edilir.
Aviadesant özüyeriyən artilleriya qurğusu
Aviadesant özüyeriyən artilleriya qurğusu — müxtəlif hava zirehli texnikası. Bu, aviadesant qoşunlarının ehtiyaclarını qarşılamaq üçün dizayn edilmişdir, hava ilə daşınır və desant əməliyyatı ilə yerə endirilir. Daha nadir hallarda düşmən aerodromunu və ya eniş sahəsini ələ keçirdikdən sonra nəqliyyat təyyarəsi tərəfindən çatdırılır. Aviadesant özüyeriyən artilleriya qurğusunun əsas tətbiq sahəsi düşmənin zirehli texnikasının məhv edilməsi və düşmənin atəş silahlarının qarşısının alınmasıdır.
1700-cü zenit-artilleriya alayı
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
Avstraliya Zireh və Artilleriya Muzeyi
Avstraliya Zireh və Artilleriya Muzeyi İkinci Dünya Müharibəsi və müharibədən sonrakı dövrlərdəki tanklara, zirehli texnikalara və artilleriyaya həsr olunmuş şəxsi muzeydir. Rəsmi olaraq 2014-cü ildə Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində açılmışdır. Muzey ixtisar edildiyi zaman Littlefield kolleksiyasından bəzi əşyalar da daxil olmaqla, sərgi üçün xaricdən bir sıra nəqliyyat vasitələri və əşyalar alınır. Bu, Avstraliyadakı ən böyük hərbi maşın kolleksiyasıdır və Puckapunyaldakı Avstraliya Kral Zirehli Korpusu Memorialı və Ordu Tank Muzeyindən başqa Avstraliyada yeganə böyük avtomobil kolleksiyasıdır. Bu, dünyada artilleriya və zirehli döyüş maşınlarının ən böyük şəxsi kolleksiyalarından biridir. Muzeydə Rusiya, Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞ və Çexoslovakiyadan olan texnikalar da daxil olmaqla, bir sıra xarici istehsalçıların texnikaları saxlanılır. == Kolleksiyası == Muzeydə Birinci Dünya Müharibəsinə aid artilleriya, İkinci Dünya Müharibəsindən və müharibədən sonrakı dövrə aid texnikalar mövcuddur. Bütün kolleksiyada 190-dan çox eksponatla birlikdə 100-dən çox maşın vardır. Bəziləri də bərpa və tranzitin müxtəlif mərhələlərindədirlər. Kolleksiyada Almaniya, ABŞ, Avstraliya, Britaniya və Rusiya nümunələri də daxil olmaqla bir sıra zirehli maşınlar sərgilənir.
Türkiyə Artilleriya və Raket Məktəbi
Türkiyə Artilleriya və Raket Məktəbi, Ankaranın Polatlı səmtində yerləşən Təhsil və Doktrin Komandanlığına bağlı bir hərbi hissədir. Briqadir Sebahattin Türker məktəbin komandiridir. Türkiyə Quru Qoşunları üçün “artilleriya” sinifində zabitləri, kiçik zabitləri və mütəxəssis çavuşların yetişdirilməsindən məsuldur. Əvvəlcə məktəbdə nəzəri təhsil dərsləri alınır, coğrafi analiz sistemləri ilə ətraflı təhsil tətbiq olunur. Yüksək müşahidəçi simulyatoru ilə əraziyə çıxmazdan əvvəl məşqlər həyata keçirdilir, daha sonra Fırtına haubitsaları ilə müharibə ssenariləri tətbiq edilərək təyin edilmiş hədəflər vurulur. Qalan müddət ərzində çətin ərazi şərtlərinə alışmaq üçün idman fəaliyyətləri həyata keçirdilir. == Tarixi == Artilleriya və Raket Məktəbinin təməli Osmanlı sultanı I Mahmudun dövründə Üsküdarda qurulan Qumbaraçı Ocağına əsaslanır. III Səlim tərəfindən əvvəlcə Eyüpdə Mühendishane-i Sultani adı ilə açılan və fəaliyyətinə davam edən məktəb, 1795-ci ildə Mühendishane-i Berr-i Hümâyun adı altında Halıcıoğluna köçürüldü. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı qısa bir müddət artilleriya zabitləri yetişdirmək üçün artilleriya təlimatçısı vəzifəsini Konyada davam etdirmişdir. 1923-cü ildə İstanbul Metrisdə Artilleriya Atıcılıq Məktəbi adı ilə fəaliyyətini davam etdirən məktəb, 1941-ci ildə Artilleriya və Artilleriya Atıcılıq Məktəbi adı altında Poladlıya köçürüldü.
388-ci zenit-artilleriya qvardiya polku
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
389-cu özüyeriyən-artilleriya qvardiya alayı
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
389-cu özüyeriyən-artilleriya qvardiya polku
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
Artilleriyanın allahı sayılırdı (film, 1996)
Artilleriyanın allahı sayılırdı (rus. Считался богом артиллерии) filmi rejissor Ziya Şıxlinski tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azanfilm studiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir. == Film haqqında == Əsasən kinoxronikadan istifadə olunduğu üçün operator çəkilişdə iştirak etməmişdir.

Digər lüğətlərdə