ARITLAMAQ

f. Təmizləmək, yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək. Buğda arıtlamaq. Düyü arıtlamaq.
[Tubu:] Bir az düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev.
Arvad baxıb-baxıb ayağa durdu, düyü çıxarıb arıtladı… S.Rəhimov.

◊ Döşünü (sinəsini, boğazını) arıtlamaq – bax boğazını arıtlamaq (“boğaz”da).
Gəldiyev təkrar sinəsini arıtladı. Mir Cəlal.

Синонимы

  • ARITLAMAQ təmizləmək — dənələmək
ARITLAMA
ARITLANMA

Значение слова в других словарях